FİNGƏ – Azәrb. Resp. Laçın r-nunun Qozlu ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 12,5 km şm.-da, dağlıq әrazidәdir. Əh. 758 (2018); işğaldan (1992, may) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olmuşdur.
F.-dəki tam orta məktəb, kitabxana, klub və tibb məntəqəsi hazırda Ağcabədi r-nunun Taxtakörpü ərazisindəki Fingə obasında fəaliyyət göstərir.