Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİLOLOGİYA 

    FİLOLOGİYA - yazılı mətnlərin dil və üslub cəhətdən təhlili vasitəsilə bəşəriyyətin mənəvi mədəniyyətini öyrənən dilçilik, ədəbiyyatşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq, paleoqrafiya və s. humanitar fənlər məcmusu.

    Mədəniyyətin özünüdərkinə xidmət edən F. yazılı sivilizasiyaların nisbətən yetkin mərhələsində yaranır və mövcudluğu onun nəinki səviyyəsinin, həm də tipinin göstəricisidir. Yaxın Şərqin yüksək inkişaf etmiş qədim mədəniyyətləri F.-nı tanımırdılar. Orta əsrlər Qərbi Avropada ona cüzi yer ayırmışdı. Fəlsəfənin vətəni qədim Hindistan və Yunanıstanda isə F. təfəkkür üzərində qnoseoloji refleksiya - yəni söz və nitq üzərində refleksiya kimi təşəkkül tapmışdır. F.-nın yüksəliş mərhələləri, adətən, qnoseoloji fikrin böyük inkişaf dövrləri ardınca olurdu (Yunanıstanda Aristoteldən, Avropada 17 əsrdə R.Dekartdan, Almaniyada isə 19 əsrdə İ.Kantdan sonra).

    Hind F.-sı böyük dilçilər (Panini, təqr. e.ə. 5-4 əsrlər; Patancali, e.ə. 2 əsr), sonralar isə üslub nəzəriyyəçiləri yetişdirmişdir. Qədim Çin mədəniyyətinin də öz filoloji ənənəsi olmuşdur (Lyu Se, 5-6 əsrlər və b.). Yeni və Ən Yeni dövrədək hind dilçiliyi ilə tanış olmayan Avropa F. ənənəsi bütövlükdə yunan mənbələrindən faydalanmışdır. Yunan ədəbiyyat nəzəriyyəsi Aristotelin “Poetika”sında yetkin mərhələyə çatmışdır. Ellin F.-sı (e.ə. 3-1 əsrlər) fəlsəfədən ayrılmış, qısa mətnlər və onların şərhlərinin müəyyənləşdirilməsi ilə məşğul olan İsgəndəriyyə və Perqamın peşəkar kitabxanaçılarının əlinə keçmişdir (bax İsgəndəriyyə kitabxanasıPerqam kitabxanası). Təqr. 16 əsrin ortaları - 18 əsrin ortalarından sonra Al­maniyada İ.İ. Vinkelmanın “neohumanizm”i ilə əlaqədar F.-nın yeni dövrü başlamışdır. “F.” terminini alman filol oqu F.A. Volf (1759-1824) işlətmişdir. 19 əsrdə alman filoloqlarının fəaliyyəti nəticəsində qədim tarix F.-dan ayrıldı, eyni zamanda elə həmin dövrdə romantizm vədi gər ideya cərəyanlarının təsiri ilə “klassik F.” ilə yanaşı, “yeni F.” meydana gəldi: germanşünaslıq (Y. və V.Qrimm qardaşları), slavyanşünaslıq (A.X.Vostokov, V.Qanka), şərqşünaslıq. Buna baxmayaraq F.-nın universallığı İntibah dövrü ilə 19 əsrin ortaları arasında olan müddətdə dilçi, tənqidçi, əxlaq və mədəniyyət tarixçisi, digər humanitar yeri gələrsə, hətta təbiyyat elmləri bilicisi olan filoloqun timsalında reallaşdı. Klassik F.- da bir sıra mətnlərin mənəvi əsası daha qabarıq şəkildə diqqəti cəlb etmişdir. Müsəlman alimləri üçün Quran, xristianlar üçün isə Bibliya (Əhdi-ətiq, Əhdi-cədid) müqəddəs məna daşımaqdadır. Təbiidir ki, nə qədər yazı mədəniyyəti və müxtəlif bölgələrə xas mədəniyyətlər varsa, F. sahəsi də ona uyğun tərzdə rəngarəng dir.

    “Makrostruktur” və “mikrostruktur” səviyyələrində aparılan tədqiqatlar humanitar elmlər üçün də yeni imkanlar açır: bir qütbdə qlobal ümumiləşdirmələr, digərində isə məna və məzmunla bağlı minimal vahidlərin qabardılması. Lakin F.-nın ənənəvi arxitektonikası belə təmayüllərə qarşı çıxır. F. mühüm bəşəri vəzifələrdən birini - başqa insanları, mədəniyyətləri və dövrləri dərk etmək vəzifəsini yerinə yetirir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN