Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİNLÁNDİYA

    FİNLÁNDİYA (fin dilindә Suomi, İsveç dilindә Finland), F i n l a n d i y a  R e s p u b l i k a s ı (fin dilindә Suomen Tasavalta, İsveç dilindә Republiken Finland).

                                                                      Ümumi mәlumat

    Avropanın şm.-ında dövlәt. RF, İsveç vә Norveç ilә hәmsәrhәddir. C. vә q. sahillәrini Baltika dәnizinin Fin vә Botniya körfәzlәrinin suları yuyur (sahil xәttinin uz. girintilәrsiz 1100 km). Sah. 338,1 min km2 (daxili sularsız 303,9 min km2). Əh. 5,5 mln. (2015). Paytaxtı Helsinki ş.-dir. Rәsmi dillәr fin vә İsveç dillәri, pul vahidi avrodur. İnzibati cәhәtdәn 19 lyaniyә (vil.-ә) bölünür.

    F. BVF-nin (1948), BYİB-in (1948), BMT-nin (1955), ATƏT-in (1973), Aİ-nin (1995), ÜTT-nin (1995), Şimal şurasının (1956) üzvüdür.

                                                                     Dövlәt quruluşu

    F. unitar dövlәtdir. Konstitusiyası 11.6.1999 ildә qәbul edilmişdir. İdarәetmә forması qarışıq respublikadır.

    Dövlәt başçısı әhali tәrәfindәn 6 il müddәtinә (bir dәfә yenidәn seçilmәk hüququ ilә) seçilәn prezidentdir. Dövlәt başçısı hökumәtlә birlikdә xarici siyasәtә rәhbәrliyi hәyata keçirir, qanunverici aktları vә qәrarları tәsdiqlәyir, hökumәt üzvlәrini vә dövlәtin yüksәk vәzifәli şәxslәrini tәyin edir, ölkәnin Müdafiә qüvvәlәrinin ali baş komandanıdır.

    Ali qanunverici orqan birpalatalı parlamentdir (Eduskunta). 200 deputatdan ibarәtdir (199 deputat bir vә çoxmandatlı seçki dairәlәrindәn proporsional nümayәndәlik әsasında, bir deputat isә Aland a-rından sadә sәs çoxluğu ilә seçilir). Parlamentin sәlahiyyәt müddәti 4 ildir.

    Hökumәt parlament seçkilәrinin nәticәlәrinә uyğun olaraq fraksiyalar arasındakı mәslәhәtlәşmәlәr yolu ilә formalaşdırılır. Bir qayda olaraq, seçkilәrdә qalib gәlmiş siyasi partiyanın sәdri baş nazir vәzifәsini tutur.

    Əsas siyasi partiyalar: Koalisiya partiyası, Finlandiya mәrkәzi, Hәqiqi finlәr, Finlandiya sosial-demokrat partiyası.

                                                                               Tәbiәt

    F.-nın әsas fiziki-coğrafi xüsusiyyәtlәri onun Fennoskandiyanın ş.-indәki yerinә görә müәyyәnlәşir. Baltika qalxanında formalaşmış alçaqtәpәli düzәnliklәr üstünlük tәşkil edir. Göl vә bataqlıqların bolluğu, podzollu torpaqlarda iynәyarpaqlı tayqa meşәlәrinin üstünlüyü sәciyyәvidir. Fin vә Botniya körfәzlәrinin sahillәri alçaqdır, çoxsaylı xırda buxtalarla parçalanmışdır (xüsusәn c. vә c.-q.-dә). Qurunun qalxması nәticәsindә (100 ildә 0,9 m) sahil xәttinin tez-tez dәyişmәsi müşahidә olunur.

    Relyef. Ölkә әrazisinin çox hissәsi (әsasәn, c.-u) düzәnlikdir; 2/3 hissәsi dәniz sәviyyәsindәn 200 m aşağıdır. Çoxlu göllәri olan mәrkәzi hissә c. vә c.-ş.-dәn Salpausselkya, şm. vә şm.-q.-dәn Suomen- selkya, ş.-dәn Qәrbi Kareliya yüksәkliklәri ilә әhatәlәnmişdir. Ölkәnin şm.-ını vә şm.-ş.-ini hünd. 400–600 m-ә çatan yüksәkliklәr (Maanselkya vә Finnmarken yastıdağlığının kәnarları), şm.-q.-ini Skandinaviya d-rı (maks. hünd. 1328 m, Halti d., ölkәnin әn yüksәk nöqtәsi) tutur. Sahil boyu tәpәli ovalıqlar uzanır.

    Geoloji quruluş vә faydalı qazıntılar. F.-nın әrazisi Şәrqi Avropa platformasının Baltika qalxanı hüdudlarında yerlәşir; burada Antropogenin buzlaq çöküntülәri ilә örtülmüş Kembriyәqәdәr yaşlı metamorfik komplekslәr vә qranitoidlәr üstünlük tәşkil edir. Əsasәn, morenlәrdәn ibarәt buzlaq çöküntülәri ölkәnin c.-unda üç tirәdәn ibarәt Salpausselkya yüksәkliyini yaradır. Buzlaqsonrası dövrdә F.-nın çox hissәsi transqressiyaya mәruz qalmışdır.

    Əsas faydalı qazıntı yataqları karelidlәr vә svekofennidlәrdә yerlәşmişdir; qırılma zonalarındakı әsasi süxurlar, kvarsitlәr vә şistlәrlә әlaqәdardır. Əsas faydalı qazıntıları: xrom, kobalt, mis, nikel, qurğuşun, sink, dәmir filizlәri; talk. Mühim iqtisadi әhәmiyyәtә malik mis-kolçedan (Outokumpu, Luykonlahti, Pühyasalmi vә Hammaslahti), mis-nikel (Vuonos, Kotalahti, Stromi, Hitura, Nivala), polimetal (Vihanti) filiz yataqlarından eyni zamanda kadmium, qızıl, xrom vә s. dә çıxarılır. Ölkә әrazisindә hәmçinin çoxlu qeyri-filiz faydalı qazıntı (apatit, kaolin, çöl şpatı, әhәngdaşı, asbest, talk, vollastonit, barit vә s.) yataqları da aşkar edilmişdir.

    İqlim. F.-nın iqlimi mülayim kontinental, c.-da dәniz iqliminә yaxındır. Qışı uzun, şaxtalıdır; güclü külәklәr vә çoxlu qar ilә müşayiәt olunur. Yayı nisbәtәn istidir. Orta temp-r fevralda –14 °C-dәn (şm.-da) –3 °C-yә (c.-da) qәdәr, iyulda 13°C-dәn (şm.-da) 17 °C-yә (c.-da) qәdәrdir. İllik yağıntı 450–750 mm. Qar örtüyü c.-q.-dә 3–4 ay, şm.-da 6 ay qalır. Sahilyanı r-nlarda tez-tez duman olur.

    Daxili sular. Ölkә әrazisindә axımın 90%-i Baltika dәnizi hövzәsinә, 10%-i Şimal Buzlu okeanına aiddir. Bolsulu, qısa uz.-lu çay şәbәkәsi inkişaf etmişdir. Əsas çayları: Kemiyoki, Tornionyoki, Kümiyoki, Tenoyoki, Kevoyoki, Patsoyoki); şәlalәlәr (Vuoksa çayında İmatra şәlalәsi vә s.) var; yağış vә qar suları ilә qidalanır. 185 mindәn çox göl var. Göllәr submeridional (әsasәn, c.-q.-dәn şm.-ş.-ә) istiqamәtdә uzanır, bir-biri ilә qollarla birlәşәrәk göl sistemlәri (Sayma, İnariyarvi, Ouluyarvi vә s.) yaradır. Çay vә göllәr ilin 5–7 ayı buzla örtülü olur. Çaylarda SES, göllәrdә gәmiçilik var.

     Pielinen gölü.

    Ölkәdә bәrpa olunan illik su ehtiyatı 110 km3-dir; adambaşına düşәn suyun illik miqdarı tәqr. 20 min m3 tәşkil edir. İl әrzindә su ehtiyatının tәqr. 6%-indәn istifadә olunur (bunun 94%-i sәnayenin, 6%-i kommunal-mәişәt sahәlәrinin ehtiyaclarına sәrf edilir).

     Vuoksa çayı (İmatra ş. yaxınlığında)

    Torpaqlar, bitki örtüyü vә heyvanlar alәmi. Ərazi, әsasәn, tayqanın landşaft zonası olub c. hissәsi qarışıq iynәyarpaqlı-enliyarpaqlı meşә zonası hüdudlarında yerlәşir.Torpaq örtüyündә müxtәlif tipli bataqlıq torpaqları ilә növbәlәşәn alfehumuslu podzol torpaqlar üstünlük tәşkil edir. C.-da çimli-podzol, şm.-da dağ-tundra torpaqları inkişaf etmişdir. İri çayların vadilәrindә vә dәniz düzәnliklәrindә әn yüksәk tәbii mәhsuldarlığı ilә fәrqlәnәn allüvial vә marş torpaqlar formalaşmışdır. F. Avropanın әn meşәlәşmiş ölkәsidir, meşәlәr әrazinin 75%-ini tutur. Meşәәmәlәgәtirәn әsas ağac cinslәri: adi şamağacı (55%-dәn artıq), Avropa küknarı, sallaq vә yumşaq tükcüklü tozağacıları. Qәdimyaşlı pozulmamış boreal meşәlәr massivi (şm. vә mәrkәzi hissәdә) saxlanılmışdır. Şibyәli vә kolcuqlu-şibyәli şamağacı meşәlәri geniş yayılmışdır. C. hissәdә yüksәk floristik müxtәlifliyә malik ot basmış küknarlıq sahәlәrinә rast gәlinir. C.-q. hissәdә qarışıq meşәlәrin tәrkibindә saplaqlı palıd, adi göyrüş, cökә, qarağac, ağcaqayın vardır; meşәaltında fındıq yayılmışdır. F. Laplandiyasının şm.-ında yumşaq tükcüklü tozağacından ibarәt meşә-tundra әyrimeşәliyi (torpaq örtüyündә kollu şibyәliklәr, erika, şümrәk, İsveç zoğalı) 200–500 m yüksәklikdә, әsasәn, kolcuqlu-şibyәli (driada, arktous, luizeleurya ilә) dağ tundraları ilә növbәlәşir. Ölkә әrazisinin 1/3-indәn çoxu bataqlaşmışdır, mәrkәzi vә şm. hissәdә bataqlıqlar çoxdur. Laplandiyanın şm.-ı üçün tәpәli punu bataqlıqları vә yastı tәpәli pals torf bataqlıqları sәciyyәvidir, mәrkәzi hissәdә geniş tirәli aapa bataqlıqları, c.-da sfaqnumlu bataqlıqlar üstünlük tәşkil edir.

     Kvarken arxipelaqı.

    Faunanın tәrkibindә 72 növ mәmәli, 248 növ yuvalayan quş, 12 növ sürünәn vә suda-quruda yaşayan vardır. Tipik boreal meşәlәr, o cümlәdәn, iri vә xırda vәhşi heyvanlar (qonur ayı, canavar, rosomaxa, sığın, meşә dәlәsi), dәlә, ağ dovşan vә s.; quşlardan adi Sibir xoruzu, Bonazi tetrası, yapalaq vә s. sәciyyәvidir. Şimal hissәdә Arktika növlәri (tundra tülküsü, şimal maralı, Norveç lemminqi) vardır. Daxili vә sahil sularında heyvan növlәri (o cümlәdәn 70 növdәn artıq balıq) vә onların yaşayış yerlәri xeyli müxtәlifdir. Milli Qırmızı kitaba 22 növ mәmәli (o cümlәdәn saymen halqalı suitisi), 89 növ quş (çığırqan qaz, ağquyruq dәniz qartalı vә s.), 2 növ sürünәn (o cümlәdәn adi qonur ilan), 30 növ balıq (syomqa, kumja vә s.) daxil edilmişdir.

    Ətraf mühitin vәziyyәti vә mühafizәsi. Ətraf mühitin vәziyyәti ümumilikdә qәnaәtbәxşdir. Landşaftların antropogen transformasiyası cüzidir vә, әsasәn, meşә sәnayesi ilә әlaqәdardır. Mühafizә olunan tәbii әrazilәr şәbәkәsi F. әrazisinin 9%-ini әhatә edir; bura ciddi qoruq rejimli 19 әrazi (Malla, Kevo vә s.) vә 39 milli park (әn irilәri Pallas-Yullyastunturi, Lemmenyoki, Urho-Kekkonen vә s.) daxildir. Kvarken arxipelaqı Ümumdünya irsi siyahısına, Şimali Kareliya (tayqa landşaftları) vә Saaristomeri (tәbiәtdәn istifadәnin әnәnәvi sistemlәri) YUNESKO-nun biosfer rezervatları şәbәkәsinә daxil edilmişdir. Ümumi sah. 800 min ha olan 49 beynәlxalq әhәmiyyәtli su-bataqlıq tәsәrrüfatı Ramsar konvensiyası çәrçivәsindә mühafizә olunur.

                                                                                          Əhali

    F. vәtәndaşları әhalinin 97,3%-ini tәşkil edir (2008); o cümlәdәn 90,8%-i fin dilindә (finlәr), 5,4%-i İşveç dilindә (isveçlәr, әsasәn, c.-da, Uusimaa vil.-nin c.-unda vә q.-dә, Pohyanmaa vil.-ndә), 1,8 min nәfәr (0,03%) saam dillәrindә (saamlar, әsasәn, şm.-da, Lappi vil.-ndә) danışırlar. Etnik azlıqlar arasında ruslar (0,9%), estonlar (0,4%), qaraçılar (kalelәr) var; hәmçinin somalililәr (0,2%), әrәblәr (0,2%), kürdlәr, çinlilәr vә b. yaşayırlar.

    20 әsrin әvvәllәrindәn ölkә әhalisi 2 dәfәdәn çox (1900 ildә 2,6 mln. nәfәr; 1950 ildә 4 mln. nәfәr; 2000 ildә 5,2 mln. nәfәr) artmışdır. 2010-cu illәrin ikinci yarısından әhalinin tәbii artım tempi azalmaqdadır (2010-cu illәrin әvvәllәrindә 1,5–2%-dәn 2015 ildә 0,8%-әdәk). Doğum sәviyyәsi 1000 nәfәrә 10,6 nәfәr (2015), ölüm sәviyyәsi 1000 nәfәrә 9,8 nәfәrdir. Fertillik göstәricisi 1 qadına 1,65 uşaqdır (2015; Aİ üçün orta göstәrici – 1,58, Skandinaviya ölkәlәri üçün – 1,79); uşaq ölümü 1000 nәfәr diri doğulan uşağa 1,7 nәfәrdir (dünya üzrә әn aşağı göstәricilәrdәn biridir). Əmәk qabiliyyәtli yaşda olan miqrantların fәal axını ilә qismәn tarazlaşdırılan әhalinin qocalma problemi qalmaqdadır (orta yaş hәddi 42 ildir; 2015). Miqrasiya saldosu 1000 nәfәrә 3,1 nәfәrdir (2015). Əhalinin yaş strukturunda әmәk qabiliyyәtli yaşda olanların xüsusi çәkisi 63,4%, 65 yaşdan yuxarı olanların xüsusi çәkisi 20,2%, uşaqların (15 yaşadәk) xüsusi çәkisi 16,4%-dir. Gözlәnilәn orta ömür müddәti 81,3 (kişilәrdә 78,5, qadınlarda 84,1) ildir. Hәr 100 qadına 97 kişi düşür. Əhalinin orta sıxlığı 1 km2-dә 18 nәfәrdir. Ölkәnin c. vә ş. sahilboyu әrazilәri әn sıx (Helsinki, Tampere, Turku aqlomerasiyalarında 1 km2-dә 1 min nәfәrәdәk), Qütbarxası vilayәtlәr isә әn az (1 km2-dә 1 nәfәrdәn az) mәskunlaşmışdır. Şәhәr әhalisinin xüsusi çәkisi 84,2%-dir (2015). F. әhalisinin 28%-indәn çoxu Helsinki paytaxt aqlomerasiyasında (1,56 mln. nәfәr, 2015) cәmlәşmişdir. Digәr iri şәhәr aqlomerasiyaları (min nәfәr, 2015): Tampere (310); Turku (260); Oulu (240). Dindarların tәqr. 74%-i xristiandır, müsәlmanlar, buddistlәr vә b. da var; tәqr. 23,5% özünü heç bir dini qrupa aid etmir.

                                                                    Tarixi oçerk

    Finlandiya әrazisi әn qәdim dövrlәrdәn 12 әsrәdәk. Regionun әn qәdim arxeoloji abidәlәrinә (Valday buzlaşmasınadәk) Susiluola mağarasından tapıntılar aid edilsә dә, onların tarixi mübahisәlidir. Buzlağın geri çәkilmәsindәn sonra Cәnubi Finlandiya әrazisindә (hәmin dövrdә arxipelaq) Mezolit dövründә (tәqr. e.ә. 9000–5200) Butovo mәdәniyyәti vә Kunda mәdәniyyәti daşıyıcıları mәskunlaşmışdılar; әmәk alәtlәri düzәldilәrkәn regionda çaxmaqdaşı olmadığına görә kvarsdan istifadә edilmişdir.

     Turku qalası. 13 әsr.

    Neolit dövrünün başlanğıcı (fin arxeoloqları Eneolit dövrünü müәyyәnlәşdirmirlәr) Sperrinqs vә Syaryaysniyemi mәdәniyyәtlәri keramikasının yayılması ilә әlaqәdardır. Tәqr. e.ә. 5-ci minilliyin ortalarında regionun ş.-indә keramika kütlәsinә asbest әlavә edilmәsi әnәnәsi yarandı; Qütbarxasının mәskunlaşdırılması başladı. Tәqr. e.ә. 3900–3500 illәrdә region basmadaraqvarı keramika mәdәni-tarixi birliyi zonasına daxil oldu; qayaüstü tәsvirlәr meydana gәldi; Valday yüksәkliyindә çaxmaqdaşıdan, Oneqaәtrafı vә daha şәrqdә yerlәşәn regionlarda misdәn, Cәnub-Şәrqi Baltikayanıda Sibir sidr ağacından vә kәhrәbadan, Skandinaviyada qırmızı şistdәn düzәldilmiş mәmulatların aşkarlanması әsasında uzaq әlaqәlәr qeydә alınmışdır. Son Neolit dövründә (tәqr. e.ә. 2800–2300) ş.-dә asbest keramikası mәdәniyyәti, c.-q.-dә isә әkinçiliyi vә heyvandarlığı yaymış qaytanlı keramika mәdәniyyәti qrupları formalaşdı. Bunun әsasında, Baltiyanın digәr mәdәniyyәtlәri әnәnәlәrinin iştirakı ilә
    formalaşan Kiukays mәdәniyyәti (tәqr. e.ә. 2300–1500) e.ә. 2-ci minilliyin ortalarından Skandinaviyanın şimal Tunc dövrü mәdәniyyәtlәrinin tәsirinә mәruz qalmışdır.

     Astuvansalmi рetroqliflәr (Sayma gölü yaxınlığında). E.ә. 3000–2500 illәr.

    “Erkәn Metal dövrünün qәrbi fin әnәnәlәri”ndә (Paymio, Morbyu) tәqr. e.ә. 600 ildә dәmirdәn istifadә başlandı, eramızın 1 әsrindә Estoniya torpaqlarından gәlmәlәrlә inteqrasiya baş verdi. Ş.-dә Sarsa–Tomitsa mәdәniyyәti (tekstil keramikası mәdәniyyәti vilayәti) formalaşdı; Seyma-Turbino mәdәniyyәtinә aid tapıntılar bu dövrün başlanması ilә әlaqәdardır; e.ә. 7 әsrdәn asbest keramikası әnәnәlәri (Luukonsaari, Sirnihta) inkişaf edir, Ananyino mәdәniyyәti birliyi ilә bağlı metal mәmulatlar, dәmir metallurgiyası, sporadik (vaxtaşırı) әkinçilik meydana gәlir. Qütbarxasıda tәqr. e.ә. 1900 ildә asbest keramikası, sonra isә Kyelmöy (H y e l m ö y) әnәnәlәri yayıldı. Burada vә F.-nın ş. torpaqlarında tәqr. e.ә. 300 ildә keramikadan istifadә dayandırılır.

    “Hәqiqi” Dәmir dövrünün başlanması eramızın 1-ci minilliyinin әvvәllәrinә aiddir; yandırılmış meyit qalıqlarının daş qalaqları vә hörgülәrin altında dәfnedilmәsi әnәnәsi qalmaqda idi; 7 әsrdәn q.-dә meyitlәrin dәfni adәti meydana gәldi (11–13 әsrlәrdәn әsas adәtә çevrildi). Yalaxları olan daşlar da kultlar ilә bağlı idi. Metal mәmulatlarında cәnubun, 5–6 әsrlәrdә isә әsasәn, İsveçin tәsiri özünü büruzә verirdi; 7 әsrdәn yerli üslublar formalaşmışdır. Vikinqlәrin dövrünә (tәqr. 800–1050) doğru c.-q.-dә suomilәrin, c.-ş.-dә karellәrin vә savoların, onların arasında Skandinaviyadan Şәrqi Avropaya gedәn hәrbi-ticarәt yolları vasitәsilә vә şm.-da saamlarla әlaqәlәrdә iştirak edәn yemlәrin qrupları tәşәkkül tapmışdır.

    Finlandiya İsveçin tәrkibindә (12 әsrin sonu – 1809). 12 әsrin ortalarından İsveç krallığı tәrәfindәn bütpәrәst fin әhalisinә qarşı sәlib yürüşlәri formasında F. әrazisinin istilasına başlandı. İsveç kralı Erik Yedvardsson tәrәfindәn tәşkil olunmuş birinci sәlib yürüşü (1155) suomi tayfasına mәxsus әrazilәrin işğalı ilә nәticәlәndi: xristian dini bәrqәrar oldu, feodal torpaq sahibliyi (zәbt edilmiş torpaqlar yepiskoplara paylanaraq kilsә tәşkilatlarının idarәçiliyinә verildi) sistemi inkişaf etdi. Birger Yarlın başçılıq etdiyi ikinci sәlib yürüşü (1249) nәticәsindә hyam (y e m) tayfasına mәxsus torpaqlar tabe edildi. F.-nın mәrkәzi hissәsinin işğalı Novqorod respublikası ilә açıq hәrbi toqquşmalarla müşayiәt olunurdu. İsveç ilә Novqoroq arasında mübarizә Turgils Knutsonun korela tayfa birliyinә mәxsus әrazilәri tabe etmәyә yönәldilmiş üçüncü sәlib yürüşündәn (1293) sonra daha da kәskinlәşdi. Nәticәdә isveçlәr korela tayfalarının әrazilәrinin yalnız bir hissәsini (Kareliya bәrzәxinin c.-q.-ini) әlә keçirmәyә müvәffәq olaraq burada Vıborq qalasının әsasını qoydular. İsveç krallığı ilә Novqoroq arasında qarşıdurma Oreşek (O r e x o v e t s) sülhünün (1323) imzalanması ilә başa çatdı.

    Birinci sәlib yürüşü nәticәsindә İsveçin işğal etdiyi әrazilәr “F.” (İsveç dilindә suomi tayfasının adı) adlandırıldı; sonralar bu ad işğal olunmuş bütün torpaqlara şamil edildi. 13–14 әsrlәrdә F.-da suomi vә hyam tayfalarının korela tayfa birliyinin qәrb hissәsi ilә birlәşmәsindә özünü büruzә verәn etnik konsolidasiya prosesi gedirdi; tayfa dialektlәri әsasında vahid fin dilinin (bax Finlәr) formalaşması prosesi başladı. Başda İsveç canişini olmaqla F.-nı idarәetmә sistemi dә hәmin dövrdә formalaşdı. Abo (T u r k u) ş. inzibati mәrkәzә çevrildi, Tavastqus (H y a m e e n l i n n a) vә Vıborqun da әhәmiyyәti artdı. Eyni zamanda feodal cәmiyyәtinin zadәganlar vә ruhanilәr (әsasәn, İsveç әsilli), hәmçinin kәndlilәr vә şәhәrlilәrdәn ibarәt әsas tәbәqәlәri formalaşdı. Kәndlilәr şәxsi azadlıqlarını saxlasalar da, feodal asılılığına, ilk növbәdә dövlәt vә kilsәdәn asılılığa düşürdülәr.

    İsveçin Kalmar uniyasına (1397–1523) qoşulması F. әrazisindә Danimarkanın nüfuzunun genişlәnmәsinә gәtirib çıxardı. F.-nı İsveç separatizminә qarşı mübarizәdә forposta çevirmәyә çalışan Danimarka onun maddi vә insan resurslarından fәal istifadә edirdi. Bu, 16 әsrin әvvәllәrindә F. әrazisindә baş vermiş milli azadlıq hәrәkatı zamanı xüsusilә aşkar görünürdü. 1523 ildә Kalmar uniyası İsveç tәrәfindәn lәğv edildikdәn sonra F. yenidәn İsveç krallığının hakimiyyәtinә keçdi.

    Kilsә islahatı inzibati idarәetmә orqanlarının modernlәşdirilmәsi ilә müşayiәt olunurdu. 1527 ildә M.Şütte fin kilsәsinin başçısı tәyin edildikdәn sonra lüteranlıq bütün ölkә әrazisinә yayıldı. F.-da Reformasiya qәti şәkildә 1540-cı illәrdәn, kilsәyә M.Aqrikolanın rәhbәrlik etdiyi dövrdәn hәyata keçirilirdi. Mәhz hәmin dövrdә finlәrin milli kilsәsi, fin әdәbi dili, milli yazı sistemi vә әdәbiyyatı qәti olaraq formalaşdı (Aqrikola tәrәfindәn ilk fin әlifba kitabının nәşri, İncilin, messaların, dua kitablarının fin dilinә tәrcümәsi). F.-nın idarә edilmәsindә dәyişikliklәr baş verdi: canişinin yerini daha kiçik әraziyә nәzarәt edәn vә tamamilә mәrkәzi hökumәt administrasiyasının tabeliyindә olan foqtlar tutdular, Aboda yerlәşәn vә foqtlarla kral arasında vasitәçi olan vәzifәli şәxs (ştathalter) meydana gәldi. 1540-cı illәrdә vergilәrin toplanması nizamlandı, ölkә daxilindә planauyğun şәkildә müstәmlәkәlәşdirilmә başlandı. 1550 ildә Fin körfәzi sahilindә Helsinqfors (Helsinki) ş.-nin әsası qoyuldu. 1556–63 illәrdә F.-nın c.-q. hissәsi muxtar hersoqluq qismindә kralın oğlu Yuhan Vazaya verildi.

    17 әsrin әvvәllәrindә İsveçin Baltika hövzәsindә aparıcı dövlәtә çevrilmәsi vә Stolbovo sülhünә (1617) görә Rusiya–İsveç sәrhәdlәrinin dәyişdirilmәsi F. iqtisadiyyatının bәrpasına, yeni şәhәrlәrin salınmasına, yolların çәkilmәsinә, ümumi tәhsil sisteminin inkişafına imkan yaratdı. 1640 ildә F.-nın ilk universiteti olan Abo Akademiyası açıldı. 1637 ildә Per Brage F.-ya ilk gen.-qubernator tәyin olundu. Fәal isveçlәşdirmә proseslәri nәticәsindә 17 әsrin sonlarında F. İsveçin adi qub.-na çevrildi.

     Olafsborq qalası. 15 әsr. Savonlinn.

    Şimal müharibәsi (1700–21) gedişindә F.-nın kәndli tәsәrrüfatlarının 1/4-i vә şәhәrlәrin çoxu dağıdıldı. Niştadt sülhünün (1721) şәrtlәrinә görә, İsveç İngermanland, Liflandiya, Estlandiya, Kareliya әyalәtlәrini vә digәr әrazilәri Rusiyaya verdi. İsveçin mәğlubiyyәti F.-nın ilk növbәdә әn mühüm hәrbi әrazi kimi әhәmiyyәtini artırdı: burada İsveç ordusunun böyük hissәsi yerlәşirdi. Xәzinәyә ödәnilәn vergilәr artırıldı: İsveçdә toplanan bütün vergilәrin yarısı F.-dan daxil olurdu. Ölkәdә kәndli әhali arasında tәbәqәlәşmәdә, qapalı feodal iqtisadiyyatının dağılmasında vә manufaktura tipli sәnaye istehsalının (xüsusilә, ağac emalı sәnayesindә) meydana gәlmәsindә özünü büruzә verәn kapitalist münasibәtlәrinin yaranması ilә İsveç tәrәfindәn F.-ya qarşı tәtbiq edilәn çoxsaylı iqtisadi qadağalar, ölkә daxilindә sәnaye mәhsullarına tәlәbatın olmaması, xarici bazarlarda güclü rәqabәtin getmәsi F.-nın iqtisadi inkişafını lәngidirdi. İqtisadi vә milli ayrı-seçkilik F. әhalisinin narazılığına sәbәb olur, hәyata keçirilәn siyasәtә qarşı etirazlar finlәrin nümayәndәlәri tәrәfindәn İsveç qanunverici orqanında (riksdaqda) sәslәndirilirdi. F. әhalisi Rusiya-İsveç müharibәsindә (1741–43) İsveçә әvvәlki dәstәyi göstәrmәdi. Abo sülhünә (1743) görә, F.-nın c.-ş. hissәsi Rusiyanın tәrkibinә keçdi. F.-da separatist meyillәr Rusiya tәrәfindәn fәal dәstәklәnirdi. Bu, Rusiya-İsveç müharibәsi (1788–90) gedişindә İsveç kralına qarşı zabitlәrin hazırladığı sui-qәsd (A n y a l a q ә s d i) zamanı özünü açıq şәkildә büruzә verdi. İsveçin Rusiya ilә müharibәdә (1808–09) mәğlubiyyәti nәticәsindә imzalanmış Fridrixsham sülhünә (1809) görә, F. Rusiyaya qatıldı. Anyala qәsdinin tәrәfdarı finlandiyalı G.M.Sprenqtporten Rusiyanın F.-da ilk gen.-qubernatoru oldu.

    Finlandiya Rusiya imperiyasının tәrkibindә (1809–1917). F.-nın Rusiya imperiyasının tәrkibinә qatılmasının şәrtlәri Borqo seymindә (1809) elan olunmuş manifestә әsasәn müәyyәnlәşdirildi: F. Rusiya imperiyasının tәrkibindә muxtar inzibati-әrazi qurumuna (Böyük Finlandiya knyazlığına) çevrildi. F.-nın inzibati vә iqtisadi muxtariyyәti fin millәtinin formalaşmasına şәrait yaratdı: isveçdilli aristokratiya ağalığının tәdricәn zәiflәmәsi fin dilinin nüfuzunun artması, milli mәdәniyyәtin yayılması ilә müşayiәt olunurdu. 1860–70-ci illәrdә burjua islahatları şәraitindә İsveç-fin mәdәni münaqişәsinin hәlli çәrçivәsindә vә diyarın sürәtli iqtisadi inkişafı fonunda müxtәlif qruplaşmalar (“köhnә finlәr”, “gәnc finlәr”, svekomanlar) arasında F.-nın hüquqi statusu, Rusiya imperiyası ilә qarşılıqlı münasibәtlәri mәsәlәlәri ilә bağlı siyasi mübarizә kәskinlәşdi.

    III AleksandrII Nikolayın hakimiyyәti dövründә Rusiyanın tәrkibindә F.-nın muxtar statusunun mәrhәlәli şәkildә lәğvinә (o cümlәdәn, Seymlә razılaşdırılmadan qanunverici qәrarların tәsdiqlәnmәsi hüququ, 1899; F.-da ümumi hәrbi mükәllәfiyyәt haqqında qanunun qәbulu, 1901) yönәlmiş siyasәtin hәyata keçirilmәsi müxalif qüvvәlәrin birlәşmәsinә vә “passiv müqavimәt” taktikası yürüdәn konstitusiyaçılar blokunun yaranmasına sәbәb oldu. Eyni zamanda fәrdi terror taktikasından istifadә edәn “fәal müqavimәt” partiyası yaradıldı. Rusiyada 1905–07 illәr inqilabını dәstәklәyәn F. әhalisi Seymin razılığı olmadan qәbul edilmiş çar fәrmanlarının lәğvi tәlәbini irәli sürdü. 1906 il iyulun 3-dә II Nikolay yeni seym islahatını tәsdiqlәmәyә mәcbur oldu. Diyarın ali qanunverici orqanı kimi knyazlığın bütün әhalisinin (qadınlar da daxil olmaqla) ümumi seçki hüququ әsasında seçilәn birpalatalı Seym (200 deputat) tәsis edildi. İnqilabın sona çatması ilә F.-nın muxtariyyәti mәhdudlaşdırılmağa başladı. 1910 ildә II Nikolayın imzaladığı qanuna әsasәn F.-ya aid bütün qanun layihәlәri Rusiya hökumәti tәrәfindәn müzakirә olunmalı vә tәsdiqlәnmәli idi. 1907–11 illәr әrzindә Seym 4 dәfә buraxıldı.

     Sveaborq qalası (“İsveç qalası”). 18 әsr. Helsinki.

    Birinci dünya müharibәsinin başlaması ilә F.-da hәyat sәviyyәsi aşağı düşdü, sosial gәrginlik artdı. 1916 ildә Seymә keçirilәn seçkilәrdә Finlandiya Sosial-Demokrat Partiyası (FSDP) 200 yerdәn 103-nü әldә edәrәk qәlәbә qazandı. 1915 ildәn Almaniyada finlandiyalılardan ibarәt әlahiddә batalyonun yaradılmasına başlandı. Hәmin batalyon 1916 ildәn Baltikayanıda Rusiyaya qarşı döyüşürdü (“yegerlәr hәrәkatı”). Fevral inqilabı (1917) F.-da böhran vәziyyәtini daha da ağırlaşdırdı. 1917 il iyulun 18-dә Seym Rusiya dövlәtinin qanunvericilik imkanlarını mәhdudlaşdıran “Hakimiyyәt haqqında qanun» qәbul etdi. 1917 il iyulun 31-dә Seym buraxıldı. Oktyabrda Petroqradda baş verәn silahlı çevrilişlә eyni vaxta tәsadüf edәn yeni seçkilәr F.-da vәziyyәti daha da gәrginlәşdirdi. 1917 il dekabrın 6-da Seymin qәbul etdiyi Müstәqillik haqqında bәyannamә 1917 il dekabrın 31-dә sovet hökumәti tәrәfindәn tanındı.

    Müstәqil Finlandiya 20 әsrin birinci yarısında. Müstәqil F.-nın tәşәkkülü kәskin sosial vә siyasi mübarizә şәraitindә baş verirdi. P.E.Svinhuvudun başçılığı ilә 1917 il noyabrın 26-da yaradılmış F. hökumәti (Senat) inqilabi prosesin inkişafına yol vermәmәyә çalışırdı. Bu mәqsәdlә Seym 1918 il yanvarın 12-dә Senata әlavә sәlahiyyәtlәr verilmәsinә dair qәrar qәbul etdi, yanvarın 16-da K.Q.E.Mannerheym F. qoşunlarının baş komandanı tәyin olundu. Yanvarın 28-nә keçәn gecә Helsinqforsda FSDP tәrәfindәn tәşkil edilmiş silahlı üsyan nәticәsindә Svinhuvud hökumәti devrildi, inqilabi hakimiyyәt orqanı rolunda çıxış edәn Xalq Müvәkkillәri Şurası (XMŞ) yaradıldı. XMŞ üsyançıların nәzarәt etdiyi әrazilәrdә (ölkәnin c.-unda vә mәrkәzi F.-nın bir hissәsindә) radikal islahatlara başladı. Ölkәnin şm.-ı vә orta F.-nın çox hissәsi әvvәlki hökumәtin idarәçiliyi altında qaldı. Ölkәni bürüyәn vәtәndaş müharibәsi Almaniyanın hәrbi müdaxilәsi sayәsindә inqilabın yatırılması ilә sona çatdı. Mayın 4-dә paytaxtdan qaçmış Svinhuvud hökumәti alman qoşunları tәrәfindәn tutulmuş Helsinqforsa qayıtdı vә mayın 16-da orada qәlәbә yürüşü tәşkil olundu. 1918 il oktyabrın 9-da Finlandiya krallığının yaradılması elan olundu, Almaniya imperatoru II Vilhelmin qohumu – Hessen şahzadәsi Fridrix Karl kral seçildi (ölkәyә gәlmәdi). Svinhuvud krallığın regenti oldu. Mayın 28-dә hökumәtә inqilabi hәrakatı qәti olaraq yatırmaq üçün müstәsna sәlahiyyәtlәr verildi. Ölkәdә başlamış “ağ terror” nәticәsindә minlәrlә F. vәtәndaşı hәlak oldu (fövqәladә vәziyyәt 1919 ilin iyununadәk davam etdi).

    Almaniyanın Birinci dünya müharibәsindә mәğlubiyyәtindәn sonra alman qoşunları F.-dan çıxarıldı. 1919 ilin iyulunda respublika quruluşunu tәsbit edәn konstitusiya qәbul olundu. Ali icraedici hakimiyyәt prezidentә hәvalә edilirdi. 1919 il iyulun 25-dә K.Y.Stolberq F.-nın ilk prezidenti seçildi. Siyasi partiyalar mәhz bu vaxt qәti olaraq formalaşdı: Milli Koalisiya partiyası, Milli Tәrәqqi partiyası vә s.

     Helsinki şәhәrindәn görünüş.

    1920-ci illәrdә F.-da iqtisadi yüksәliş müşahidә olunurdu. Ağac emalı, toxuculuq, yeyinti, metallurgiya, metal emalı vә hәrbi sәnaye sahәlәri sürәtlә inkişaf edirdi. Xarici kapital axını xeyli artmışdı, kapital qoyuluşuna görә 1-ci yer B.Britaniyaya mәxsus idi. K.t.-nda heyvandarlıq üstünlük tәşkil edirdi. 1922 ilin noyabrında torpaqsız kәndlilәrә pay torpaqlarının verilmәsi (“Kallio qanunu”) mühüm hadisә idi.

    1929–33 illәrdәki dünya iqtisadi böhranı F.-nın inkişafına mәnfi tәsir göstәrdi: 1931 ilә doğru sәnaye istehsalı 32,5%-әdәk azaldı, sosial gәrginliyin artması 1929 ildә sağ radikal Lapua hәrәkatının formalaşmasına gәtirib çıxardı. Lapuaçıların tәzyiqi ilә 1930 ildә parlament bir sıra antikommunist qanun qәbul etdi; 1932 ildә onların qiyam (“Myantsyalya qiyamı”) cәhdinin qarşısı alındı, dövlәtin demokratik әsasları saxlanıldı. Böhran aradan qaldırıldıqdan sonra F.-da sabit iqtisadi vә siyasi inkişaf davam etdi. 1937 ildә bütün aparıcı siyasi partiyaları birlәşdirәn hökumәt tәşkil olundu. Bu illәrdә milli özünüdәrkin inkişafı daha çox finlәşdirmә forması aldı vә hәm rus, hәm dә İsveç tәsirinin aradan qaldırılmasına yönәldildi. Bu da rәsmi coğrafi adların dәyişdirilmәsindә, fin dilinin alınma sözlәrdәn tәmizlәnmәsindә vә s.-dә öz әksini tapdı.

    1935 ildә F. parlamenti xarici siyasәtdә 1932 ildә SSRİ ilә hücum etmәmәk haqqında imzalanmış müqavilәnin (1934 ildә uzadılmışdı) müddәasını tәsdiqlәyәn bitәrәflik xәttini elan etdi. 1938 ildә İkinci dünya müharibәsi әrәfәsindә SSRİ hökumәti F.-ya qarşılıqlı yardım haqqında müqavilә bağlamağı tәklif etsә dә, rәdd cavabı aldı (SSRİ-nin Hanko y-a-nı icarәyә götürmәk xahişi dә cavabsız qaldı). 1939 il noyabrın 28-dә SSRİ 1932 il müqavilәsini lәğv edәrәk 2 gün sonra F.-ya qarşı hәrbi әmәliyyatlara başladı [bax Sovet-Finlandiya müharibәsi (1939–40)]. Hәrbi әmәliyyatlar 1940 il martın 12-dә Moskva sülh müqavilәsinin (1940) imzalanması ilә başa çatdı, F. Kareliya bәrzәxini vә Şimali Ladoqaәtrafını SSRİ-yә güzәştә getdi. 1941 ilin iyununda F. Almaniya vә onun müttәfiqlәri ilә birgә SSRİ-yә hücum etdi. F. ordusu sovet әrazilәrinin çox hissәsini әlә keçirdi. 1944 ilin sentyabrında F. ilә Sovet İttifaqı vә Anti-hitler koalisiyasının digәr dövlәtlәri arasında 1940 il sәrhәdlәrini bәrpa edәn Barışıq haqqında saziş imzalandı. F. ölkәnin şm.-ında alman qoşunlarına qarşı hәrbi әmәliyyatlara başladı (“Laplandiya müharibәsi”). 1947 il fevralın 10-da imzalanmış sülh müqavilәsi 1944 il sazişinin şәrtlәrini tәsdiq etdi; F. ilә SSRİ arasında münasibәtlәr Dostluq, әmәkdaşlıq vә qarşılıqlı yardım haqqında sovet-Finlandiya müqavilәsi (1948) ilә nizamlandı.

     Tampere şәhәrindәn görünüş.

    Finlandiya 20 әsrin ikinci yarısı – 21 әsrin әvvәllәrindә. 20 әsrin ikinci yarısında prezidentlәr Y.K.Paasikivi, U.Kekkonen vә M.Koyvistonun fәaliyyәti sayәsindә beynәlxalq arenada F.-nın siyasi vә iqtisadi mövqeyi möhkәmlәndi. SSRİ ilә münasibәtlәrdә 1948 il müqavilәsinin әsas müddәalarındakı qarşılıqlı inam prinsiplәrinә әsaslanan yeni xarici siyasәt strategiyası (“Paasikivi–Kekkonen xәtti”) formalaşdı. 1956 ildә F. BMT-yә üzv qәbul edildi vә Şimal şurasına daxil oldu, 1961 ildә Avropa Azad Ticarәt Assosiasiyasına (assosiasiya olunmuş üzv qismindә), 1969 ildә İqtisadi Əmәkdaşlıq vә İnkişaf Tәşkilatına qoşuldu. 1975 ildә Helsinkidә Avropada Tәhlükәsizlik vә Əmәkdaşlıq Müşavirәsi tәşkil edildi.

    Sәnayenin әhәmiyyәtinin artması vә çoxsahәli iqtisadiyyatın yaradılması ilә әlaqәdar tәsәrrüfat sahәsindә mühüm struktur dәyişikliklәri baş verdi. Maşınqayırma, gәmiqayırma, elektrotexnika sәnayesinin dayanıqlı inkişafı bir çox halda F.-nın SSRİ ilә sıx әmәkdaşlığı ilә bağlı idi. Sovet İttifaqının dağılması F.-nın iqtisadi tәnәzzülü ilә üst-üstә düşdü.

    2000 ilin martında prezidentin icraedici hakimiyyәtinin mәhdudlaşdırılması ilә parlamentin rolunu möhkәmlәndirәn yeni Konstitusiya qüvvәyә mindi. Hәmin ildә F. Sosial-Demokrat partiyasının nümayәndәsi T.Halonen (2006 ildә ikinci dәfә) prezident seçildi. 2012 ildәn S.Niynistö (Koalisiya partiyası) F. prezidentidir.

    F.-nın müasir iqtisadiyyatı üçün postindustrial model sәciyyәvidir, ÜDM-in adambaşına düşәn göstәricisinә görә qabaqcıl dünya dövlәtlәri qrupuna daxildir.

    1995 ilin әvvәllәrindә F. Avropa İttifaqına qoşuldu [2002 ildә avro zonasına (140 ildәn çox ölkәdә istifadә olunan milli valyuta – fin markası dövriyyәdәn çıxarıldı) daxil oldu (bu zonaya daxil olan yeganә Şimali Avropa dövlәtidir)]. Aİ-yә inteqrasiya Şimali Atlantika Müqavilә Tәşkilatı (NATO) ilә әmәkdaşlığın genişlәnmәsi ilә üst-üstә düşdü, bu da F.-nın ölkәnin NATO-nun “Sülh naminә tәrәfdaşlıq” proqramına qoşulmasına, hәmçinin Avro-Atlantika Tәrәfdaşlıq Şurasında vә Qәrbi Avropa İttifaqında müşahidәçi qismindә iştirakına dair çәrçivә sazişlәrinin imzalamasında öz әksini tapdı. Lakin 2016 ildә ölkәnin NATO-ya üzv olmaq mәqsәdilә xarici siyasәt vә tәhlükәsizlik siyasәtinin yenidәn qurulması işlәrinә başlansa da, F. İsveçlә yanaşı Avropada bu tәşkilata üzv olmayan az sayda dövlәtdәn biridir.

    F. Azәrb. Resp.-nın müstәqilliyini 1991 il dekabrın 30-da tanımış, iki ölkә arasında diplomatik münasibәtlәr 1992 il martın 24-dә qurulmuşdur. 2001 ildә F.-nın Azәrb.-da ilk sәfiri tәyin olunmuşdur. Azәrb.-F. parlamentlәrarası әlaqәlәr üzrә işçi qrupu fәaliyyәt göstәrir. 2016 ildәn işçi qrupa prezident İ.H.Əliyev rәhbәrlik edir. F. Er- mәnistan–Azәrbaycan Dağlıq Qarabağ münaqişәsinin ATƏT-in prinsiplәri әsasında sülh yolu ilә hәlli üçün yaradılmış ATƏT- in Minsk qrupuna daxildir. Minsk prosesinin hәmsәdrlik institutu tәsis olunarkәn ona ilk vaxtlar Rusiya ilә birlikdә F. da başçılıq etmişdir.

                                                                     Tәsәrrüfat

    F. Avropanın yüksәk inkişaf etmiş ölkәlәrindәndir. ÜDM-in hәcmi 257 mlrd. dollar (2018; alıcılıq qabiliyyәti pariteti üzrә dünyada 62-ci yer); adambaşına – 46559 dollar (dünya üzrә 38-ci yer) tәşkil edir. F. gәlirlәrin bәrabәr bölüşdürmәsinә görә dünya liderlәri onluğuna daxildir. İnsan inkişafı indeksi 0,92-dir (2017; 188 ölkә arasında 15-ci yer). İqtisadi fәal әhali 2,473 mln. nәfәrdir (BVF-nin mәlumatlarına әsasәn, dünya ölkәlәri arasında 115-ci yer, 2017); o cümlәdәn 75,3%-i xidmәt sferası, 20,7%-i sәnayedә, 4%-i k.t.-nda çalışır. İşsizlik sәviyyәsi 8,5% tәşkil edir.

     “Olkiluoto” AES-i.

    İqtisadiyyatın әsasını ixracyönlü yüksәktexnologiyalı sahәlәr, meşә sәnayesi kompleksi vә üçüncü sektor (o cümlәdәn informasiya-kommunikasiya, bioloji vә tibbi texnologiyalar) tәşkil edir. 20 әsrin ortalarından F. sürәtlә inkişaf edәrәk Avropanın aqrar sәnaye periferiyasından qabaqcıl texnologiyaların dünya üzrә mühüm mәrkәzinә çevrilmişdir. 20 әsrin sonu – 21 әsrin әvvәlindәn başlayaraq iqtisadiyyat klaster modelinә (“yeni sәnayelәşdirilmә”) әsasәn inkişaf etmişdir. Bioloji vә ekoloji texnologiyalara (F. “yaşıl innovasiyalar”, o cümlәdәn bioloji xammaldan material vә enerji istehsalı üzrә dünya liderlәrindәn biridir) әsaslanan bioiqtisadiyyat sürәtlә tәtbiq edilir.

    F.-nın iqtisadi üstünlüklәrini tәşkil edәn yüksәk inkişaf etmiş infrastruktur, iqtisadiyyatın açıq olması, hәmçinin sәnaye müәssisәlәrinin, elmi-texniki mәrkәz vә universitetlәrin qarşılıqlı әlaqәsi yeni texnologiyaların sürәtlә tәtbiqini şәrtlәndirir vә әlverişli işgüzar şәrait yaraır.

     Avropa “Meyer Turku” gәmiqayırma şirkәtinin Turku tәrsanәsi.

    1975–2015 illәrdә ÜDM-in hәcmi 11 dәfәdәn çox artmışdır; 2010–16 illәrdә ÜDM-in artım tempi xeyli azalmış (2015 ildә – 0,5%), 2016 ildәn (2,5%; 2017 ildә 2,8%) tәkrar yüksәlmәyә başlamışdır. İnflyasiya sәviyyәsi (0,2%, 2017) aşağı düşmüşdür; dövlәt borcu artmışdır (1982 ildә ÜDM-in 10%-ini, 2017 ildә – 61,3%-ini tәşkil etmişdir). 2010-cu illәrin ortalarında dövlәtin әsas vәzifәsi iqtisadi durğunluğu aradan qaldırmaq, beynәlxalq innovasiya bazarında mövqeyini güclәndirmәk vә bu sferada rәqabәtlilik üstünlüklәrini saxlamaq, әhalinin yaşlanması ilә әlaqәdar artan sosial problemlәri hәll etmәk vә struktur işsizliyini azaltmaq olmuşdur. 2017 ildә ÜDM-in strukturunda xidmәt sferası 69,1%, sәnaye – 28,2%, k.t. – 2,7% tәşkil etmişdir.

    Sәnaye. Sәnaye istehsalının artım tempi 6,2%-dir (2017). 20 әsrin ortalarından meşә tәsәrrüfatı vә metal emalı sәnayesi aparıcı sahәlәr idi. 21 әsrin әvvәllәrindә F.-da meşә, informasiya-telekommunikasiya, metallurgiya vә maşınqayırma klasterlәri formalaşmışdır. Kimya vә tamlı mәhsullar sәnayesi mühüm yer tutur.

    Y a n a c a q   s ә n a y e s i  torf (6,5 mln. t, 2015; dünya hasilatının 23%-indәn çoxu, dünyada 1-ci yer) hasilatı vә xarici xammaldan neft mәhsullarının (aparıcı milli şirkәt “Neste”nin Varsinays-Suomi vil.- nin Naantali ş.-ndә vә Uusimaa vil.-nin Porvoo ş.-ndә yerlәşәn neft emalı z-dları; ümumi istehsal gücü ildә tәqr. 16,5 mln. t mәhsul, o cümlәdәn aşağı temperaturlara davamlı yanacaq) istehsalı ilә tәmsil olunur. Porvoo ş.-ndә ölkәnin yeganә tәbii qazın mayelәşdirilmәsi z-du (istehsal gücü ildә 20 min t mәhsul; o cümlәdәn bioloji qaz), Pori ş.-ndә isә mayelәşdirilmiş tәbii qazın qәbulu vә onun yenidәn qaza çevrilmәsi terminalı fәaliyyәt göstәrir.

    E l e k t r o e n e r g e t i k a. Elektrik enerjisi istehsalı tәqr. 66,54 mlrd. kVt/saat, idxalı – tәqr. 22,11 mlrd. kVt/saat (2016) tәşkil edir. Elektrik enerjinin tәqr. 41%-i İES-dә, hәmçinin tәqr. 20%-i SES-dә vә 17%-i AES-dә, 23%-i alternativ enerji mәnbәlәrindә istehsal edilir (2017). Ən iri İES-lәr (istehsal gücü MVt): “İnkoo” (1000, Uusimaa vil.), “Vaskiluoto” (640, Pohyanmaa), “Meri-Pori” (565, Satakunta vil.). AES-lәr: “Olkiluoto” (1765, Satakunta vil.; 2016 ildә 1600 MVt gücündә enerji bloku inşa edilmişdir), “Loviisa” (1020, Uusimaa vil.). Vuoksa çayı üzәrindә “İmatra” (170, Etelya-Karyala vil.) SES-i var. Külәk, geotermal, biokütlә vә mәişәt tullantıları әsasında [bu tip stansiyalar arasında dünyada ikinci әn güclü (265 MVt) “Alholmens Kraft” İES-i Pohyanmaa vil.-ndә yerlәşir] alternativ energetika inkişaf etmişdir.

    Q a r a   m e t a l l u r g i y a ixracyönlüdür vә daha çox xarici xammala әsaslanır. Laplandiyanın Kemi yatağında xrom filizi (2013 ildә 982 min t; 2009 ildә 247 min t) çıxarılır. F.-da yüksәk әlavә dәyәrli hazır mәhsullar (legirlәnmiş polad prokatı, borular, neft vә qaz hasilatı qurğuları üçün yüksәkkeyfiyyәtli polad komponentlәr vә s.) istehsal olunur. Şimali Avropanın әn böyük metallurgiya z-dlarından biri (2014 ildә 2,3 mln. t mәhsul istehsal edilmişdir; Pohyoys-Pohyanmaa vil.-nin Raahe ş.-ndә yerlәşir); İsveçrәnin SSAB şirkәtinә mәxsusdur; (qızmar yayma üsulu ilә polad vәrәqlәr, rulonlar, davamlı vә xüsusi polad). Sahәnin digәr müәssisәlәri (istehsal gücü ildә min t mәhsul) arasında paslanmayan polad vә prokat (550), ferroxrom (250; hәr ikisi F.-nın “Outokumpu” şirkәtinә mәxsusdur, Lappi vil.-nin Tornio ş.-ndәn c.-da), yayıqlar (Varsinays-Suomi vil., Dalsbruk), armatur (600, Etelya-Karyala vil., İmatra ş.) vә boru (Oulaynene vә Pulkkile, hәr ikisi Pohyoys-Pohyanmaa vil.-ndә, vә Uusimaa vil.-ndә Lappohye, üçü dә SSAB şirkәtinә daxildir; Pohyanmaa vil.-ndә Piyetarsaari) istehsalı z-dları var. İstehsal (min t, 2015): polad – 3988, ferroxrom – tәqr. 457,1 (2011 ildә 231,4), çuqun 2,4 (2013). Metal qırıntıların emal olunur.

    Ə l v a n   m e t a l l u r g i y a  (metala görә hesablanmış, min t; 2013): sink – 49,8 (yataqları Pohyoys-Pohyanmaa vil.-ndә Pühyasalmi vә Kaynuu vil.-ndә Talvivaara), nikel – tәqr. 46 (Lappi vil.-ndә Kevitsa vә Talvivaara yataqları), mis – 38,8 (Kevitsa, Pühyasalmi vә s. yataqlar), hәmçinin (t; 2015) gümüş – 13-dәn çox, qızıl – 8-dәn çox (Lappi, Pirkanmaa, Etelya-Savoda vilayәtlәrindәki yataqlar), platin – tәqr. 1 (2012 ildә 0,4-dәn çox; Kevitsa yatağı) vә palladium hasil olunur. F. tәmizlәnmiş (min t, 2015) sink (305,7-dәn çox), mis (tәqr. 141,5), nikel (tәqr. 43,6) vә kobaltın (9,6-dan çox) iri istehsalçısıdır. Tәkrar alüminium istehsalı tәqr. 20,8 min t (Pyayyat-Hyame vil.-ndә Heynola ş., 2013) tәşkil edir. Qiymәtli metallar saflaşdırılır [2015 ildә 135,7 t-dan çox gümüş (2011 ildә tәqr. 73,1 t) vә tәqr. 10,3 t qızıl istehsal edilmişdir]. Sink (istehsal gücü ildә min t mәhsul) (315,0, Avropada әn irilәrdәn biri, 85% ixrac edilir; Kokkola ş.-ndә), nikel şteyni (50,0, Satakunta vil.-ndә Haryavalta ş.), mis konsentrat vә saflaşdırılmış katod misi (210,0 Haryavalta ş.-ndә; 155,0, Pori ş.-ndә, әlavә mәhsullar – gümüş, qızıl, selen; hamısı İsveçin “New Boliden” şirkәtinin strukturuna daxildir), nikel katodları, briketlәri vә duzları (82,0), kobalt (1,5; hәr ikisi Haryavalta ş.-ndә, Rusiyanın “QMK Norilsk nikel” ASC-nin nәzarәtindәdir), kadmium (1,0) vә civә (0,15, F.-nın Kokkola ş.-ndәki “Otokumpu” şirkәtinin tәrkibindә) istehsal edәn z-dlar fәaliyyәt göstәrir. Əlvan metal qırıntıları tәkrar emal olunur (“Kuusakoski” şirkәti).

    M a ş ı n q a y ı r m a  istehlakçı sifarişi- nә uyğun mәhsulun istehsalına (90%-ә qәdәr) yönәlmişdir. Bu sahәdә fәaliyyәt göstәrәn müәssisәlәrdә (böyük hissәsi ölkәnin c.-q.-indә yerlәşir) tәqr. 120 min nәfәr (2010-cu illәrin әvvәllәri) çalışır; istehsalı yüksәk sәviyyәli avtomatlaşdırma sәciyyәlәndirir. İstehsalın әsas istiqamәtlәri: meşә sәnayesi üçün xüsusi avadanlığın hazırlanması, qaldırıcı-nәql. vә enerji qurğularının; gәmiqayırma.

     “Sisu” yük avtomobili.

    F. meşәsalma, oduncaq tәdarükü vә emalı, kömәkçi (ağac tәdarükü tullantılarının utilizasiyası, torpaqların rekultivasiyası üçün vә s.), hәmçinin sellüloz, kağız vә karton istehsalı üçün maşın vә avadanlıqların dünyada aparıcı istehsalçısı vә ixracatçısıdır. Əsas mәrkәzlәri Rauma (Satakunta vil.), Tampere, Lahti vә Vaasadır. Aparıcı şirkәtlәr: Amerikanın “Deere & Company” (Yoensuuda z-d var; “John Deere” ticarәt markası ilә mәhsullar), Finlandiyanın “Ponsse” (hәr ikisi ağac tәdarükü maşınları istehsal edir), “Raute” (faner, ağac-yonqar lövhәlәrin, karton vә s. istehsal vә emalı üçün avadanlıq), “Valmet”, “Metso”, Avstriyanın “Andritz” (hәr üçü sellüloz-kağız sәnayesi avadanlıqları buraxır). Quruducu kamera, meşә materiallarının daşınması üçün avadanlıq. ağac emalı zavodları üçün ventilyasiya avadanlığı vә s. istehsal edilir.

    Nәql. vә qaldırıcı nәql. avadanlıqlarının әsas milli istehsalçıları “Kone” (lift istehsalı üzrә dünya liderlәrindәn biri; kran, eskalator, travolator vә s.), “Konecranes” (müxtәlif yükqaldırıcı texnika), “Cargotec” (kran, yükvuran vә s.) vә “Mantsinen” (yüklәmә-boşaltma texnikası) şirkәtlәridir. Uusikaupunki ş.-ndә (Varsinays-Suomi vil.; “Valmet Automobile” şirkәti, “Mercedes-Benz” markalı avtomobillәr) avtomobilquraşdırma z-du var.

     “Ponsse Ergo” meşә tәdarükü maşını.

    İxracyönlü gәmiqayırma sahәsi sürәtlә inkişaf edir: kruiz gәmilәri (Avropanın “Meyer Turku” aparıcı gәmiqayırma şirkәtinin tәrkibindәdir; Turku), Arktika dәnizi üçün buzqıranlar vә digәr gәmilәr (dünya istehsalının tәqr. 1/2-i; Rusiyanın “Birlәşmiş gәmiqayırma korporasiyası” dövlәt gәmiqayırma holdinginin tәrkibindәdir; Helsinki), hәmçinin üzәn qazıma platformaları (“Technip Offshore Finland” şirkәti; Pori). Konteynerdaşıyan, bәrә (o cümlәdәn sәrnişin vә avtomobil daşıyan) vә hәrbi gәmilәr istehsal edilir.

    F.-nın maşınqayırma sektorunun әn dinamik inkişaf edәn sahәsi elektron vә elektrotexnika (tәqr. 42 min nәfәr çalışır 2014; informasiya-telekommunikasiya klasterinә daxildir) sәnayesidir. Əsas mәrkәzlәri: Espoo, Tampere, Kuopio, Lappeenrante, Yoensuu, Yüvyaskülya vә Kotka. Müәssisәlәr telekommunikasiya (Finlandiyanın “Nokia” konserni – mobil, sabit, genişzolaqlı vә s. şәbәkәlәr üçün avadanlığın istehsalı, kartoqrafiya servislәrinin işlәnib hazırlanması), energetika, elektrotexnika (F.-nın “Wӓrtsilӓ”, İsveç vә İsveçrәnin ABB şirkәtlәri; o cümlәdәn bioyanacaqla işlәyәn elektrik stansiyaları üçün avadanlıq, F.-nın “Ensto” şirkәti – elektrik sistemlәri, yüksәkvoltlu armaturlar) optika avadanlıqları, hәmçinin tibb texnikası (stomatoloji, reabilitasiya, laboratoriya vә s. avadanlıqların, o cümlәdәn xüsusi mebel vә test-sistemlәr) vә dәniz gәmilәri üçün elektron cihazların istehsalı üzrә ixtisaslaşmışdır. Elmi avadanlıqların, әtraf mühitin mühafizәsi vә bәrpası (o cümlәdәn ağac emalı, sellüloz-kağız vә kimya sәnayesi müәssisәlәri üçün filtrlәr) üçun yüksәktexnoloji mәhsulların işlәnib hazırlanması vә istehsalı hәyata keçirilir.

     “Stora Enso” şirkәtinin kağız fabriki. Oulu şәhәri.

    K i m y a   s ә n a y e s i  ixyacyönlüdür. Sahәdә tәqr. 34 min nәfәr çalışır, 21 әsrin әvvәllәri bu neft-kimya (mәhsul dәyәrinin tәqr. 49%-i) vә әczaçılıq (tәqr. 7%-i) mәhsulları, gübrә vә kimyәvi preparatlar (21%-indәn çox), plastik kütlәdәn hazırlanan mәhsullar (9%-indәn çox) istehsal edilir: F.-nın “Tikkurila”, “Nokian Renkaat” (“Nokian Tyres”) şirkәtlәri vә “Kemira” sәnaye qrupu (Şimali Avropada әn iri).

    Hasilat (min t): apatit 877,0 (2013; Pohyoys-Savo vil., Siylinyarvi yatağı; “Yara İnternational” Norveç şirkәti tәrәfindәn işlәnir), talk 385 (2015; dünya hasilatının 5%-i, 7-ci yerdә; Pohyoys-Karyala vә Kaynuu vil.-lәrindә yataqlar vә istehsal güclәrinә görә әn iri talk istehsalçılarından biri “Mondo Minerals” şirkәtinә mәxsusdur) vә s. Kükürd (410; 2013, neft emalı vә metallurgiya sәnayesinin әlavә mәhsulu) istehsal olunur. İstehsal (müәssisәnin istehsal gücü, ildә min t mәhsul): sulfat (750), fosfor (300; hәr ikisi Siylinyarvi ş.-ndә), azot (500, Varsinays-Suomi vil.-nin Uusikaupunki ş.; 150 – Siylinyarvi ş.; hamısı “Yara İnternational” şirkәtinin tәrkibindәdir) vә qarışqa (formiat) turşusu (“Kemira” konserni yeganә milli istehsalçıdır), mineral gübrә (Uusikaupunki ş.-ndә – 1000, Siylinyarvi – 500, Oulu – 75, Kokkola), sәnaye katalizatorları vә reagentlәri (kağız kütlәsinin ağardılması, suyun tәmizlәnmәsi vә s. üçün), partlayıcı maddәlәr. F.-da plastik kütlә (o cümlәdәn ağac emalı sәnayesinin tullantılarından) vә ondan hazırlanan müxtәlif mәhsullar, tikinti-mәişәt vә sәnaye boyaları (Avropada әsas istehsalçı “Tikkurila” şirkәtidir), rezin-texniki mәmulatlar (o cümlәdәn әsas milli istehsalçı olan “Nokian Renkaa” şirkәtinin Pirkanmaa vil.-nin Nokia ş.-ndәki şin z-du, istehsal gücü ildә 6 mln. әdәd mәhsul), kosmetik vә yuyucu vasitәlәr, xüsusi qatran vә yapışqanlar, sürtkü materiallarının istehsalı üzrә çoxsaylı müәssisәlәr var. Əczaçılıq sәnayesi üçün aralıq mәhsul vә inqrediyentlәri, hәmçinin k.t. üçün kimyәvi maddәlәri “SSAB” şirkәtinin müәssisәlәri (Kokkola ş.-ndә) istehsal edir; әczaçılıq preparatları istehsal edәn әsas şirkәtlәr: F.-nın “Orion”, Almaniyanın “Bayer Schering Pharma”, Yaponiyanın “Santen Pharmaceutical Co.” [әsas mәrkәzlәri Turku (milli istehsalın tәqr. 50%-i), Espoo, Tampere vә Kuopiodur].

     Santa-Klausun Rovaniyemidәki iqamәtgahı.

    T i k i n t i   m a t e r i a l l a r ı  s ә n a y e s i. Hasilat (min. t, 2013): әhәngdaşı tәqr. 2319,0, kükürd kolçedanı 990, dolomit 81,0. Sement (1,4 mln. t, 2013); Paraynen (istehsal gücü ildә 1,1 mln. t; Varsinays-Suomi vil.) vә Lappeenranta (0,6; Etelya-Karyala vil.; hәr ikisi yeganә milli istehsalçısı olan “Finnsementti” şirkәtinin tәrkibindәdir) şәhәrlәrindә yerlәşәn zavodlarda istehsal edilir. Tәbii daşdan izolyasiya materialları vә sendviç panellәr (“Paqoc” şirkәti) hazırlanır, söndürülmüş әhәng (450,0 min, 2013; o cümlәdәn Lappeenrantada) istehsal edilir.

    M e ş ә   t ә s ә r r ü f a t ı  ölkә üzrә әn çox işçisi olan milli sahәdir (tәqr. 51 min nәfәr çalışır, 2013). Ənәnәvi olaraq k.t. (meşәlәrin 65%-i özәl mülkiyyәtdә, o cümlәdәn fermaların tәrkibindәdir) ilә sıx әlaqәlidir. F. bu sahәnin mәhsullarının dünyada aparıcı istehsalçısı vә ixracatçılarından biridir (21 әsrin әvvәlindә taxta-şalban materiallarının dünya istehsalının 5%-i vә ixracatının tәqr. 10%-i; müvafiq olaraq 4% kağız vә 12% karton). Sahәnin aparıcı şirkәtlәri: F.-İsveç “Stora Enso”, “UPM- Kymmene”, “Metsӓ Board”. Taxta-şalban hazırlanmasının aparıcı mәrkәzi Kemi ş.dir (Lappi vil.); ağac emalı vә sellüloz-kağız sәnayesinin çoxsaylı müәssisәlәri Fin körfәzi rayonunda vә Botniya körfәzinin şm. sahilindә (Lappeenrante, Yüvyaskülya, Kotka, Kuopio, Lahti, Oulu vә s.) tәmәrküzlәşmişdir. Taxta-şalban (2013 ildә 10,1 mln. m3; 71%-i ixrac edilir), sellüloz (7,0 mln. t-dan çox; 40%), kağız (7,6 mln. t-dan çox, o cümlәdәn unikal çox nazik kağız; 93%), karton (2,9 mln. t-dan çox; 93%) vә faner (1,0 mln. t-dan çox) buraxılır. Hazır evlәr, inşaat xarratlıq mәmulatları vә mebellәrin istehsalı var.

    Y ü n g ü l   s ә n a y e  kiçik vә orta to- xuculuq (kәtan, pambıq, yun vә trikotaj parça istehsalı), tikiş (hazır geyim, o cümlәdәn idman, rәsmi vә iş paltarı), dәri-ayaqqabı vә xәz yarımsahә müәssisәlәri ilә tәmsil olunmuşdur; әsas mәrkәzlәri Helsinki vә Tampere şәhәrlәridir. F. şirkәtlәrinin istehsal müәssisәlәrinin çoxu ölkә xaricindә (Çin, Türkiyә vә s.) yerlәşir.

    T a m l ı   m ә h s u l l a r   s ә n a y e s i  (çalışanların sayı 30 min nәfәrdir; tәqr. 1,9 min müәssisә, onlardan 65%-i kiçik müәssisәlәrdir; 2010-cu illәrin әvvәli) yerli xammala әsaslanır (2010-cu illәrin әvvәlindә tәqr. 85%). Aparıcı istehsalçılar: F. şirkәtlәrinin iri z-dları, o cümlәdәn “Valio” (kәrә yağı, pendir, uşaq qidası vә digәr süd mәhsulları), “Karl Fazer” (çörәk-bulka vә qәnnadı mәmulatları), “HKScan”, “Atria” (hәr ikisi әt mәhsulları), “Raisio” (buğdadan hazırlanan qida mәhsulları: yarma, çörәk vә s.; yem), “Paulig Group” (tәbii qәhvәnin qovrulması vә qablaşdırılması). Alkoqollu (“Altia” dövlәt şirkәti) vә alkoqolsuz içkilәr, dondurulmuş meyvә vә tәrәvәz qarışıqları, konservlәr, qәnd, dondurma, qәnnadı mәhsulları istehsal edilir; balıq emal olunur.

    Kәnd tәsәrrüfatı. İstehsalın intensivliyinin yüksәk sәviyyәsi yüksәk dәrәcәdә mexaniklәşdirmә vә avtomatlaşdırma, әn yeni biotexnologiyaların tәtbiqi, seleksiya, növbәli әkin vә aqrokimya sahәsindә görülәn tәkmillәşdirmә işlәri, ilә şәrtlәnir. 21 әsrin әvvәllәrindәn fermer tәsәrrüfatlarının tәdricәn genişlәndirilmәsi onların sayının azalması (2015 ildә 55 min, 2000 ildә tәqr. 80 min) ilә müşayiәt olunur. Üzvi (pestisidlәr istifadә etmәdәn vә s.) k.t. mәhsulları istehsalının әhәmiyyәti artmaqdadır. Ölkәnin Aİ-yә daxil olması bu sahәyә mәnfi tәsir göstәrmişdir. K.t. üçün yararlı torpaqlar 2267,1 min ha (2017), o cümlәdәn şumlanmış torpaq sahәlәri 2230,8 min ha, otlaqlar – 33,0 min ha, çoxillik әkinlәr 3,3 min ha-dır. K.t.-nın әsasını heyvandarlıq (mәhsulun dәyәrinin tәqr. 70%-i) tәşkil edir. F. әsas әrzaq növlәrinә olan tәlabatın böyük hissәsini özü ödәyir. İdxalat (min t, 2013): raps (220-dәn çox) vә soya (tәqr. 107) cecәsi, xam şәkәr (tәqr.162), raps toxumları (119-dan çox) vә s. 

    Əsas k.t. bitkilәri (yığım mln t, 2015, milli statistikaya әsasәn): dәnli bitkilәr 3,7 (әsasәn, c., c.-q. vә q. sahilyanı vilayәtlәrdә becәrilir; qismәn mal-qara üçün yemlik), o cümlәdәn arpa – tәqr. 1,6, buğda – tәqr. 1,0, yulaf – tәqr. 1,0 (2013 ildә Rusiya vә Kanadadan sonra dünyada 3-cü yer; tәqr. 1/3-i ixrac olunur), çovdar – 0,1-dәn çox; kartof – 0,5-dәn çox (F.-nın q.-indә vә Pohyoys-Poyanmaa vil.-ndә), şәkәr qamışı – 0,4-dәn çox vә raps – tәqr. 0,1; hәmçinin (min t) müxtәlif növ tәrәvәz (Varsinays-Suomi, Pohyanmaa vilayәtlәri), pomidor (istixana tәsәrrüfatlarında tәqr. 39,9; 2014), paxlalı bitkilәr vә noxud (26,8 vә 25,3), meyvә (o cümlәdәn alma 5,2-dәn çox, 2014; әsas rayonlar Aland a-rı, ölkәnin c. vә c.-q. hissәsi). F. Avropa bazarı üçün tәzә gilәmeyvәlәrin mühüm tәdarükçüsüdür. Çiyәlәk (12,8 min t), qarağat (1,1 min t) vә moruq (tәqr. 0,8 min t) becәrilir (әsasәn, Pohyoys-Savo vil.-ndә; 2014). Yabanı qaragilә, mәrsin, sarı böyürtkәn vә göbәlәk yığımı (xaricdәn mövsümi işçilәr cәlb etmәklә) var. K.t.-nda yem istehsalı mühüm yer tutur: silos (7,7 mln. t; 2015), kökümeyvәlilәr (o cümlәdәn şalğam tәqr. 2,0 mln. t 2013), müxtәlif otlar. F.-da 7,6 mln. quş, 1,2 mln. baş donuz, 0,9 mln. baş qaramal, 0,1 mln.-dan çox qoyun vә tәqr. 0,1 mln. at var (2014). İstehsal edilir (mln. t; 2013): süd – 2,3, әt – tәqr. 0,4 (o cümlәdәn tәqr. 0,2 donuz әti, 0,1 quş әti), pendir – 0,1-dәn çox, yumurta – tәqr. 1,1 mlrd. әdәd. Maralçılıq (F.-nın şm.-ında) vә xәzlik heyvanyetişdirmә; balıqçılıq (177 min t balıq ovlanmışdır; 2014) vә balıqyetişdirmә (o cümlәdәn forelyetişdirmә tәsәrrüfatları) var.

    Xidmәt sferası. Maliyyә sistemi F. bankı (Mәrkәzi bank; 1811, Helsinkidә) tәrәfindәn idarә olunur vә aktivlәrin yüksәk dәrәcәdә tәmәrküzlәşmәsi ilә xarakterizә edilir. Ən iri banklar: OP (baş ofisi Helsinkidәdir) aparıcı milli maliyyә qrupunun bölmәlәri, İşveçә Nordea Bank vә Danimarkaya mәxsus Danske Bank. Nordic Investment Bank (1976 ildә yaradılmışdır; mәnzil-qәrargahı Helsinkidәdir) beynәlxalq bankı vә Helsinki Fond birjası (1912; Amerikanın “Nasdaq” şirkәtinin tәrkibindәdir) fәaliyyәt göstәrir. İnformasiya-kommunikasiya xidmәtlәri (58,5 min nәfәr çalışır, 2014; o cümlәdәn proqram tәminatının işlәnib hazırlanması) vә sәnaye dizaynı (mәrkәzlәr arasında Lahti ş.) bu sferada mühüm rol oynayır. ÜDM-in 2,5%-i (2016) turizmin payına düşür (yanaşı sahәlәr nәzәrә alınmaqla bu göstәrici 7,1% tәşkil edir). Turizm sahәsindә tәqr. 54 min nәfәr işlәyir. 2017 ildә ölkәyә tәqr. 6,7 mln. turist gәlmişdir (Rusiyadan turist axınının kәskin azalması bu sahәdә, әsasәn, ş. rayonlarında, tәnәzzülә sәbәb olmuşdur). Əsas turizm mәrkәzlәri Helsinki, Turku, Sayma göllәri әtrafı, qış aylarında isә Laplandiyadır (o cümlәdәn Santa-Klausun Rovaniyemidәki iqamәtgahı).

    Nәqliyyat şәbәkәsi әn çox Paytaxt regionunda, hәmçinin ölkәnin c.-q. vә q. sahillәrindә inkişaf etmişdir. Əsas nәql. qovşağı Helsinki şәhәridir. Daxili sәrnişindaşıma vә yükdaşımalarda әsas nәql. növü avtomobildir. Avtomobil yolların ümumi uz. 454 min km-dәn çoxdur (o cümlәdәn 50 min km bәrkörtüklüdür, 2012); әsas yollar Helsinkini vilayәtlәrin inzibati mәrkәzlәri ilә әlaqәlәndirir. D.y.-larının ümumi uz. 5926 km-dir (2016), o cümlәdәn Helsinki – Tampere – Seynyayoki (Vaasuya qol ayrılır) – Oulu, Helsinki – Kuopio – Kayaani vә s. yüksәksürәtli yol xәttlәri var. Aviasiya nәql. inkişaf etmişdir; 74-ü bәrkörtüklü olmaqla cәmi 148 aeroport var (2017). Sәrnişin dövriyyәsi tәqr. 19,7 mln. nәfәr tәşkil edir (2014). Helsinki-Vantaa (sәrnişin dövriyyәsi tәqr. 16,4 mln. nәfәr, 2015) әn iri beynәlxalq aeroportdur; “Finnair” aparıcı milli şirkәtdir. F.-da dәniz nәql.-nın yük dövriyyәsi 108,4 mln. t tәşkil edir (2006); dәniz donanmasında 267 gәmi (2018; o cümlәdәn 30%-i rolkerdir) var. Ən iri portlar (yük dövriyyәsi mln. t, 2006): Kilpilahti – 19,7, Helsinki – 11,7, Kotka – 9,6, Naantali – 7,1, Rauma – 6,6. İsveç, Estoniya, Rusiya, Almaniya (marşrutların ümumi uz. 10 min km-dәn çoxdur) ilә bәrә әlaqәsi var; әn iri milli şirkәtlәr: “Tallink Silja” vә “Viking Line”. Daxili su yollarının uz. tәqr. 8 min km-dir (o cümlәdәn Sayman kanalı). Magistral qaz kәmәrlәrinin ümumi uz. 1314 km tәşkil edir (2012), o cümlәdәn Sankt-Peterburq (Rusiya) – İmatra – Kouvola – Kotka. Helsinkidә metropoliten var.

    Xarici ticarәt dövriyyәsinin hәcmi tәqr. 132,99 mlrd. dollar (2017), o cümlәdәn ixracat 67,73 mlrd. dollar, idxalat 65,26 mlrd. dollardır. Əsas ixrac mәhsulları (ixrac dәyәrinin %-i, 2013): kimyәvi maddәlәr tәqr. 25, meşә sәnayesi mәhsulları (kağız, karton, taxta-şalban materialları, sellüloz vә s.) 20-dәn çox, maşın vә avadanlıqlar tәqr. 17 (o cümlәdәn tibb alәtlәri), müxtәlif növ metallar 14-dәn çox, elektrotexnika avadanlıqları vә elektron texnikası 11-dәn çox. Əsas alıcılar (ixrac dәyәrinin %-i, 2017): Almaniya – 14,2, İsveç – 10,1, ABŞ – 7, Niderland – 6,8, Çin – 5,7, Rusiya – 5,7, B.Britaniya – 4,5. Əsas idxal mәhsulları: karbohidrogenlәr (o cümlәdәn tәbii qaz tәqr. 3 mlrd. m3, xam neft 11,7 mln. t-dan çox, neft mәhsulları 6,3 mln. t-dan çox; 2014), hәmçinin yeyinti mәhsulları, kimyәvi maddәlәr, kompüterlәr vә onların detalları, nәql. avadanlığı, dәmir filizlәri konsentratı, polad, tekstil vә taxıl idxal olunur. Əsas tәdarükçülәr (idxal dәyәrinin %-i, 2017): Almaniya – 17,7, İsveç – 15,8, Rusiya – 13,1, Niderland – 8,7.

    Azәrb.-la F. arasında ticarәt dövriyyәsi 19169,2 min dollar; o cümlәdәn idxal – 18420,8 min dollar, ixrac – 748,4 min dollar tәşkil edir (2017). Əsas idxalat mәhsulları: sürtkü yağları – 50,1 (2015), etilen polimerlәri – 725,3 t (2016), kәrә yağı vә digәr süd mәhsulları – 506,5 t, o cümlәdәn pendir vә kәsmik – 178,3 t (2017).

                                                                           Silahlı qüvvәlәr

    Silahlı qüvvәlәrin (SQ) (rәsmi adı F. Müdafiә qüvvәlәri) sayı 22,2 min nәfәrdir (2015); Quru qoşunları (QQ), HHQ vә HDQ-dәn ibarәtdir. Hәrbilәşdirilmiş bölmәlәr 11,5 min nәfәrdәn çoxdur. Mütәşәkkil ehtiyat qüvvә 354 min nәfәrdir. İllik hәrbi büdcә 3,65 mlrd. dollardır (2015). SQ-nin ali baş komandanı olan prezident SQ-yә ümumi rәhbәrlik edir. Müdafiә naziri (mülki şәxs) SQ-nin vәziyyәti vә ordu quruculuğu planlaşdırılması, maliyyә vә maddi-texniki tәminat (MTT) mәsәlәlәrinә görә mәsuliyyәt daşıyır. SQ-nin baş komandanı döyüş vә sәfәrbәrlik hazırlığı, SQ quruculuğu planlarının hәyata keçirilmәsi vә müharibә zamanı qoşunların (qüvvәlәrin) idarә edilmәsinә görә cavabdehdir. SQ-yә bilavasitә rәhbәrlik birlәşmiş qәrargah vә SQ növlәrinin komandanları tәrәfindәn hәyata keçirilir.

    QQ (16 min nәfәr, o cümlәdәn 11 min nәfәr müddәtli hәrbi xidmәtdә) SQ-nin әn çoxsaylı növüdür. QQ birlәşmәlәri vә hissәlәri operativ vә әrazi qoşunlarına bölünür. Operativ qoşunlara ordu korpusu qәrargahı (bilavasitә QQ komandanına tabedir), 5 mәhdudtәrkibli briqada (zirehli tank vә 4 yeger briqadası), artilleriya briqadası, yeger vә piyada alayları, hәrbi mәktәblәr, 7 mühәndis-istehkam alayı, 4 MTT alayı qәrargahı daxildir. QQ qәrargahına әlahiddә alaylar (zenit, xüsusi tәyinatlı yeger, rabitә alayı) tabedir. Ərazi qoşunları yerli müdafiә bölmәlәri (öz mәsuliyyәt zonasına daxil olan әrazilәrdә döyüş әmәliyyatları aparmaq üçün) vә müdafiә hissәlәrindәn ibarәtdir. QQ tәqr. 100 әsas döyüş tankı, 200 piyada döyüş maşını, 700 zirehli transportyor, sәhra artilleriya topları, minaatanlar vә yaylım atәşi reaktiv sistemlәri (cәmi 3000 әdәddәn çox), tәqr. 1500 tankәleyhinә vasitә, tәqr. 50 idarәolunan zenit raketi buraxıcı qurğusu, 1000-dәn çox zenit artilleriya topu, tәqr. 100 daşınan zenit-raket kompleksi ilә silahlanmışdır.

    HHQ (2,7 min nәfәr) hәr birinin tәrkibinә HHM qırıcı eskadrilyası, hava mәkanına nәzarәt vә uçuşların idarәolunma mәrkәzi, tәminat bölmәlәri vә s. daxil olan 3 aviasiya komandanlığından ibarәtdir. HHQ 60-dan çox döyüş vә tәqr. 100 yardımçı aviasiya tәyyarәsi ilә silahlanmışdır.

    HDQ (3,5 min nәfәr) 2 hәrbi-dәniz komandanlığından, әlahiddә sahil mühafizә yeger briqadasından, tәdqiqat mәrkәzindәn, hәrbi-dәniz mәktәbindәn, MTT idarәsindәn ibarәtdir. Donanma 8 raket kateri, 2 gözәtçi gәmi, 6 minadüzәn gәmi, 12 minatutan gәmi, 7 desant kateri, 5 tәlim gәmisi, 100-dәk yardımçı gәmi vә kater, 12 helikopter ilә tәchiz edilmişdir. Əsas hәrbi-dәniz bazası Turku vә Upinniyemi hәrbi-dәniz bazası var.

    Nizami SQ çağırış әsasında (19 yaşına çatanlardan) komplektlәşdirilir, xidmәt müddәti hәrbi-uçot ixtisasından vә hәrbi rütbәdәn asılı olaraq 6–12 aydır. Serjantlar vә zabitlәr milli hәrbi tәdris mәktәblәrindә hazırlanır. Sәfәrbәrlik ehtiyatları 300 min nәfәr, o cümlәdәn hәrbi xidmәtә yararlı olanlar 250 min nәfәrdir.

                                                                                    Sәhiyyә

    F.-da әhalinin har 100 min nәfәrinә 291 hәkim, 2400 orta tibb işçisi, 80 stomatoloq (2009); 10 min nәfәrinә 55 xәstәxana çarpayısı (2011) düşür. Sәhiyyәyә qoyulan ümumi xәrclәr ÜDM-in 9,4%-ni (büdcә maliyyәlәşdirilmәsi – 75,3%, özәl sektor – 24,7%) tәşkil edir (2013). Sәhiyyә sistemi hüquqi cәhәtdәn Konstitusiya (1999) vә bir sıra, qanunlar o cümlәdәn infeksion xәstәliklәr (1986), dәrmanlar (1987), psixi sağlamlıq (1990), pasiyentin statusu vә hüquqları (1992), narkotiklәr (1993), tibb işçilәri (1994), tibbi tәdqiqatlar (1999) vә s. haqqında qanunlarla tәnzimlәnir. Sosial Mәsәlәlәr vә Sağlamlıq Nazirliyi sәhiyyә siyasәtinә mәsuldur. Sәhiyyә sistemi mәrkәzlәşdirilmәmişdir, üçsәviyyәlidir vә әsasәn, dövlәt tәrәfindәn idarә olunur. Yerli әhaliyә tibbi xidmәtә görә bәlәdiyyә orqanları cavabdehdir, onlar bәlәdiyyә sәhiyyә mәrkәzlәrindә vә poliklinikalarında göstәrilәn ilkin tibbi yardımın hәcmini müәyyәn edir. İxtisaslaşdırılmış tibbi yardım dairә, ikinci sәviyyәli tibbi yardım regional xәstәxanalarda, üçüncü sәviyyәli tibbi yardım yüksәk-texnoloji tibbi avadanlıqlarla tәchiz olunmuş universitet klinikalarında göstәrilir. F. vәtәndaşlarına vә orada daimi yaşayan şәxslәrә tibbi xidmәt demәk olar ki, pulsuzdur (dövlәt büdcәsindәn kompensasiya edilir). Profilaktik tәdbirlәr, uşaq vә qadın mәslәhәtxanaları da pulsuzdur. Sәhiyyә vergilәr hesabına maliyyәlәşdirilir. Əlavә vәsait pullu tibbi xidmәtdәn vә dövlәt subsidiyalarından cәlb edilir. Bütün F. vәtәndaşları tibbi-sosial sığorta ilә әhatә olunmuşdur. Əsasәn, fizioterapiya, stomatologiya, әmәk gigiyenası xidmәti, stasionar müalicәnin 3–4%-i özәl sektor üzrәdir; hәkimlәrin tәqr. 10%-i yalnız özәl fәaliyyәt göstәrir. Əsas infeksiyalar: qrip, vәrәm, IIV (2015). Ölümün әsas sәbәblәri: ürәyin işemik xәstәliyi, Alsheymer xәstәliyi, insult, tәnәffüs orqanları xәrçәngi, travmalar, alkoqolizm (2015). Kurortları vә istirahәt zonaları: Vuokatti, Kuopio, Loviyasa, Naantali, Paymio, Rovaniyemi, Hanko, Yüvyaskülya vә s.

                                                                                               İdman

    F. Milli Olimpiya Komitәsi 1907 ildә yaradılmış vә hәmin ildә BOK tәrәfindәn tanınmışdır: 1908 vә 1912 illәrdә F. yığma komandası London vә Stokholmda keçirilmiş Olimpiya Oyunlarında müstәqil komanda ilә çıxış etmişdir. F. idmanı tarixindә ilk qızıl medalı klassik gülәş növündә (indiki yunan-Roma gülәşi) V.Vekman (93 kq-dәk çәki dәrәcәsindә) qazanmışdır. F. idmançıları Yay Olimpiya Oyunlarında (1908– 2016) 101 qızıl, 84 gümüş, 118 bürünc medal; Qış Olimpiya Oyunlarında (1924–2014) 42 qızıl, 62 gümüş, 57 bürünc medal әldә etmişlәr. Ən çox uğur qazanan yüngül atletika (48, 35, 31), gülәş (26, 28, 29), xizәk yarışları (20, 24, 32), tramplindәn tullanma (10, 8, 4), idman gimnastikası (8, 5, 12) vә konkilәrdә sürәtli qaçış (7, 8, 9) tәmsilçilәri olmuşlar. 3 vә daha çox Olimpiya qızıl medalı qazanmış mәşhur F. idmançıları: P.Nurmi (9 qızıl medal), K.Tunberq (5), V.Ritola (5, uzaq mәsafәyә qaçış üzrә), M.Nükyanen (4), Y.P.Kolehmaynen (4), L.Viren (4), P.Aaltonen (3, idman gimnastikası), M.L.Kirvesniemi (3), E.Myantüranta (3), S.Layunen (3, xizәk ikinövçülüyü), V.Xakulinen (3, xizәk yarışları), V.Xuxtanen (3, idman gimnastikası). 1952 ildә Helsinkidә 15-ci Yay Olimpiya Oyunları keçirilmişdir. F.-da әn populyar peşәkar idman növlәri: avtoyürüş vә motoyürüş, ralli, şaybolı hokkey, löhrәm qaçışı, topla hokkey, futbol, basketbol. K.Rosberq (1982), M.Hakkinen (1998, 1999), K.Raykkonen (2007) “Formula-1”, Y.Kankkunen (1986, 1987, 1991, 1993) vә T.A.Myakinen (1996–1999) ralli, Y.Saarinen (1972) motoyürüş üzrә yarışlarda dünya çempionu olmuşlar. Biatlonçu K.Myakyaryaynen 2 dәfә (2011, 2014), ümumi hesabla vә 5 dәfә müxtәlif növlәrdә (2011, 2014, 2015) Dünya kubokunun sahibi, 10 km tәqibetmә yarışında dünya çempionu (2011) vә dәfәlәrlә dünya çempionatlarının mükafatçısıdır. F.-nın topla hokkey üzrә yığma komandası dünya çempionu (2004) vә dәfәlәrlә dünya çempionatlarının, o cümlәdәn dünya çempionatının gümüş (2016) mükafatçısı, şaybalı hokkey üzrә yığma komandası 2 dәfә dünya çempionu (1995, 2011), Qış Olimpiya Oyunlarının 2 dәfә gümüş (1988, 2006) vә 4 dәfә bürünc (1994, 1998, 2010, 2014) mükafatçısı olmuşdur. Ən mәşhur F. hokkeyçilәri: H.Riyhiranta, Y.Kurri (MHL-dә 5 dәfә Stenli kubokunun sahibi), T. Selyanne, S.Salo, S.Koyvu vә b. “Yokerit” hokkey klubu (1967) 2014/15 il mövsümündәn Kontinental hokkey liqasında çıxış edir; rәqiblәrini “Hartvall Arena” da (13,5 min yer) qәbul edir. Yüngül atletikanın populyarlığı bu idman növündә Y.P.Kolehmaynenin Stokholm (1912) vә Antverpen (1920) Olimpiya Oyunlarında uzun mәsafәlәrә qaçışda 4 qızıl medal qazanması vә P.Nurminin bu nәticәlәri uğurla davam etdirmәsi ilә bağlıdır. Ölkәdә populyarlığına görә şaybalı hokkeydәn sonra 2-ci yeri löhrәm qaçışı tutur. F.-da 50-ә yaxın ippodromda (әn irilәri Vermo, Lahti, Kümi vә s.) 600-dәn çox yarış keçirilir, hәr il 800 mindәn artıq tamaşaçı yarışları izlәyir. Fin atı universal cinsi yetişdirilmişdir (2010-cu illәrin әvvәllәrindә sayı tәqr. 23 min baş, o cümlәdәn 19 mindәn artıq löhrәm at). Əsas әnәnәvi löhrәm qaçışı yarışları: Finlandiya kuboku, Böyük fin derbisi, Kral qaçışları vә s. Bu növdә әn titullu idmançı 6 dәfә Olimpiya Oyunlarının iştirakçısı (1980, Moskva – 1999, Atlanta; 2008, Pekin) vә dünya çempionu K.Kürklunddur. F.-da keçirilәn әn populyar yarışlardan biri Finlandiya rallisi (“Min göl” rallisi kimi dә tanınır, 1951 ildәn Yüvyaskülya vil.-ndә), Lahti ş.-nin xizәk stadionunda martın әvvәllәrindәn (1923 ildәn) keçirilәn vә Dünya kuboku proqramına daxil olan әnәnәvi Zahti oyunları qış yarışıdır. 20 әsrin 2-ci yarısında F.-da Skandinaviya yerişi (xizәk çubuqlarına bәnzәr çubuqların kömәyilә xüsusi işlәnib hazırlanmış yeriş texnikası) vә florbola (F.-nın kişilәrdәn ibarәt yığma komandası 2008, 2010, 2016 illәrdә dünya çempionu olmuşdur), xizәk idmanının bütün növlәrinә kütlәvi maraq artmışdır. F. idmançıları Universiadalarda iştirak edirlәr (1970 ildә Rovaniyemidә 6-cı Qış Universiadası keçirilmişdir); 15 qızıl, 40 gümüş, 40 bürünc medal, o cümlәdәn Yay Universiadalarında – 9 qızıl, 21 gümüş, 15 bürünc medal. Bakıda keçirilmiş 1-ci Avropa Oyunlarında (2015) F. idmançıları 1 bürünc medal qazanmışlar. Gәnclәrin Yay Olimpiya Oyunlarında (2010, 2014) F. idmançıları 2 bürünc medal, Qış Olimpiya Oyunlarında (2012, 2016) 2 qızıl, 3 gümüş, 5 bürünc medal әldә etmişlәr.

                                                                        Tәhsil. Elm vә mәdәniyyәt müәssisәlәri

    Tәhsil müәssisәlәri Tәhsil vә Mәdәniyyәt Nazirliyinin tabeliyindәdir. Bәzi texniki-peşә tәhsili müәssisәlәri Əmәk Nazirliyinin vә ya müvafiq sahәlәr üzrә nazirliklәrin tabeliyindәdir. Mәktәbәqәdәr müәssisәlәr Sosial Tәminat vә Sәhiyyә Nazirliyi sisteminә daxildir. Başlıca tәnzimlәyici sәnәdlәr Tәhsil haqqında әsas qanun (1998, son dәyişikliklәr 2011 ildә), Un-tlәr haqqında akt (2009, son dәyişikliklәr 2011), Mәktәbәqәdәr tәhsil haqqında qanundur (2015). Tәhsil sistemi mәktәbәqәdәr tәrbiyә müәssisәlәrini, 9 illik әsas mәktәblәri [aşağı (ibtidai, 1–6-cı siniflәr) vә yuxarı (7–9-cu siniflәr) pillәlәrdәn ibarәtdir], texniki-peşә vә ali tәhsil müәssisәlәrini әhatә edir. Dövlәt müәssisәlәri ilә yanaşı, az sayda qeyri-dövlәt müәssisәlәri dә fәaliyyәt göstәrir. Mәktәb tәhsilinin fin modelinin әsas fәrqlәndirici cәhәtlәri: tәhsil seqmentlәri arasında güclü daxili әlaqә; tәhsil imkanları çәrçivәsindә bәrabәrlik prinsipinin üstünlüyü. Uşaqların 80,9%-i mәktәbәqәdәr, 99,5%-i ibtidai, 93,78%i orta tәhsillә әhatә olunmuşdur (2013, YUNESKO-nun Statistika in-tunun mәlumatlarına әsasәn). İcbari tәhsil başa çatdıqdan sonra şagirdlәr tәhsillәrini gimnaziyalarda (riyaziyyat vә dilçilik üzrә şöbәlәr) vә ya texniki-peşә tәhsili müәssisәlәrindә (әsasәn, ümumi profilli dövlәt mәktәblәrindә, tәhsil müddәti 2–3 il) davam etdirirlәr. Ali tәhsili un-tlәr (cәmi 16), politexnik in-tları (cәmi 24) vә ali mәktәblәr (hamısı dövlәt) verir. Əsas elmi müәssisәlәr, ali mәktәb, kitabxana vә muzeylәr Vantaa, Tampere, Turku, Helsinki şәhәrlәrindәdir.

     Oulu Universiteti.

                                                                            Kütlәvi informasiya vasitәlәri

    İsveç dilindә çıxan ilk fin qәzeti “Tidningar Utgifne Af et Sällskap i Åbo” H.Q.Portan tәrәfindәn tәsis edilmiş vә 1771–1861 illәrdә (1791 ildәn müntәzәm; 1809 ildәn hәftәdә üç dәfә) müxtәlif adlar altında fasilәlәrlә nәşr olunmuşdur. 1775– 76 illәrdә fin dilindә ilk qәzet olan “Suomenkieliset Tieto-Sanomat” buraxılmışdır. 1847 ildә ilk gündәlik “Suometar” qәzeti işıq üzü görmüşdür (1869–1918 illәrdә “Uusi Suometar”, 1919–91 illәrdә “Uusi Suomi”). Əsas dövri nәşrlәr: “Helsingin Sanomat” (1889 ildә “Päivälehti” adı ilә tәsis olunmuş, 1905 ildәn indiki adı ilә buraxılır; tirajı tәqr. 330 min nüsxә, gündәlik, baş ofisi Helsinkidә yerlәşir), “Aamulehti” (1881 ildә tәsis olunmuşdur, tirajı tәqr. 100 min nüsxә, gündәlik, Tampere), “Turun Sanomat” (1904 ildәn, tәqr. 90 min nüsxә, gündәlik, Turku). Əsas xәbәr agentliklәri: Keskustan Sanomakeskus, Up-Uutispalevlu, Uutistoimisto Startel, Svensk Presstjänst. Radio 1921 ildәn, televiziya isә 1957 ildәn fәaliyyәt göstәrir (“Yleisradio” milli şirkәti).

     Finlandiya parlamentinin binası. Helsinki.

                                                                                         Ədәbiyyat

    F. xalqının әdәbiyyatı fin vә İsveç dillәrindә inkişaf edir. Fin әdәbi әnәnәsinin yaranması “Əhdi-cәdid” (1548) vә digәr liturgiya abidәlәrinin tәrcümәçisi M.Aqrikolanın fәaliyyәti ilә bağlı olmuşdur. 1690 ildә M.Salamniusun folklor üslubunda İsa peyğәmbәr haqqında poeması nәşr edilmişdir. 19 әsrin әvvәllәrinәdәk fin dilindә, әsasәn, dini mövzularda kitablar çap olunurdu. 19 әsrin 1-ci yarısında F.-nın Rusiya imperiyasının tәrkibinә daxil olması vә paytaxtın Helsinkiyә köçürülmәsindәn sonra vәtәnpәrvәrlik hisslәrinin yüksәlişi fonunda әdәbiyyatın nәzәrәçarpan canlanması baş vermişdi. 1831 ildә folklorun öyrәnilmәsindә vә romantizm әdәbiyyatının inkişafında aparıcı rol oynamış Fin әdәbi cәmiyyәti yaranmış. 1835 ildә E.Lönnrot yenidәn işlәnmiş runa yazıları әsasında “Kalevala” xalq eposunu bәrpa etmişdi. Romantizm hәmçinin isveçdilli yazıçılar A.İ.Arvidson, S.Topelius vә Y.Veksellin yaradıcılığına xas olmuşdur. Y.L.Runeberqin neoklassisizm ruhunda әsәrlәri (İsveç dilindә) böyük rezonans yaratmışdı. Fin dramaturgiyasının banisi vә ilk fin romanının müәllifi A.Kivi (әsl soyadı Stenvall) olmuşdur: “Kullervo” faciәsi (1860; “Kalevla”nın süjeti әsasında), “Nummili çәkmәçilәr” komediyası (1864); “Yeddi qardaş” romanı (1870) vә s. 1860-cı illәrdәn rus әdәbiyyatının tәsiri güclәnmiş, realizm formalaşmağa başlamişdı. Feminizm meyillәri, sosial pafos Miunç Kantın publisistika vә dramaturgiyasını fәrqlәndirirdi (“Acı taleli uşaqlar” pyesi, 1888). K.Kramsu tarixi balladaları ilә şöhrәt qazanmışdır. P.Pakkalanın novella vә romanları şüur axını texnikasından istifadә ilә yazılmışdır. E.Leynonun yaradıcılığı simvolizm istiqamәtindә inkişaf edirdi. O.Manninen, Y.Linnankoski (“Al-qırmızı gül haqqında nәğmә” romanı, 1905), Y.Aho, K.Onerva vә b.-nın әsәrlәri neoromantizm üslubundadır. 19 әsrin sonu – 20 әsrin 1-ci yarısında A.Untolanın (M.Lassila tәxәllüsü ilә) yumoristik әsәrlәrindә, K.A.Tavastşernanın yaradıcılığında, İ.Kiantonun pessimist nәsrindә, hәmçinin F.E. Silanpyayanın naturalizmimpressionizmin tәsiri hiss olunan romanlarında realist meyillәr davam etdirilirdi. M.Valtari, P.Haanpyaya vә Pekkanenin nәsrindә sosial mövzu güclüdür. E.Diktumius vә E.Söderqranın isveçdilli poeziyasında meydana gәlәn ekspressionizm K.Valanın yaradıcılığında daha parlaq tәcәssüm olundu. Müharibәdәnsonrakı F.-da V.Linnanın realist romanları ictimai rezonansa sәbәb olmuşdu. H.Salama (“İvan Kupala günündәki rәqslәr” romanı, 1964), H.Turunen, A.Tuuri bu dövrdә yaranan nәsrin nümayәndәlәridirlәr. B.Karpelan (İsveç dilindә), E.Yoenpelto, H.Vuoliyoki, O.Autio, V.Meri, P.Rintala, M.Y.Larnı vә b.-nın yaradıcılığında realizm әnәnәlәri davam etdirilmişdir. P.Saarikoski, P.Xaavikko, E.Kivikkaho, R.Liksom [“Atlı”, (2002), “Torpaq” (2006 romanları)] vә S.Oksanenin (“Tәmizlәnmә”, 2008) poeziya vә nәsrindә eksperimental axtarışlar sәciyyәvidir. T.M.Yansonun nağılları F. vә onun hüdudlarından kәnarda böyük populyarlıq qazanmışdır. Fin yazıçılarının bәzi әsәrlәri Azәrb. dilinә tәrcümә olunmuşdur. Azәrbaycan şairlәrinin әsәrlәrindәn ibarәt “Azәrbaycanın lirika antologiyası” (2015) fin dilindә nәşr edilmişdir.

                                                                               Memarlıq vә tәsviri sәnәt

    F.-da daş memarlığı әnәnәlәri 12–13 әsrlәrdә İsveçin tәsiri altında formalaşmışdır (13 әsrin 2-ci yarısında Aland a-rında kilsәlәr; Turkuda qәsr vә baş kilsә). Bununla yanaşı Yeni dövrә qәdәr tipologiyası saxlanılan taxta evlәr vә kilsәlәr üstünlük tәşkil edirdi. Renessans memarlığı yenidәn inşa edilmiş (16 әsrin 2-ci yarısı) Turku qәsrindә öz әksini tapmışdır. Aland a-rındakı kilsәlәrin roman üslubunda divar rәsmlәri (13 әsrin sonu) F.-da boyakarlığı dövrümüzәdәk saxlanılmış әn qәdim nümunәlәridir; naturayabәnzәr son qotika nümunәlәri (1470-ci illәr – 16 әsrin 1-ci yarısı; Raumdakı kilsә, 1522 ildәn gec olmayaraq; rәssamı ehtimal ki, isveçli Albertdir) saxlanılmışdır. Ağacdan dini heykәllәr, әsasәn, İsveç vә Baltikayanı ölkәlәrin ustaları tәrәfindәn yaradılırdı.

    17–18 әsrlәrdә barokko, rokokoklassisizm üslublarında binalar tikilirdi (Sveaborq kompleksi vә s.), Y.Neyman, D.Möllerum, İ.Vaklin, N.Şilmark vә b. portret janrında işlәyirdilәr, M.Kapsia, M.Toppelius dini süjetlәrә müraciәt edirdilәr.

    19 әsrin 1-ci yarısı memarlığını K.L.Engelin şәhәrsalma layihәlәri vә tikililәri müәyyәn edirdi. 19 әsrin sonlarından milli romantizm (Tamperedә Müq. İoann kilsәsi, 1907, memar L.Sonk), modern (Helsinkidә vağzal, 1919 ildә tamamlanmışdır, memar Eliyel Saarinen), neoklassisizm (Helsinkidә parlament binası, 1926– 31, memar Y.Siren) üslublarında tikililәr meydana gәlmişdir. Modernizmin әn görkәmli nümayәndәsi olan A.Aalto hәm dә fin dizaynını inkişaf etdirmişdir. 20 әsrdә hәmçinin A.Marsio-Aalto, V.Revell, H. vә K.Siren, R. vә R.Piyetilya, A.Blumstedt kimi sәnәtkarlar çalışmışlar. İkinci dünya müharibәsindәn sonrakı dövrün şәhәrsalma layihәlәrinin әsasını şәhәr strukturunun desentralizasiyasını, tikinti ilә tәbii mühitin qarşılıqlı tәsirini nәzәrdә tutan (Otaniyemi “şәhәr–meşә”nin baş planı, 1952, memar Aalto) Saarinenin 1910-cu illәrә aid ideyaları tәşkil edirdi. Materiala vә fakturaya (ağacdan geniş istifadә), tәbiәt vә şәhәr kontekstinә, insan miqyasına diqqәt, ekoloji inşaat prinsiplәrinә riayәtetmә 21 әsrin әvvәllәri fin memarlığını fәrqlәndirir (memarlar M.Heykkinen vә M.Komonen, İ.Lahdelma vә R.Mahlamyaki vә b.).

    19 әsrin әvvәllәrindә romantizm boyakarlığı istiqamәtindә mәişәt janrında A.Laureus vә portretçi Q.Finberq işlәmişlәr. Əsrin ortalarında V.Holmberq vә fon Vriqt qardaşlarının peyzajları, R.Ekmanın “Kalevala”nın süjetlәri әsasında çәkdiyi tablolar milli ruhu ilә seçilir. Fin rәssamları Düsseldorfda (peyzaj rәssamları Y. Munsterhyelm, B.Lindholm, F.Kurberq, V.Vesterholm) vә Parisdә (mәişәt janrı rәssamları A.Edelfelt, E.Yarnefelt vә peyzaj rәsmlәri dә çәkәn P.Halonen) tәhsil alalar da, milli süjet vә mövzuları inkişaf etdirmişlәr. 19 әsrin sonları – 20 әsrin әvvәllәrinin әn görkәmli rәssamı A.QallenKallela vә H.Simberq simvolizmin ardıcılları olmuşlar. Neoimpressionizm (M.Enkelin rәhbәrliyi ilә “Septem” qrupu, 1912 ildәn), ekspressionizm (T.K.Sallinenin rәhbәrliyi ilә “Marraskuu” qrupu, 1916 ildәn) inkişaf edirdi. Milli romantizmә qayıdış L.Segestrolenin әsәrlәrindә özünü göstәrir. 20 әsrin ortalarında sürrealizmin (E.Tirronen), abstraksionizmin (S.Vanni, L.Q.Norström, B.Karlstedt, M.Faven) nümayәndәlәri meydana gәldi. İ.Kayander asamblajlar yaradırdı. Y.Siyevyanen vә K.Lehtinen әsәrlәrindә müxtәlif müasir cәrәyanların elementlәrini birlәşdirirdilәr. K.Kayvanto vә H.Koskinen sosial vә siyasi mövzular işlәyirdilәr.

     Edelfelt Albert. “Mehriban dostlar”. 1881. Ermitaj.

    19 әsrin 1-ci yarısı klassisizm heykәltәraşlığına E. Kaynberq, 19 әsrin 2-ci yarısı – 20 әsrin әvvәllәrinә isә K.Şöstrand, V.Runeberqin yaradıcılığı aiddir. R.Stigel vә E.Vikströmün yaradıcılığı romantizmә yaxındır. V.Valqren modern nümayәndәsi olmuşdur. Xalq әnәnәlәrinin tәsirilә E.Halonen vә Qallen-Kallela ağac relyeflәr yaratmışlar; Halonen hәmçinin ilk dәfә qranitdәn istifadә edәnlәrdәn biri olmuşdur. V.Aaltonen son modern, F.Nülund neoklassisizm formalarında işlәmişlәr. E.Hiltunen vә H.Siren abstrakt, E. Kannosto ekspressionist әsәrlәr yaratmışlar. Dünyada aparıcı yerlәrdәn birini tutan F. dizaynı 20 әsrin әvvәllәrindә A.Qallen-Kallela, A.Finç, E.Saarinen tәrәfindәn әsası qoyulmuş әnәnәlәrә әsaslanır. Onun obyektlәrinә tarazlılıq, rahatlıq, aydın konstruksiya hәlli, materialın tәbii forma vә xassәlәrindәn istifadә xasdır. (T.Virkkola, T.Sarpaneva, K.Frank, A. vә P.Vinkvist, F.Hyelberq vә O.Toykk – qab-qacaq, R.Brik, D.Yunq, A.Ratia, M.İsola – parçalar, A.Aalto, E.Aarnio, İ.Tapiovara, İ.Kukkapuro – mebel).

                                                                                 Musiqi

    Yoykular, ovsunlar, cadular, ağılar, çoban vә ovçu havaları F. xalqlarının musiqi folklorunun әn qәdim növlәridir. 20 әsrin ortalarına qәdәr karel әhalisi arasında qorunub saxlanılmış runa nәğmәlәri arxaik folklorun böyük hissәsini tәşkil edir. Ənәnәvi mәdәniyyәt 17–19 әsrlәrdә Qәrbi Avropanın güclü tәsirinә mәruz qalmış, İsveç vә alman xalq mahnıları, piirileykklәr (mәzәli oxumalar), balladalar, isveç rәqslәri, menuet, vals vә s. geniş yayılmışdı. Kәnd vә şәhәr mәişәtindә ansambl şәklindә musiqi ilә mәşğul olmaq әhәmiyyәtli yer tuturdu. 12– 16 әsrlәrdә peşәkar musiqi katolik mәdәniyyәti mәcrasında (qriqorian xoralı) inkişaf edirdi, 16 әsrin ortalarından protestant xoralı yayılmışdı. Dünyәvi musiqi 18 әsrin sonlarından Aboda (indiki Turku) inkişaf etmәyә başlamış, ilk musiqi cәmiyyәtlәri tәşkil olunmuş, açıq konsertlәr keçirilmişdir. 19 әsrin ortalarından alman lidertafellәri әsasında yaradılmış kişi xorları ölkәnin mәdәni hәyatında mühüm rol oynamışdır. 19 әsrin әvvәllәrindәn italyan vә alman opera truppaları qastrola gәlirdi. İlk peşәkar bәstәkarlar E.Tulindberq vә F.Pasius alman әnәnәlәrindәn bәhrәlәnirdilәr. Pasiusun “Kral Karlın ov sәfәri” F.-da yaranan ilk operadır (1852 ildә Helsinkidә İsveç dilindә tamaşaya qoyulmuşdur). Karel-fin runaları (“Kalevala”, 1-ci nәşri 1835; tam nәşri 1849) mәtnlәrinin nәşri milli musiqi mәdәniyyәtinin inkişafında mühüm mәrhәlә olmuşdur. “Kalevala” süjetlәrinә ilk dәfә A.İngelius (simfoniya, 1847) vә F.Şants (“Kullervo” simfonik uvertürası 1860) müraciәt etmişlәr. M.Vegelius (simfonik, vokal, xor musiqisi) vә R.Kayanus (ork. üçün “Kullervonun ölümü”, 1881; “Ayno” xoru ilә simfoniya, 1885) fin peşәkar musiqi mәktәbinin banilәr olmuşlar. Turku ilә yanaşı Helsinki dә mәdәni mәrkәzә çevrilmişdi. Burada 1882 ildә Vegelius Musiqi in-tunu (1924 ildәn konservatoriya), Kayanus Filarmonik cәmiyyәti (1882; onun әsasında 1914 ildә şәhәr ork-i yaradılmışdır) tәsis etmişdilәr. 1881 ildә ilk Mahnı bayramı keçirilmişdir. 1873–79 illәrdә F. Milli teatrı nәzdindә “Fin operası” truppası mövcud idi, operaların bir qismi fin dilinә tәrcümәdә ifa olunurdu; burada o dövrün mәşhur müğәnnilәr E. vә L.Akte, A.Foström çıxış etmişlәr. 1891–92 illәrdә E. Aktenin opera mövsümlәri tәşkil olunmuşdu, 1904–07 illәrdә A.Yarnefelt vә R.Kayanusun rәhbәrliyi, müğәnni M.Yarnefelt-Palmqrenin iştirakı ilә F.-da ilk dәfә R.Vaqnerin operalarının tamaşaları baş tutmuşdur. 1911 ildә müğәnni A.Akte-Yalander vә sәnayeçi E.Fatserin tәşәbbüsü ilә Helsinkidә “Fin operası” (Akte-Yalander 1920–30-cu illәrdә onun bәdii rәhbәri olmuşdur) daimi şirkәti tәşkil edilmişdir. 1912 ildә Akte-Yalander Savonlinnadç opera festivallarının әsasını qoymuşdur.

    19 әsrin sonları – 20 әsrin әvvәllәri fin milli mәdәniyyәtinin güclü yüksәlişi ilә yadda qalmışdır. Fin musiqisini dünya mәdәniyyәtinin әn yaxşı bәdii nailiyyәtlәri sәviyyәsinә qaldıran, әn görkәmli fin romantik bәstәkarı Y.Sibeliusdur. Onun ver- izm әnәnәlәrindә yazdığı “Qaladakı qız” (1896 ildә Helsinkidә İsveç dilindә tamaşaya qoyulmuşdur) vә O.Merikantonun “Kalevala”nın süjeti әsasında işlәdiyi fin dilindә ilk opera olan “Şimal qızı” (1898 ildә yaranmış, 1908 ildә Vıborqda tamaşaya qoyulmuşdur) opera janrında ilk әn әhәmiyyәtli әsәrlәrdәndir. 20 әsrin 1-ci yarısının görkәmli bәstәkarları arasında U.Kla- mi, A.Merikanto, E.Melartin (“Kalevala”-nın süjeti üzrә “Ayno” operası, 1909 ildә Helsinkidә tamaşaya qoyulmuşdu), S.Palmqren (“Daniel Hyurt”, 1910, Turku, İsveç dilindә) vә b. var. Opera yaradıcılığının әdәbi-bәdii mәnbәlәrindәn biri A.Kivinin әsәrlәri olmuşdur. A.Launis, sonralar isә T.Marttinen operaların onun әsәrlәrinin motivlәri әsasında yazmışlar. Son romantizmә yaxın olan T.Kuula vә L.Madetoyanın yaradıcılıqları milli özünәmәxsusluğu ilә seçilir. 1960-cı illәrin әvvәllәrinәdәk fin musiqisi üçün sәciyyәvi olan vә ilk növbәdә, Sibeliusun güclü tәsiri ilә şәrtlәnәn әnәnәviçilik T.Pülkkyanen (“Canavar nişanlısı”, 1950, F. radiosu; “Kölgә”, 1953 ildә Tamperedә tamaşaya qoyulmuşdur), V.Raytio, L.Saykkola vә b.-nın yaradıcılığında meydana çıxmışdır. Modernist vә avanqardist cәrәyanları F.-ya 1920-ci illәrdә daxil olmuşdur. Premyerası yarandığından tәqr. 40 il sonra baş tutmuş A.Merikantonun “Yuha” operası (1922 ildә yaradılmış, 1963 ildә Helsinkidә tamaşaya qoyulmuşdur) F.-da bu janrın tarixindә yeni dövrün başlanğıcı kimi qeyd edilmişdir. 1960-cı – 1970-ci illәrin әvvәllәrindә T.Marttinen (“Şinel” teleoperası, N.V.Qoqolun әsәri üzrә, 1963, F. TV, “Kibrit dalınca”, M. Lassilanın әsәri üzrә, 1966 ildә Helsinkidә tamaşaya qoyulmuşdur), E.Rautavaara (“Şáxta” teleoperası, 1963, F. TV), E.Salmenhaara vә b. opera yazmağa başlamışdılar. 1970–80-ci illәrdә yeni fin musiqisi dünya musiqisi sәviyyәsinә çatmışdı. 20 әsrin son onilliklәrindә F. musiqisinin inkişafı Y.Kokkonen, A.Sallinen, P.Heyninen (“Bıçaq” operası, 1989, Savonlinna), K.Aho (“Açar” operası, 1979, Helsinki), İ.Kuusisto, Y.Panula, E.P.Salonen (hәm dә dirijor), K.Saariaho vә b.-nın adları ilә bağlıdır. Tanınmış musiqiçilәr arasında müğәnnilәr M.Talvela, Y.Hünninen, dirijorlar Y.Panula, P.Berqlund vә b. var.

     Finlandiya Milli Muzeyi. Helsinki.

    Fin milli operası (1956), Y.Sibelius ad. Musiqi akademiyası (konservatoriya kimi yaradılmışdır) fәaliyyәt göstәrir. Savonlinnada (1960-cı illәrin 2-ci yarısından yenidәn keçirilmәyә başlamışdır; Avropada әn nüfuzlu vә populyar opera festivallarındandır), İlmayokidә (1975 ildәn, hәr il, yayda) opera festivalları tәşkil olunur. Helsinkidә violinçalanların Y.Sibelius ad. beynәlxalq musabiqәsi (1965 ildәn) keçirilir.

                                                                                              Teatr

    İlk teatr tamaşası (“Studentes” pyesi) 1640 ildә Abo Akademiyasının açılışı şәrәfinә oynanılmışdır. 18 әsrin birinci yarısında mәktәb teatrı geniş yayılmışdı (tamaşalar İsveç vә latın dillәrindә oynanılırdı). “Qastrol teatrı” dövründә (1760– 1860-cı illәr) İsveç vә Mәrkәzi Avropadan truppalar Abo (F.-da ilk teatr binası burada 1810 ildә inşa olunmuşdur), Helsinqfors vә Vıborqda (daşdan teatr 1832 ildә inşa olunmuşdur) çıxış edirdilәr. Helsinqforsda N.L.Benuanın layihәsi üzrә 1865–67 illәrdә İsveç teatrının daş binası tikilmişdir. Dövlәt xәzinәsindәn maliyyәlәşәn F.-in teatrının әsası 1872 ildә Helsinqforsda qoyulmuşdur. Onun banisi K.Berqbum alman teatrının tәsiri altında fin tarixinә aid süjetlәr әsasında tamaşalar hazırlamağa çalışırdı. İlk professional fin truppası 19 әsrin sonlarında F.-da çoxlu qastrol tamaşaları vermiş, hәmçinin S.-Peterburqda çıxış etmişdir. Fin әdәbiyyatının әsasını qoymuş A.Kivinin “Nummili çәkmәçilәr” komediyası vә “Yeddi qardaş” romanının sәhnәlәşdirilmәsi 1870-cı illәrdәn milli teatrın klassik nümunәlәri olmuşdur. 1880-ci illәrdә yazıçı M.Kantın qadın vә fәhlәlәrin hüquqsuzluğundan bәhs edәn pyeslәri geniş yayılmışdı. M.Lassila öz komediyalarında realizm әnәnәlәrini inkişaf etdirmişdir. 19 әsrin sonları – 20 әsrin әvvәllәrindә aktrisa İ.Aalberq U.Şekspir, F.Şiller vә xüsusilә H.İbsenin pyeslәrindә böyük şöhrәt qazanmışdı. 1902 ildәn yeni binada işlәmәyә başlayan truppa Milli teatr adını almışdır. 1916 ildә yerli isveçdilli aktyorlardan ibarәt peşәkar truppa formalaşmış; 1919 ildә bu truppa әsasında İsveç Milli Teatrı yaranmışdır. 19 әsrin sonlarında fәhlә vә kәndli gәnclәr klublarında hәvәskar truppalar meydana gәlmişdi. Sonralar onların bazası әsasında professional teatrlar yaradılmışdı (Tamperedә Fәhlә teatrı, 1901 vә s.).

    1917 ildәn sonra Milli teatr öz repertuarına dünya klassikası ilә yanaşı müasir dramaturqların әsәrinini dә daxil etmişdi. E.Kalima (1917–50 illәrdә bәdii rәhbәr) öz quruluşlarında Avropa әsasәn, alman vә fransız teatr tamaşalarına әsaslanmışdır. M.Yotuni xalq komediyası janrını son dәrәcә müasir ruhda yenilәmişdir. Aktyorlar K.Elo, E.Turakaynen vә b. Vıborqdakı teatra şöhrәt qazandırmışlar. 1920-ci illәrdә ekspressionizm üslubunda alternativ tamaşaları fәhlә teatrları tәqdim etmişdir. Eyni zamanda operettalara da ümumi maraq artmışdı. İkinci dünya müharibәsindәn sonra F.-da teatr sәnәti yüksәliş dövrünü yaşamışdır. Fin teatr mәktәbindә (әsası 1943 ildә Helsinkidә qoyulmuşdur) rej. vә pedaqoq V.İlmari Stanislavski sistemini tәtbiq etmişdir.

    1950-ci illәrin nәzәrә çarpan avanqardist teatrları arasında Skandinaviyada V.Bandlerin revyüsü sayәsindә mәşhurluq qazanmış, İsveç dilindә tamaşalar oynayan “Lilla” (Helsinki) truppası var. Teatr rәhbәrlәri, dramaturq vә rej.-lar arasında qadınlar çoxluq tәşkil edirdi (K.Korhonen, R.S.Rantala, L.Yantti vә b.). 1950–74 illәrdә Milli teatrın bәdii rәhbәri A.Kivimaa repertuarın (müasir Qәrb dramaturqlarından S.Bekket, A.Miller vә b.-nın pyeslәrini fәal surәtdә repertuara daxil etmişdi) vә qastrolların coğrafiyasının (Stokholm, Paris, Moskva) genişlәnmәsinә nail olmuşdu. Truppaya görkәmli aktyorlar (E.Eronen, T.Palo, E.K.Volanen, E.Salminen vә b.) daxil idi. K.Savolo (1974–91 illәrdә bәdii rәhbәr) xarici rejissorlarla әmәkdaşlıq edirdi (T.Aşer vә b.). Onun davamçıları M.L.Ne- vala (1992–2010) vә M.Müllüaho (2010 ildәn) gәnc müәlliflәri geniş surәtdә teatra cәlb edirdilәr (dramaturqlar Y.Yokela, H.Yunkkala, P.Vesterberq, L.Ruohonen vә b.). Repertuarda dünya dramaturgiyası da mühüm yer tutur. 20 әsrin ikinci yarısında fәhlә teatrları şәhәr teatrlarına çevrilir; Helsinkidәki Şәhәr teatrı P.Lonqbakka vә K.Holmberqin quruluş verdiyi tamaşalar ilә mәşhurlaşmışdır. Y.Turkka fin klassikasının novatorçu traktovkası vә H.Salamanın (1918 il) vәtәndaş müharibәsindәn bәhs edәn “Ağa harda, şahid orda” romanının sәhnәlәşdirilmiş tamaşası ilә tanınmışdır. Tamperedәki Fәhlә teatrı xalq teatrı әnәnәlәrini klassikanın müasir yozumuu vә fin müzikllәrininin tamaşası ilә birlәşdirir.

    Ölkәnin teatr hәyatında azad, demokratik truppalar hәrәkatının liderlәri o cümlәdәn 1960–70-ci illәrdә Helsinkidә meydana gәlәn (“Kom-teatr” vә “Qruppa-teatr”) mühüm yer tutur. F.-da altı fin – İsveç teatrı (Helsinki, Vaasa, Turku şәhәrlәrindә) fәaliyyәt göstәrir. 1980-ci illәrdә Helsinkidә gәnc İsveç qrupları (“Virus”, “Mars”), 1990-cı illәrdә “Luna” teatrı meydana gәlmişdir. 1990-cı illәrdәn rej. vә dramaturq K.Smeds özünün “metaforalar teatrı” ilә beynәlxalq alәmdә (Milli teatrda vә özünün beynәlmilәl “Smeds Ensemble” truppasındakı novator tamaşaları ilә) tanınmışdır. F.-da cәmi dövlәt vә ya bәlәdiyyә subsidiyaları ilә 46 dram teatrı, hәmçinin yerli subsidiyalar alan 64 teatr fәaliyyәt göstәrir (2016). 1969 ildәn Tamperedә teatr festivalı keçirilir. 2013 ildәn Helsinki İncәsәnәt Un-tinin tәrkibinә Teatr akademiyası daxil edilmişdir.

                                                                                              Kino 

    F.-da Lümyer qardaşlarının ilk açıq film nümayişi 28.6.1896 ildә Helsinkidә olmuş, 1899 ildә burada ilk kinoteatr açılmışdır. İlk fin xronika filmlәri 1904 ildә çәkilmişdir. Fin kinosunun banisi K.E.Stolberq 1906 ildә Helsinkidә “Atelier Apollo” studiyasını (sәnәdli vә qısametrajlı filmlәr) yaratmışdır. 1913 ildә T.Puro “Sülvi” adlı ilk bәdii filmini çәkmiş, 1919 ildә “Suomi-Filmi” şirkәtinin (E.Karu ilә birlikdә Helsinki) әsasını qoymuşdur. “Meşәqıranın nişanlısı” (1931, Karu) ilk sәsli filmdir. Rej.-lardan V.Vaala (“Niskavuori qadınları”, 1938), N.Tapiovara (“İnsanın yolu”, 1940) vә T.Tulio (“Sәn mәni necә dә arzulamısan”, 1944) milli kinematoqrafın formalaşmasında böyük rol oynamışlar. 1920-ci illәrdә milli әdәbiyyat nümunәlәrinin, 1930-cu illәrdә isә komediyaların ekranlaşdırılmasının populyarlığı 2-ci dünya müharibәsi illәrindә T.Syarkkyanın hәrbi mövzuda farslarına (“Suominenin ailәsi”, 1941; “Olli Suominenin hiylәsi”, 1942, vә s.) maraq ilә әvәz olundu. Bioqrafik janr inkişaf etmәyә başladı: Syarkkyanın “Şairlәr kralı vә köçәri quş” (1940, şair Y.L.Runeberq haqqında), İ.Unhonun “Mәn sevirәm” (1946, yazıçı A.Kivi haqqında). 1950-ci illәrdә kino sәnayesinin yüksәlişi ilә әlaqәdar F. kinematoqrafı beynәlxalq nüfuz qazandı: E.Blomberqin “Ağ maral” (1952, Kann Beynәlxalq kinofestivalının mükafatı), E.Laynenin “Namәlum әsgәr” (1955, Qәrbi Berlin Beynәlxalq kinofestivalının mükafatı) vә s. 1960-cı illәrin 2-ci yarısında fin kinosunun “yeni dalğa” nümayәndәlәri müasir dövrün aktual problemlәrinә müraciәt etdilәr: R.Yarva (“Fәhlәnin gündәliyi”, 1967; “Dovşan ili”, 1977), Y.Donner (“Qadın portretlәri”, 1970). E.Laynenin “Akseli vә Elina” (1970) filmi ölkәnin tarixinә hәsr olunmuşdur. “İtirilmiş nәsil” mövzusunu T.Suominen “Hәyat, bu da biz!” (1980) filmindә qaldırmışdır. P.Honkasalonun filmlәrindә postmodernizmin tәsiri hiss olunur (“Odlu baş”, 1981, P.Lehto ilә birgә). A. vә M.Kaurismyaki qardaşları 1980-ci illәrin görkәmli rej.-ları olmuşlar. 1980-ci illәrin sonu – 1990-cı illәrin әvvәllәrindә S.Pasanen (“Uuno Turhapuro”, 1984), L.Törhönen (“Özümüzünkülәr”, 1989), V.Aaltonen (“Fәrsiz oğul”, 1992) vә K.Olssonun (“Akvarium mәhәbbәti”, 1993) filmlәri, xalq nağıllarının ekranlaşdırılması (“Pessi vә İllüziya”, rej. H.Partanen, 1984; “Qar kraliça”, rej. P.Hartsell, 1986) populyarlıq qazanmışdi. 1990-cı illәrin ortalarından çoxjanrlı kinematoqraf A.Myakelyanın kriminal mövzuda “Cәhәnnәm Helsinkisi” (2009), T.Vueronsolanın “Ulduz xıltı: parklamada” (2005) parodiyası, A.Y.Annilanın “Şimal döyüşçüsü” (2006) döyüş film-fentezi vә “Sauna” dәhşәt filmi ilә tәmsil olunmuşdur. Qadının daxili alәmi K.Rastimo (“Duzlu vә şirin”, 1995), A.Mantila (“Kolleksiyaçı”, 1997), P.Honkasalo (“Od udan qadın”, 1998; “Beton gecә”, 2013), Z.Berqrot (“Yaxşı oğul”, 2011), M.Püukkö (“Kekkonen”, 2013) vә b.-nın filmlәrindә öz әksini tapmışdır. A.Kaurismyaki fәrdi üslubunu (“Şәhәr kәnarının işıqları”, (2006); “Havr” (2011, Kann Beynәlxalq kinofestivalının mükafatı) filmlәrindә inkişaf etdirmişdir. O.Saarela (“Rukayarviyә aparan yol”, 1999), K.Hyarö (“Elina”, 2002, Berlin Beynәlxalq kinofestivalının mükafatı), A.Louhimies (“Əbәdi donuşluq”, 2005), D.Karukoski (“Haram”, 2009), T. Koyvusalo (“Bulda qütb ulduzu altında”, 2009), Y.Donner (“Armi, sağsan!”, 2015). 1990-cı illәrin sonu – 2010-cu illәrin rej.-larıdır. K.Pastimo “Çiçәk vә başmaq” (2002), Y.Vuoliyoki “Milad әhvalatı” (2007), M.Rantasila “Rikki Repper” (2008) uşaq filmlәrini çәkmişlәr. Hyarönün “Gecә uçuşu” (1999, Berlin Beynәlxalq kinofestivalının mükafatı), Honkasalonun “Melanxoliyanın üç otağı” (2004, Venesiya Beynәlxalq kinofestivalının mükafatı), A.Halonenin “Pavlovun itlәri” (2006), Y.Berqhyalya vә M.Hotakaynenin “Hәyat buxarxanasında” (2010), Y.Kyarkkyaynen vә Y.Passinin “Pank-sindrom” (2012), P.Luukkaynenin “Adi şeylәr” (2013) sәnәdli filmlәri diqqәtәlayiqdir.

     “Şәhәr kәnarının işıqları” filmindәn kadr. Rej. A.Kaurismyaki (2006).

    1952 ildә Kinoişçilәri ittifaqı (Helsinki) tәşkil olunmuşdur. 1957 ildә paytaxtda Dövlәt kinoarxivi açılmış, 1969 ildә Milli Kinematoqrafiya Komitәsi yaradılmışdır. Helsinki İncәsәnәt vә Dizayn Un-tindә (LUME) kinematoqrafiya kadrları hazırlanır. Hәr il Tamperedә qısametrajlı (1970 ildәn), Helsinkidә “Sevgi vә Anarxiya” (1988 ildәn) vә sәnәdli (2001 ildәn), Sodankülyada “Midnayt San” (1986 ildәn), Espooda “Espoo Sine” (1990 ildәn), Ouluda uşaq filmlәri (1982 ildәn) beynәlxalq kinofestivalları keçirilir.

    Əd.: Cowie P. Finnish sinema. Hels., 1991.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN