Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİLOLÁY 

    FİLOLÁY (Φιλόλαος) (e.ә. tәqr. 470 – e.ә.399 ildәn sonra) – qәdim yunan filosofu, Lisidin şagirdi, e.ә. 5 әsrdә Pifaqordan sonra pifaqorçuluğun әn görkәmli nümayәndәsi. Diogen Laertiyә görә, Platon Böyük Yunanıstana birinci sәyahәti zamanı (339 ildәn sonra) orada F. vә Evritlә görüşmüşdür.

    F. pifaqorçular mәktәbindә Pifaqor tәliminin başqaları arasında yayılmasına qoyulmuş qadağaya baxmayaraq, әsәrlәri nәşr edilmiş ilk pifaqorçu sayılırdı. F.-ın üç kitabdan ibarәt itmiş “Tәbiәt haqqında” әsәrindәn qorunub saxlanmış dori dialektindә olan fraqmentlәr pifaqorçuların әn erkәn autentik fәlsәfi nәsr nümunәlәridir. İoniyalıların “Tәbiәt haqqında” traktatlarındakı monistik naturalizmdәn fәrqli olaraq, F. pifaqorçuların “hüdud vә hüdudsuzluq”, can vә bәdәn dualizminә ciddi riayәt edir. Bütün kosmos vә tәbiәtin özü “hüdudsuz vә hüdudlu elementlәr”in sintezindәn, yәni riyazi mahiyyәtlәrdәn tәşkil olunmuşdur. Ədәdlәr, yaxud әdәdi elementlәr bütün universumun – yalnız ilahi dünyanın (planetlәr vә kosmos) deyil, hәm dә “insanın bütün söz vә işlәrinin”, bütün sәnәt vә peşәlәrin, hәmçinin musiqinin әsası vә idrakın zәruri şәrtidir (yalnız “sayı olan” şey dәrk edilәndir). F.-ın kosmologiyasında sferik kosmosun (AnaksimandrAnaksimenin sonsuz Kainat vә saysız dünyalar haqqında tәlimindәn fәrqli olaraq, F.-da kosmos yeganә vә sonludur) mәrkәzindә “mәrkәzi od” – alleqorik vә mifoloji-poetik dildә “Hestiya” yerlәşir, onun әtrafında Yer vә bizim üçün görünmәz olan anti-Yer (Antixton), hәmçinin Günәş, Ay vә 5 planet, cәmi 10 (10 – “mükәmmәl” vә ilahi rәqәmdir) kosmik cisim fırlanır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN