FİNİ Leonor (30.8.1908, Buenos-Ayres – 18.1.1996, Paris) – fransız qadın rәssam, sәhnәqraf, illüstrator. Xüsusi rәssamlıq tәhsili almamışdır. 1931 ildәn Parisdә yaşamışdır. Sürrealistlәr dairәsinә daxil olmuş F. onların London vә Nyu-York sәrgilәrindә (hәr ikisi 1936 ildә) iştirak etmişdir. Özünü sürrealizmin nümayәndәsi hesab etmәsә dә, F.-nin 1930 – 40-ci illәrә aid erotik motivli rәngkarlıq vә qrafik әsәrlәri rәssamın sürrealizm ideyalarına marağını әks etdirir. Hәmin әsәrlәrdә alman romantizmi vә simvolizminin tәsiri dә nәzәrә çarpır (“Kraliça sfinks”, 1946, şәxsi kolleksiya). 1960-cı illәrdәn F.-nin әsәrlәrinin mövzusu ardıcıllıqla tәkrarlanan süjet xәttinә әsaslanır: tәhrikçi çılpaq nimfalar vә insan dünyası ilә heyvanlar alәmi arasında vasitәçi kimi tәqdim edilәn sfinkslәr. Fotoqraf kimi işlәmiş, dizayn, sәhnәqrafiya ilә mәşğul olmuşdur (F.Fellininin “Sәkkiz yarım” filmi üçün kostyumlar, 1963).