FİNİKÍYA YAZISI – finikiyalıların xәtti konsonant yazısı; e.ә. 2-ci minilliyin ortalarından gec olmayaraq yaranmışdır. Onun әcdadı, ehtimal ki, hәlә oxunmamış psevdoheroqlif heca yazısı olmuşdur (bax Qәrbi sami yazısı). Əvvәlcә F.y.-nın 22 işarәsinin hәr biri müәyyәn samit ilә istәnilәn saitin uyğunluğu, sonralar isә yalnız müәyyәn samit ilә uyğunluğu kimi qәbul edilmişdir. Sırf konsonant yazı mәtnlәrin anlaşılmasını çәtinlәşdirmiş vә saitlәnmәni ifadә etmәk üçün artıq e.ә. 1-ci minilliyin 1-ci yarısında matres leksionisdәn sporadik istifadәyә müraciәt olunmuşdur. Yunan vә latın әlifbalarının tәsirilә e.ә. 1-ci minilliyin sonlarında Şimali Afrikada matres leksionisin kömәyi ilә bütün sait sәslәri sistemli şәkildә ifadә etmәyә cәhdlәr göstәrilirdi.
Finikiya әlifbası.
Epiqrafik abidәlәr üzәrindә müşahidә edilәn F.y.-nın inkişafı prosesindә Şimali Afrikada e.ә. 1-ci minilliyin sonlarında monumental yazının yerini tutan kursiv yazısına tәdricәn keçid nәzәrә çarpır. F.y. finikiyalıları әhatә edәn Suriya-Fәlәstin regionu xalqları tәrәfindәn mәnimsәnilmişdir; arami sistemlәri vasitәsilә yәhudi kvadrat yazısı, әrәb yazısı, hәmçinin Mәrkәzi Asiya vә Hindistan yazıları F.y. ilә bağlıdır. O, yunanlar tәrәfindәn mәnimsәnilmiş vә tәkmillәşdirilmiş, yunanlardan da romalılara keçmişdir. Bütün Avropa yazı sistemlәri (latın yazısı, yunan yazısı, Kirill yazısı, hәmçinin qibti yazısı vә Kiçik Asiyanın ölü әlifbaları) F.y.-na gedib çıxır.