Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİNLƏR 

    FİNLƏR (özlәrini s u o m a l a i s e t  adlandırırlar) – 1) Finlandiya vәtәndaşları; 2) fin-uqor xalqı, Finlandiyanın әsas әhalisi. Sayları 4,9 mln. nәfәrdir (2014; Statistika mәrkәzinin mәlumatına әsasәn). Hәmçinin İsveçdә [400 min nәfәrdәn çox yerli F., әsasәn ş.-dә (2012); 674,9 min nәfәr Finlandiyadan olan mühacirlәr vә onların nәsillәri (2008)], ABŞ-da (623,5 min nәfәr fin mәnşәli; 2000), Kanadada (131 min nәfәr, onlardan 73 min nәfәri Ontario әyalәtindә; 2006), Rusiyada (20,3 min nәfәr, o cümlәdәn Kareliyada 8,6 min nәfәr, Leninqrad vil.-ndә 4,4 min nәfәr, Sankt-Peterburqda 2,6 min nәfәr; özlәrini fin-ingermanlandlar adlandıranlar 0,4 min nәfәr; 2010), B.Britaniyada (11 min nәfәr; 2001), Estoniyada (10,6 min nәfәr; 2010) Norveçdә (10 min nәfәr; 2010) vә s. ölkәlәrdә yaşayırlar. Fin dilindә danışırlar. Dindarları, әsasәn, xristiandır.

     Fin uşaqlar milli geyimdә.

    F.-in әcdadları olan Baltikayanı-fin tayfaları indiki Finlandiya әrazisinә e.ә. 2–1-ci minilliklәrdә gәlmiş vә eramızın 8 әsrinәdәk yerli saamları şm.-a doğru sıxışdırmışlar. Fin xalqı Finlandiyanın c.-q.-indә yaşayan suomilәrin, Mәrkәzi Finlandiyada yaşayan hyamelәrin, ş.-dә yaşayan savoların, hәmçinin karellәrin qәrb qrupunun (Viborqәtrafı vә Saymaәtrafı) qaynayıb-qarışması nәticәsindә formalaşmışdır. Qәrbi F. üçün Skandinaviya, şәrqi F. üçün Ladoqaәtrafı vә Yuxarı Volqaboyu ilә әlaqәlәr sәciyyәvidir.

    Qәrbi vә şәrqi F. arasında etnoqrafik sәrhәdlәr indiki Kotka, Yüvyaskülya, Oulu vә Raahe şәhәrlәrindәn keçir. Q.-dә İsveç mәdәniyyәtinin tәsiri daha çox nәzәrә çarpır. 19 әsrin sonunadәk k.t.-nda әkinçilik (çovdar, arpa vә s.; 19 әsrin ikinci yarısınadәk, xüsusilә ş.-dә tala әkinçiliyi qalmaqda idi; 20 әsrdәn, әsasәn, kartof, tәrәvәz, yem bitkilәri becәrilir) üstünlük tәşkil etmiş, 19 әsrin sonlarından südlük heyvandarlıq (fin cins inәklәri, Ayrşir qaramalı), quşçuluq aparıcı sahәyә çevrilmişdir. Ənәnәvi olaraq meşә sәnayesi, balıqçılıq inkişaf etmişdir.

