FİNALİZM – bir çox tәkamül konsepsiyasının tәrkib hissәsi; müәyyәn mәqsәdә yönәlmiş üzvi tәkamülün dәqiq proqramlaşdırılmış xarakterini başlanğıc müddәa kimi irәli sürür. Tәbiәtdә istәnilәn dәyişikliyi mәqsәdyönlü vә son hesab edәn naturfәlsәfi konsepsiyalarda da F. özünü göstәrir. F.-in ideyaları lamarkizmdә, nomogenezdә, müxtәlif teleoloji vә teoloji tәkamül konsepsiyalarında mәrkәzi yeri tutur.