FİMÓZ (yun. φίμωσις – daralma) – kişi cinsiyyәt üzvündә pülük dәliyinin patoloji dar olması. Anadangәlmә (2–3 yaşa qәdәr fizioloji hesab olunur) vә qazanılmış (adәtәn, balanopostit nәticәsindә) olur. F. üçün xarakterik әlamәt sidik ifrazı zamanı pülük boşluğuna sidiyin toplanması nәticәsindә onun şişmәsidir. Kәskin F. zamanı sidik kanalının genişlәnmәsi vә sonradan onun iltihabı baş verir. M ü a l i c ә s i: әsasәn, cәrrahi üsulla – pülüyün yarılması yolu ilәdir. F. ağırlaşdıqda balanit, parafimoz ola bilәr.