Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİN-İNGERMANLANDLAR

    FİN-İNGERMANLANDLAR, P e t e r b u r q  f i n l ә r i, L e n i n q r a d  f i n l ә r i (özlәrini inkerilyayset, yәni İnkeri – İngermanlandiya sakinlәri adlandırırlar) – Rusiyanın şm.-q.-indә finlәrin subetnik qrupu. Sayları 15,6 min nәfәrdir (Kareliyada 8,6 min nәfәr, Leninqrad vil.-ndә 4,4 min nәfәr, Sankt-Peterburqda 2,6 min nәfәr), onlardan özlәrini F.-i. adlandıran 441 nәfәr, әsasәn, Sankt-Peterburq sakinlәridir (2010). Hәm-çinin Estoniyada (7,4 min nәfәr; 2011) yaşayırlar. Əsasәn, rus vә eston dillәrindә danışırlar, bir qismi fin dilini saxlamışdır. Dindarları, әsasәn, xristiandır.

    Finlәr İngermanlandiyada Stolbovo sülhündәn (1617), xüsusilә Rusiya-İsveç müharibәsindәn (1656–58) sonra mәskunlaşmağa başlamışlar. Mühacirәt Kareliya bәrzәxinin şm.-q.-indәn [Euryapyadan (indiki Vıborq r-nunun Barışevo qәs.) gәlmә evrimeysetlәr], elәcә dә Savodan vә Finlandiyanın daha ucqar r-nlarından (savakotlar, savakoslar) baş vermişdir; bu qruplar arasında fәrqlәr 19 әsrin sonlarınadәk saxlanılmışdı (evrimeysetlәrin qadın kostyumları şәrqi fin, savakotlarınkı isә qәrbi fin tipli idi). 18 әsrdә finlәr diyar әhalisinin çoxunu tәşkil edirdi. 18 әsrin sonlarından fin dili mәktәblәrdә (19 әsrin sonlarında onların sayı 200-dәn çox idi) tәdris olunur, 1863–1919 illәrdә Maloye Kolpano k.-ndә fin müәllimlәr seminariyası fәaliyyәt göstәrir, 19 әsrdәn mahnı bayramları keçirilir, 1870 ildәn Sankt-Peterburq qub.-nda fin qәzetlәri çap edilirdi. 1830-cu illәrdәn F.-i. Kareliyada mәskunlaşdılar. 1897 ildә F.-i.-ın sayı Sankt-Peterburq qub.-nda 130,4 min nәfәr (Sankt-Peterburq qәzasında 38,8 min nәfәr, Sarskoye Selo qәzasında 38,5 min nәfәr, Şlisselburq qәzasında 21,6 min nәfәr), Olonets qub.-nda 2,4 min nәfәr (әsasәn, Petrozavodsk, Vıteqra, Olonets qәzalarında) vә Arxangelsk qub.-nda 1,3 min nәfәr (әsasәn, Kola qәzasında) idi. F.-i.-ın 1917 ilin aprelindәn 1918 ilin martınadәk keçirilәn qurultaylarında finlәrin milli-mәdәni muxtariyyәtlәrinә dair proqram işlәnib hazırlanmışdı. 1918 ilin yayından F.-i.-ın Finlandiyaya miqrasiyası başladı. 1926 il sıyahıyaalmasına görә, F.-i.-ın sayı 114,8 min nәfәr idi. Onların tәqr. 18 min nәfәri 1929–31 illәrdә kollektivlәşdirmә nәticәsindә, tәqr. 27 min nәfәri isә 1935– 36 illәrdә sәrhәdyanı zolağın “tәmizlәnmәsi” kampaniyası çәrçivәsindә başqa әrazilәrә köçürüldü. 1937 ildә fin dilindә tәdris vә nәşriyyat işi dayandırıldı. Minlәrlә F.-i. 1937–38 illәrdә “böyük terror”un gedişindә repressiyaya mәruz qaldı. 1941 ilin avqustunda vә 1942 ilin yazında 40 mindәn çox F.-i. köçürüldü, 60 min nәfәrdәn çox Almaniyanın işğal zonasında qaldı, onların çoxu Finlandiyaya köçürüldü. Finlandiya ilә barışıq (1944) imzalandıqdan sonra 55 min nәfәr F.-i. SSRİ-yә qaytarılsa da, әvvәlki yaşayış yerlәrindә mәskunlaşmaq hüququnu itirdilәr (Yaroslavl, Kalinin, Novqoroq vә Pskov vilayәtlәrindә mәskunlaşdılar, onların çoxu sonralar Kareliya vә Estoniyaya köçdülәr). Kareliyada fin dilindә qәzet vә jurnallar çap olunur, televiziya vә radio verilişlәri yayımlanır, Petrozavodskda Milli teatr fәaliyyәt göstәrir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN