FİLŞTİNSKİ İsaak Moiseyeviç (7.10.1918, Xarkov – 18.10.2013, Moskva) – Rusiya tarixçisi, әdәbiyyatşünas vә şәrqşünas, filologiya e.d. (1993), prof. Moskva Fәlsәfә, Ədәbiyyat vә Tarix İn-tunun arxeologiya bölmәsini (1941), Xarici Dillәr Hәrbi İn-tunu (XDHİ; 1946) bitirmişdir. 1949 ildә müәllim işlәdiyi XDHİ-dә “milli düşmәnçiliyi qızışdırmaqda” ittiham olunaraq 10 il müddәtinә hәbs edilmişdir. 1955 ildә әfv olunmuş, 1957 ildә bәraәt almışdır. Xarici әdәbiyyat kitabxanasında (1955– 57), SSRİ EA-nın Şәrqşünaslıq İn-tunda (1958–78) çalışmış, MDU-nun nәzdindәki Şәrq Dillәri İn-tunda (1962–74) dәrs demişdir. 1974 ildә pedaqoji fәaliyyәtdәn uzaqlaşdırılmış, 1978 ildә Şәrqşünaslıq İn-tundan da qovulmuşdur. 1992 ildәn yenidәn MDU-da pedaqoji fәaliyyәtә başlamışdır. F.-nin fundamental әsәrlәri orta әsr әrәb әdәbiyyatı vә tarixinә hәsr olunmuşdur. “VII–XII әsrlәrdә әrәb-müsәlman mәdәniyyәti oçerklәri” (1971; Betsi Şidfar ilә birlikdә), “V әsr – X әsrin әvvәllәrindәn әrәb әdәbiyyatı tarixi” (1985), “X–XVIII әsrlәrdә әrәb әdәbiyyatı tarixi” (1991), “Xilafәt Əmәvilәr sülalәsinin hakimiyyәti altında” (2005) vә s. әsәrlәrin müәllifidir. Bir sıra izahlı tәrcümәlәr [“Misir tarixçisi әl-Cәbәrtinin salnamәsi” (1962) vә s.] dә dәrc etdirmişdir.