Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİLOGENÉZ

    FİLOGENÉZ, f i l o g e n i y a – hәr hansı taksonomik ranqa (növlәrdәn alәmlәrә qәdәr) aid müxtәlif orqanizm qruplarının tarixi inkişafı. “F.” terminini E.Hekkel 1866 ildә elmә daxil etmişdir. F.-in öyrәnilmәsi ilә filogenetika mәşğul olur. F. tәdqiqatlarına tәkamülün ümumi nәzәriyyәsinin inkişafı vә orqanizmlәrin tәbii sisteminin qurulması üçün zәruri olan müxtәlif orqanizm qruplarının mәnşәyi, qohumluq әlaqәlәri vә tarixi dәyişilmәlәrinin aydınlaşdırılması daxildir. Filogenetikanın nәticәlәri, tarixi gelogiya vә stratiqrafiya üçün dә әhәmiyyәtlidir. Hekkel F.-in öyrәnilmәsindә üçlü paralelizm (paleontologiya, müqayisәli anatomiya vә embriologiya mәlumatlarının müqayisәsi) metodundan istifadә etmәyi irәli sürmüşdür. Filogenetikada genetika, biokimya, molekulyar biologiya, etologiya, biocoğrafiya, fiziologiya vә parazitologiyanın mәlumatlarından getdikcә daha geniş istifadә olunur. Tәkamül prosesinin әsas hәrәkәtverici qüvvәsi orqanizmlәrin filogenetik dәyişikliklәrinin әksәriyyәtinә uyğunlaşma xarakteri verәn tәbii seçmәdir. Əksәr qrupların F.-i adaptiv radiasiya xarakteri daşıyır. F. әnәnәvi olaraq, nәsil ağacı (yaxud filogenetik ağac) şәklindә tәsvir olunur. Lakin mikrobiologiya vә molekulyar biologiyanın mәlumatlarına görә, prokariotların içәrisindә müxtәlif növlәr arasında irsi informasiyanın “üfüqi ötürülmә”si kifayәt qәdәr geniş yayılmışdır; bunun nәticәsindә nәsil ağacının şәbәkәyәbәnzәr quruluşla әvәz olunması tendensiyası meydana çıxır. Bu hadisә prokariotların tәdqiqini әhәmiyyәtli dәrәcәdә mürәkkәblәşdirir. F.-in konkret istiqamәtlәri orqanizmlәrin müәyyәn qrupunun tarixәn tәşәkkül tapmış tәşkili (genetik sistemlәr, morfogenez vә fenotip) xüsusiyyәtlәri ilә tәbii seçmә amillәrinin qarşılıqlı tәsiri ilә müәyyәn olunur. A.N.Severtsov (1910) hәr hansı filogenetik dәyişkәnliyin ontogenezә mәxsus irsi dәyişikliklәr vasitәsilә baş vermәsinә müvafiq olaraq filembriogenez kosepsiyasını işlәyib hazırlamışdır; bu zaman fәrdi inkişafın hәr bir mәrhәlәsinin dәyişkәnliyi uyğunlaşma üçün dәyәrli ola bilәr.... Belәliklә, F. növ ontogenezinin tәkamülüdür. Müxtәlif orqanizm qrupları F.-inin öyrәnilmәsi sәviyyәsi qazıntı qalıqlarının saxlanılma dәrәcәsi, qrupun qәdimliyi vә s. ilә müәyyәn edilir. Onurğalıların (xüsusilә ali qruplar), onurğasızlardan molyuskalar, dәrisitikanlılar, buğumayaqlılar vә çiyinayaqlıların bәzi qruplarının F.-i daha çox tәdqiq edilmişdir. Prokariotlarda vә ibtidai bitkilәrdә (daha çox üfüqi ötürülmә hadisәsi ilә әlaqәdar), o nisbәtәn zәif öyrәnilmişdir. Müxtәlif orqanizm tiplәrinin mәnşәyi vә onların arasındakı qarşılıqlı münasibәtlәr problemi mübahisәli qalır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN