FİNQÁL MAĞARASI (ing. Finqal′s Cave) – B. Britaniyada mağara. Staffa a.-nın (Hebrid a-rı) c.-q.-indә yerlәşir. Uz. tәqr. 70 m, eni 14 m-әdәk, hünd. 30 m-әdәkdir. 1772 ildә tәbiәtşünas Cozef Benks tәrәfindәn aşkar edilmişdir. Dibi dәniz suyu ilә doludur. Bazaltlarda dәniz abraziyası nәticәsindә yaranmışdır; çoxüzlü şaquli sütunlar, özünәmәxsus akustikası var. Turizm inkişaf etmişdir.
Finqal mağarası.