FİNKELŞTEYN Boris Konstantinoviç (1.3.1871, Xerson – 26.9.1931, Bakı) – Azәrb. vә Ukrayna tibb alimi, cәrrah. Tibb doktoru (1897), prof. (1919). Xarkov Un-tinin tibb fakültәsini bitirmişdir (1894). 1895–1906 illәrdә Sankt-Peterburq, Batumi şәhәrlәrindә cәrrah işlәmiş, 1906 ildә Bakıya gәlmişdir. 1921 ilә qәdәr Balaxanıda vә Bakının digәr xәstәxanalarında cәr- rah, 1921–30 illәrdә Bakı Un-tinin tibb fakültәsinin, 1930–31 illәrdә isә Azәrb. Dövlәt Tibb İn-tunun hospital-cәrrahlıq kafedrasının müdiri işlәmişdir. Əsәrlәri, döş boşluğu orqanlarının vә dalağın cәrrahi üsulla müalicәsi problemlәrinә hәsr edilmişdir. 53 elmi әsәrin müәllifidir.
Ə s ә r i: Руководство по общей хирургии. В.,1921.