Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİNLANDİYA İNQİLABI (1918)

    FİNLANDİYA İNQİLABI (1918) – Finlandiyada 1918 ilin yanvar–may aylarında inqilabi hadisәlәr. Finlandiyanın müstәqilliyi elan olunduqdan sonra (bax Finlandiya) P.E.Svinhuvudun rәhbәrliyi altında formalaşdırılmış mühafizәkar mövqeli hökumәt Finlandiya Sosial Demokrat Partiyasının (FSDP) müqavimәti ilә üzlәşdi. 1918 il yanvarın 12-dә Seym hökumәtә әlavә sәlahiyyәtlәr verilmәsinә dair qәrar qәbul etdi, yanvarın
    16-da K.Q.E.Mannerheym Finlandiya qoşunlarının baş komandanı tәyin olundu. FSDP bunu inqilabi vәziyyәt kimi dәyәrlәndirdi. Yanvarın 28-nә keçәn gecә Qırmızı qvardiya dәstәlәri Helsinqforsda hökumәti devirәrәk bütün mәrkәzi dövlәt idarәlәrini tutdu. İnqilabi çıxışlar ölkәnin c.-undakı vә mәrkәzindәki şәhәrlәrdә dә başlandı. Yanvarın 28-dә formalaşdırılmış inqilabi hökumәtin – Xalq müvәkkillәri şurasının (XMŞ) sәdri K. Manner oldu; ali hakimiyyәt orqanı – Baş fәhlә şurası tәsis edildi. Yanvarın 29-da XMŞ tәrәfindәn inqilabi islahatlar proqramı dәrc olundu. 1918 il fevralın 23-dә XMŞ konstitusiya layihәsini nәşr etdi vә Finlandiya respublika elan olundu.

    Mәrkәzi vә Cәnubi Finlandiyanın bir hissәsinә nәzarәt edәn Svinhuvud hökumәti kömәk üçün Almaniyaya müraciәt etdi. Almaniyanın hәrbi dәstәyi ilә Mannerheymin komandanlığı altında hökumәt qoşunları inqilabi çıxışları yatırdı. Mayın 4-dә Helsinqforsa qayıdan Svinhuvud hökumәti inqilabı qәti yatırmaq üçün әlavә sәlahiyyәtlәr aldı. 1918 ilin oktyabrında elan olunan Finlandiya krallığı 1919 il iyunun 21-dәk – parlament tәrәfindәn respublika idarәetmә üsulu qәbul edilәnәdәk mövcudluğunu saxladı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN