FİN KÖRFƏZİ – Baltika dәnizinin ş.-indә körfәz. Finlandiya, RF vә Estoniya arasındadır. Sah. tәqr. 30 min km2. Uz. 390 km, eni girişdә 70 km, Narva çayı yaxınlığında 130 km-dir. Dәrinliyi körfәzә girişdә 100 m-әdәkdir, ş.-ә doğru 5 m-әdәk azalır. Şm. sahillәri çox parçalanmış, qayalıqdır. Ş. vә c. sahillәri, әsasәn, ovalıqdır. F.k.-nin ş. hissәsi Neva qubası adlanır (Neva çayı bura tökülür), bir qәdәr şm.-da Vıborq körfәzi, c.-da Kopor, Luj qubaları vә Narva körfәzi yerlәşir. F. k.-ndә çoxlu ada var. Ən böyüklәri: Kotlin, Moşnı, Böyük Tyuters, Kiçik Tyuters, Qoqland (RF), Nayssaar, Osmussaar (Estoniya), Emsale (Finlandiya) vә s. Körfәzә Neva, Pirita, Yaqala, Narva, Luqa çayları tökülür. Balıqla zәngindir. Sahil zonasında çoxlu dayazlıqlar, bankәlәr vә saylar var. Sahillәri noyabrdan mayadәk buzla örtülür. Duzluluğu 3–6‰-dir. Suyun sәviyyәsi külәklәrin vә atm. tәzyiqinin tәsiri ilә kәskin dәyişkәnliyә mәruz qalır. Neva qubasında 1777, 1824, 1924 vә 1955 illәrdә suyun çox qalxması (3 m-dәn artıq) Sankt-Peterburqda daşqınlara sәbәb olmuşdur. Daşqınların qarşısını almaq üçün 2011 ildә Kotlin a.-ndan keçәn (uz. tәqr. 25,4 km) damba çәkilmışdır. Sankt-Peterburq, Vıborq (RF), Tallin (Estoniya), Helsinki, Kotka (Finlandiya) portları F.k.-ndәdir.
Fin körfәzi. Kotka portu.