FİLOV Boqdan (10.4.1883, Şәrqi Rumeli, Stara Zaqora – 1.2.1945, Sofiya) – Bolqarıstan siyasi xadimi, arxeoloq vә sәnәtşünas. Yambol yaxınlığındakı antik Kabile ş.-nin ilk tәdqiqatçısıdır (1912). 1918 ildә Dәmir dövrünә aid qızıl vә dәmir mәmulatlarla zәngin Trebenişta nekropolunu aşkar etmişdir. 1910–20 illәrdә Milli Arxeologiya Muzeyinin rәhbәri olmuş, 1920 ildәn Sofiya Un-tindә arxeologiya vә incәsәnәt tarixindәn dәrs demiş, 1931–32 illәrdә Sofiya Un-tinin rektoru, 1937–44 illәrdә Bolqarıstan EA-nın sәdri olmuşdur. 1938 ildәn xalq maarifi naziri, 1940–43 illәrdә hökumәt başçısı idi. Bolqarıstanın Almaniya tәrәfindә müharibәyә qoşulmasına çalışan F. Vyana sazişini (1940) imzalamışdır. Bolqarıstandan yәhudilәrin deportasiyası (11343 nәfәr) onun adı ilә bağlıdır. Vәtәn Cәbhәsinin hakimiyyәtә gәlişindәn (1944, 9 sentyabr) sonra hәbs olunmuşdur. Bolqarıstanın müttәfiq dövlәtlәrә qarşı İkinci dünya müharibәsinә qoşulmasının sәbәbkarı kimi 1945 ildә Bolqarıstan xalq mәhkәmәsi tәrәfindәn haqqında ölüm hökmü çıxarılmışdır.