FİNİTİZM (lat. finitus – müәyyәnlәşdirilmiş, mәhdudlaşdırılmış, bitmiş) – 1) sonsuzluq kateqoriyasının obyektiv real mәzmununu inkar edәn fәlsәfi konsepsiya. F.-ә görә, nә kainatda, nә mikroalәmdә, nә dә tәfәkkürdә sonsuzluq mövcud deyil, çünki insan tәcrübәdә hәmişә sonlu şeylәr vә onların xassәlәri ilә qarşılaşır. F. sonlu olanı metafizikcәsinә sonsuza qarşı qoyaraq, onların dialektikasını vә qarşılıqlı әlaqәsini nәzәrә almır. 2) Metariyaziyyatda formal sistemlәrin tәdqiqindә F. yalnız tam aydın vә ziddiyyәtdәn uzaq metodlardan istifadәni ifadә edir.