Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİNDİRİSKİ 

    FİNDİRİSKİ (فندرسكى ) Mir Əbül Qasim ibn Mirzә Findiriski Hüseyni Əstәrabadi (tәqr. 1562–63, Əstәrabad ş., Findirisk k. – 1640, İsfahan) – islam filosofu vә mistiki. İlk tәhsilini Findiriskdә almış, sonralar İsfahanda davam etdirmişdir.

    Bir müddәt İsfahanda müәllimlik edәn F.-nin İbn Sinanın “Əl-Qanun” vә “Əş- Şәfa” kitablarını tәdris etmәsi onun Şәrq peripatetik mәktәbinә mәnsubluğundan xәbәr verir. F. Mir Damad, Bәhaәddin Amoli vә Feyz Kaşaninin yaratdığı İsfahan mәktәbinin nümayәndәsi hesab edilir. O, Hindistanda Əkbәr Cәlalәddinin başlatdığı vә Dara Şükuhun davam etdirdiyi sanskrit әdәbiyyatının fars dilinә tәrcümәsi layihәsinә cәlb edilmişdir. Hindistanda Azәr Keyvanın tәlәbәlәri ilә ünsiyyәti sayәsindә zәrdüştilik, buddizm vә s. dinlәri öyrәnmişdir. “Mahabharata”nın farsca tәrcümәsinә şәrh yazmış, “Yoqa Vasiştha”nın tәrcümәsinin müntәxәbatını hazırlamışdır. “Yaiyyә” qәsidәsindә vә “Yoqa Vasiştha”nın Nizamәddin Panipeti tәrәfindәn edilmiş farsca tәrcümәsinә haşiyә kimi yazdığı “Haşiyeyi-Cuq” (yaxud “Şәrhi-Cuq”) әsәrindә işraqi vә tәsәvvüfә dair fikirlәri yer almışdır. Bәzi mәsәlәlәrdә İbn Sina, FarabiNәsirәddin Tusini sәrt tәnqid etmişdir. Əsәrlәrini әrәb vә fars dillәrindә yazmışdır. Ən mәşhur tәlәbәlәri Mәhәmmәd Sәid Sәrmәd, Molla Rәcәbәli Tәbrizi, Ağa Hüseyn Xansari vә Mәhәmmәdbaqir Sәbzәvari olmuşlar. 

    F. stoiklәrin dünyagörüşünә mәxsus insan vә kainatın mikro vә makrokosmos kimi qarşılaşdırılması müddәasını dәstәklәyir, eyni zamanda insanı vә insanın bәdәn üzvlәrini cәmiyyәt vә onu tәşkil edәn fәrdlәrlә müqayisә edirdi. Bu baxımdan, hәr bir orqanın müәyyәn vәzifәsi olduğu kimi, hәr insanın da müәyyәn sәnәtә yiyәlәnmәsini zәruri hesab edirdi. “Hәqaiqüs-sәnaye” (“Sәnәtlәrin hәqiqәtlәri”) әsәrindә o, sәnәtlәri konkret sahәdә müәyyәn mәqsәdlә edilәn bütün fәaliyyәtlәrin mәcmusu kimi sәciyyәlәndirir, onları predmetlәrinin ümumiliyi vә xüsusiliyinә, mәqsәdlәrinin isә hәmin predmetlәri yaxşılaşdırmaq (“sәlah”) vә ya pislәşdirmәk (“fәsad”) olmasına görә tәsnif edirdi. F.-yә görә, predmeti külli varlıq vә ayrı-ayrı faktlar olan vә öz sahibini bunları tәkmillәşdirmәyә yönәldәn mәslәk әn üstün sәnәtdir; peyğәmbәrlik, imamlıq, müctәhidlik vә filosofluq bu qrupa daxildir. Tәxribata sövqedәn mәşğuliyyәt sahiblәri isә etiqadsız insanlar, zalım xәlifәlәr, bidәtçilәr vә sofistlәrdir. Son mәqsәdi kainat nizamının tәmәlini yıxmaq olan bu qrupun zәrәrsizlәşdirilmәsi siyasi hakimiyyәt vә müctәhidlәrin nüfuzu sayәsindә mümkündür.

     F. “Risalә fil-hәrәkә” (“Hәrәkәt haqqında traktat”), “Risalә dәr tәşkik” [“(Substansiya haqqında) Şübhәyә dair traktat”], “Risalә dәr kimya” (“Kimyaya dair traktat”) әsәrlәrinin, zәmanәdәn şikayәt mәzmunlu “Şәkvaiyyә” qәsidәsinin dә müәllifidir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN