FİLOMETRODİOZ – çәkikimilәr fәsilәsindәn olan balıqların helmintozu. Törәdicilәri әzәlәlәr, üzmә qovuğu, pulcuqaltı ciblәr, quyruq vә bel üzgәcinin şüalarında parazitlik edәn Philometroides lusiana vә P. sanguinea nematodlarıdır. Nematodlar aralıq sahiblәri olan siklopların iştirakı ilә inkişaf edirlәr. Balıqlar nematodların sürfәlәri ilә invaziya olmuş siklopları yeyәrәk yoluxurlar. Əlamәtlәri: bәdәninin sәthinә qan sızması, anemiya, kütlәsinin azalması, pulcuqların dağılması vә tökülmәsi. Körpә balıqlarda F. kәskin olur vә çox vaxt kütlәvi ölümlә nәticәlәnir. Diaqnoz balıqların müayinәsi zamanı parazitlәrin pulcuqaltı ciblәrdә aşkarlanması ilә qoyulur. P r o f i l a k t i k a s ı: balıqların xüsusi preparatlarla dehelmintasiyası, qışda suyun axıdılmasından sonra yararsız su hövzәlәrinin dondurulması.