FİNİSTÉR – Fransanın şm.-q.-indә, Bretan y-a-nda dep-t. Sah. 6,7 min km2. Əh. 908,2 min (2016). İnz. m. Kemper ş.-dir.
İqtisadiyyatında k.t. (dәnli bitkilәr, kartof, faraş tәrәvәzlәr becәrilir; qaramal yetişdirilir; donuzun sayına görә ölkә üzrә birici yerdәdir) yeyinti (o cümlәdәn balıq- konserv), gәmi tәmiri, elektron sәnaye sahәlәri mühüm yer tutur. Balıqçılıq var. Roskof portu bәrә vasitәsilә Bretanı İrlandiya vә B.Britaniya ilә әlaqәlәndirir. Sahilboyu turizm inkişaf etmişdir; kurortlar fәaliyyәt göstәrir.