Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİNİKİYALILAR 

    FİNİKİYALILAR – Aralıq dәnizinin ş. sahilindә yaşamış qәdim xalq. F. Finikiya dilindә danışırdılar. Rәvayәtә görә, F.-ın ilk vәtәni Ərәbistanın c.-ş. sahili olmuşdur. Aralıq dәnizi sahilindә onlar, ehtimal ki, e.ә. 4-cü minilliyin sonu – 3-cü minilliyin әvvәllәrindә mәskunlaşmışdılar. Hәmin vaxt ilk iri Finikiya şәhәrlәri Bibl, Arvad, Sidon, Tir, sonra isә daha kiçik şәhәrlәr salınmışdı. E.ә. 2-ci minilliyin sonu – 1-ci minilliyin birinci yarısında F. Finikiyanın hüdudlarından xeyli kәnarda bir sıra şәhәrin әsasını qoymuşdular; onlardan әn mühümlәri Kiprin c. sahilindә Kitiy (indiki Larnaka), Afrikanın şm. sahilindә Karfagen, Utika, Siciliyada Motiya, Panorm (indiki Palermo), sonralar Lilibey (indiki Marsala), İspaniyada Qades (indiki Kadis) idi.

     Finikiya hökmdarı Kilamunun kitabәsi. E.ә. 9 әsr. Perqamon muzeyi. Berlin.

    Finikiya dini politeist idi. El (tәrcümәdә Allah) ali allah hesab olunurdu. E.ә. 2-ci minillikdә o, çox mühüm rol oynamış, lakin sonralar bir çox şәhәrdә yerli allahlar – vaallar (hakimlәr) tәrәfindәn ikinci plana sıxışdırılmışdır. Koloniyalar da daxil olmaqla, Finikiyanın müxtәlif şәhәrlәrindә şәhәr hamisinin kultu әsas yer tuturdu. Eşmun, Melkart, Adonis kimi ölәn vә dirilәn allahlara da әhәmiyyәtli yer ayrılırdı. Bütün Finikiya şәhәrlәrindә mәhsuldarlıq vә analıq ilahәsi Astartaya sitayiş olunurdu.

    F. Qәdim dünyada, әsasәn, tacirlәr vә sәnәtkarlar (tәbii şәrait әkinçiliklә tam şәkildә mәşğul olmağa imkan vermirdi) kimi qәbul edilmişdilәr. Finikiya dәnizçiliyi tәkcә kabotaj (sahilboyu) gәmiçiliyi ilә mәhdudlaşmırdı; sәmti ulduzlara, xüsusilә Böyük Ayı bürcünә görә müәyyәnlәşdirәn F. açıq dәnizә dә çıxırdılar. Misir fironu II Nehonun tapşırığı ilә Finikiya dәnizçilәri e.ә. 7 әsrin sonu – 6 әsrin әvvәlindә üçillik sәyahәtlәri zamanı tarixdә ilk dәfә Afrikanın әtrafında dövr etmişdilәr. Əks istiqamәtdә (Karfagendәn Misirә) ekspedisiya haqqında da mәlumatlar (kifayәt qәdәr tarixi әsası olmayan) var. Finikiya sәnәtkarları molyusk balıqqulağıdan al-qırmızı (purpur) rәngin alınmasını icad etmişdilәr. Finikiya purpur parçaları bütün Aralıqdәnizyanıda şöhrәt qazanmışdı. F.-ın Şәrq mallarının yayılmasında fәal rol oynaması, әslindә onlara aid olmayan ixtiraların (mәs., şüşә) onların adına bağlanmasına gәtirib çıxarmışdır.

     Finikiyalıların ticarәt gәmisi. Sarkofaqın üzәrindә tәsvir. Sidon. E.ә. 2 әsr. Beyrut Milli muzeyi.

    F.-ın dünya mәdәniyyәtinә әn mühüm töhfәsi onlar tәrәfindәn xüsusi yazının yaradılmasıdır (bax Finikiya yazısı). Makedoniyalı İsgәndәrin işğallarından sonra F.-ın tәdricәn ellinlәşdirilmәsi başlandı, halbuki hәlә e.ә. 1 әsrdә Finikiya dili mövcud idi. Bu dil, ehtimal ki, eramızın ilk әsrlәrindә istifadәdәn çıxmış vә әtraf әhali ilә qaynayıb-qarışmış F. xalq kimi mövcudluqlarını itirmişlәr.

    Əd.: Ш и ф м а н  И.Ш. Древняя Финикия – мифология и история // Финикийскя – мифология. СПб., 1999; Ц и р к и н  Ю.Б. От Ханаана до Карфагена. М., 2001.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN