Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİN DİLİ

    FİN DİLİ – finlәrin dili. Finlandiya Resp.-nın rәsmi dillәrindәn biridir. İsveç, Norveç, Rusiya, ABŞ vә Kanadada da yayılmışdır. Bu dildә danışanların ümumi sayı tәqr. 5,5 mln. nәfәrdir (2016), o cümlәdәn Finlandiyada 5,3 mln., İsveçdә 150 min, Norveçdә 20 min, Rusiyada tәqr. 39 min nәfәr (2010).

    F.d. baltikayanı-fin dillәrinә daxildir. Fin dialektlәrinin morfoloji vә fonetik әlamәtlәrinә görә tәsnifatının әsasında onların genetik cәhәtdәn 3 qәdim fin tayfasının [hyame (yem), suomi (sum) vә savo] dillәri ilә әlaqәsi dayanır. Ənәnәvi olaraq 7 dialektә ayrılır.

    F.d.-nin vokalizmi üçün bütün saitlәrin uzunluq vә qısalıq baxımdan müqayisәsi, diftonqların çoxluğu xarakterikdir. Saitlәrin ahәngi saxlanılmışdır. Vurğu dinamikdir, әsas vurğu hәmişә birinci hecaya düşür.

    F.d.-ndә aqlütinasiyanın qәdim әlamәt- lәri saxlanılmaqla flektivlik elementlәri yaranmışdır.

    F.d.-ndә cins kateqoriyası yoxdur (bütün Ural dillәrindә olduğu kimi). Kәmiyyәt kateqoriyası (tәk vә cәm) var. Hallandırma inkişaf etmişdir (14 hal), sifәtlәr kәmiyyәt vә hala görә isimlәrlә uzlaşır. Müәyyәnlik vә qeyri-müәyyәnlik qrammatik kateqoriyası inkişaf etmәmişdir. İnkarlıq xüsusi inkar feili, hәmçinin karitiv affikslә ifadә olunur.

    Digәr baltikayanı-fin dillәri ilә müqayisәdә F.d. böyük arxaikliyi ilә fәrqlәnir. Ural dillәrinin çoxunda olduğu kimi, F.d.-ndә dә tәrz vә mәchulluq qrammatik kateqoriyaları yoxdur. Feilin şәxs, kәmiyyәt, şәkil vә zaman kateqoriyaları var. Mәsdәrin 4 forması mövcuddur.

    Əsas söz sırası “subyekt+predikat+obyekt”dir. Başqa Ural dillәri kimi, F.d. dә nominativ quruluşlu dillәrә aiddir.

    Ədәbi F.d.-nin tәşәkkülü İsveç dilinin rәsmi dil kimi yayılması şәraitindә baş vermişdir. F.d. 1863 ildәn, formal olaraq, İsveç dili ilә bәrabәr hüquqa malikdir. F.d.-nin ilk yazılı abidәsi M. Aqrikolanın әlifba kitabıdır (1543, ilk çap kitabı). Daha sonra Aqrikola dini әdәbiyyata dair xeyli tәrcümәlәr nәşr etmişdir. E. Lönnrot tәrәfindәn hәyata keçirilәn “Kalavela” milli eposunun nәşri (1835) әdәbi F.d.-nin inkişafında mühüm mәrhәlә olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN