FİNİKS, F e n i k s (Phoenix) – ABŞ-ın c.-q.-indә şәhәr. Arizona ştatının inz. m. Əh. 1,6 mln. (2017). Solt-River çayı sahilindәdir. Mühüm nәql. qovşağı. Beynәlxalq aeroport. Qış-iqlim kurortudur.
Finiks şәhәrindәn görünüş.
Əvvәllәr indiki F. әrazisindә hohokam tayfası mәskunlaşmışdı. Onların sәhra әrazilәrini suvarmaq üçün çәkdirdiklәri irriqasiya kanallarının bәzilәrindәn bu gün dә istifadә edilir. İqlimin quraqlaşması nәticәsindә 16–17 әsrlәrdә hohokamların mәdәniyyәti tәnәzzül etmişdir. Amerika-Meksika müharibәsindәn (1846–48) sonra Meksikanın şm.-ındakı әrazilәrin çoxu ABŞ-ın nәzarәtinә keçmiş, onların bir hissәsindә indiki F.-in dә daxil olduğu Nyu-Meksiko әrazisi yaradılmışdır. Amerika Birlәşmiş Ştatlarında vәtәndaş müharibәsi (1861–65) zamanı hәm Şimal, hәm dә Cәnub administrasiyası F.-ә iddia etmişdir. Müharibәdәn sonra ABŞ ordusu hindilәrin hücumunun qarşısını almaq mәqsәdilә F.-dә Mak Dauell istehkamını tikdirmişdir (1865). F. ş.-nin meydana gәlmәsi 1867 ildә keçmiş hindi mәskәninin xarabalıqlarında ferma yaratmış konfederasiya ordusu veteranı Cek Svillingin adı ilә bağlıdır. Bundan sonra F. sürәtlә inkişaf etmişdir. 1870 ildә prezident U.S. Qrant F.-ә torpaq patenti vermişdir. 1881 ildә F. rәsmәn şәhәr statusunu almışdır. 1880-cı illәrdәn d.y. xәtlәrinin tikintisi ilә әlaqәdar ticarәt şәhәri kimi inkişaf etmәyә başlamışdır. 1912 ildәn Arizona ştatının paytaxtıdır. İkinci dünya müharibәsi zamanı F. ticarәt şәhәrindәn, әsasәn, hәrbi mәhsullar istehsal edәn sәnaye şәhәrinә çevrilmişdir. Müharibәdәn sonra da yüksәk inkişaf tempini saxlamışdır.
Un-t (1976); Kapitoli (1900), Xorda (1929), İncәsәnәt (1959) muzeylәri, Arizona elm mәrkәzi (1980) vә s. fәaliyyәt göstәrir.
1989 ildən 1991 ilədək şəhər trasında “Formula-1” ABŞ Qran-prisi keçirilmişdir. Ş.-də “Arizona Kardinals” (Amerika futbolu), “Arizona Daymondbeks” (beysbol), “Finiks Sanz” (basketbol), “Arizona Koyotis” (hokkey), “Finiks Merkuri” (qadın basketbolu), “Arizona Rettlers” (qapalı məkanda Amerika futbolu), “Arizona Yunayted” (futbol) klubları fəaliyyət göstərir. (idm.)
Suvarma әkinçiliyi inkişaf etmiş k.t. r-nunun mühüm maliyyә-ticarәt vә Dağlıq ştatların әn iri maşınqayırma mәrkәzidir. Aviasiya, kosmik-raket vә elektron (o cümlәdәn yarımkeçiricilәr, kompüterlәr, naviqasiya cihazları vә әsasәn, hәrbi tәyinatlı radiolokasiya avadanlıqlarının istehsalı); әlvan metallurgiya, kimya, yeyinti vә poliqrafiya sәnayesi müәssisәlәri var.