FİLỲARİLƏR (Filariidae) – parazit nematodlar fәsilәsi. Bәdәni tükşәkillidir; uz. 45 sm-әdәk, yoğunluğu 0,33 mm-dir (Oncho-cerca volvulus), 80-dәn artıq cinsi, tәqr. 30 növü mәlumdur. Diridoğandırlar. F.-in aralıq sahiblәri qansoran cücülәr, bәzәn gәnәlәr, son sahiblәri onurğalı heyvanlar vә insandır. F.-in yetkin fәrdlәri bәdәn boşluğunda, dәrialtı toxumada, limfa vә qan damarlarında, ürәkdә, sürfәlәri (mikrofilyarilәr) qanda yaşayır. F.-in tәqr. 10 növü insanda filyariatozları törәdir (mәs., Brugia malayi brugiozun, Dirofilaria immitis, D. repens vә D. ursi dirofilyariozların törәdicilәridir).