    16–17 әsrlәrәdәk ölkәnin c.-q.-indә kәndli mәskәnlәri sıx yerlәşirdi; 18 әsrdәn xutorların yayılması ilә pәrakәndә planlı kәndlәr üstünlük tәşkil etmәyә başladı. Ş.-dә tala әkinçiliyi ilә әlaqәdar kiçik, çox vaxt tәktәsәrrüfatlı mәskәnlәr yayılmışdı; kәndlәr yalnız daimi istifadәyә yararlı geniş torpaq sahәlәri olan әrazilәrdә salınırdı. Malikanәlәr yaşayış evi (çilәgәnlә örtülmüş ikiyamaclı damı olan uzunsov kәrtmә ev), mәrәk (riihi), anbar (aytta; c.-q.-dә çox vaxt ikimәrtәbәli olurdu, yuxarı mәrtәbәdәn yay aylarında yatmaq üçün istifadә edilirdi), hamam (sauna) vә s.-dәn ibarәt idi. 18 әsrdәn Pohyanmaanın c.-u üçün ikimәrtәbәli evlәr sәciyyәvidir. Finlandiyanın c.-q.-indә yaşayış evi vә tәsәrrüfat tikililәri qapalı dördbucaqlıhәyәt tәşkil edir, ş.-dә isә hәyәtlәr sәrbәst plandadır. Ölkәnin q.-indәki vә ş.-indәki evlәr sobaların konstruksiyasına görә fәrqlәnirdi: q. üçün birlәşdirilmiş qızdırıcı-çörәkbişirmә sobaları vә yemәk bişirmәk üçün açıq ocaq, baca sәciyyәvidir; ş.-dә isә rus sobasına bәnzәr sobalar yayılmışdır. Q.-dә kәndli evlәrinin interyeri üçün ikiyaruslu vә açılan çarpayılar, tayları bükülәn beşiklәr, müxtәlif formalı dolablar sәciyyәvidir. Mebelin, mәişәt әşyalarının (cәhrә, dırmıq, kәlbәtin) üzәrindә polixrom vә oyma naxışlar geniş yayılmışdır. Yaşayış otaqlarını toxunma әşyalarla (adyal, örtük, pәrdә), xovlu xalçalarla bәzәyirdilәr. Ş.-dә arxaik formalı mebellәr – divar skamyaları, açılmayan çarpayılar, asma beşiklәr, divara vurulan rәflәr, dolablar saxlanılmışdır.

    Ənәnәvi qadın geyimlәri köynәk, yaxud müxtәlif biçimli bluzlar, saya, zolaqlı vә ya dama-dama әtәk, qolsuz yun paltar, yaxud kofta, önlük, әrli qadınlarda tikmә haşiyәli kәtan, yaxud ipәk parçadan baş örtüklәridir; qızlar çәlәng, yaxud sarğı formalı açıq baş örtüklәrindәn istifadә edirlәr. Kişi geyimlәri köynәk, dizәdәk şalvar, jilet, gödәkcә vә kaftandan ibarәtdir. Ş.-dә sinәsi tikmәli vә çәpәki kәsikli qadın köynәklәri, ağ rәngli orta uzunluqda mahud, yaxud kәtandan ağ sarafanlar (viitta), qumaşdan baş geyimlәri, lәçәklәr uzun müddәt saxlanılmışdı. F.-in milli geyimlәrinin bәrpası vә formalaşması 19 әsrin sonu – 20 әsrin әvvәllәrinә, milli hәrәkat dövrünә tәsadüf edir vә indiyәdәk rәmzi-bayram geyimi kimi qalmaqdadır.

    Qәrbi vә şәrqi F.-in әnәnәvi yemәklәrindә fәrqlәr var: ş.-dә çovdar çörәyi (ruislimppu), q.-dә isә ildә 2 dәfә ortasında dәliyi olan yumru yastı quru kökә (reykyaleypya) bişirilir vә tavanın altındakı şü- vüldә saxlanılırdı. Ş.-dә qatıq, q.-dә qıcqırdılmış süddәn müxtәlif mәhsullar, hәmçinin pendir hazırlayırdılar. Şorbalar (noxudlu – hernekeytto, südlü balıq şorbası – kalakeytto vә s.), balıq (o cümlәdәn hisә verilmiş, turşuya qoyulmuş – qraavilohi, tortada isladılmış – lipeakala), göbәlәk, Milad bayramında (Youlu) balıqlı çovdar piroqu (kalakukko), Pasxada çovdar unundan pudinq (myammi), İvan Kupala günündә [Yuhannus, c.-q.-dә Mettumaari (qәdim İsveç dilindәki midhsumar sözündәn)] südlü vә pendirli şorba (yuhannusyuusto), omlet (munavelli) vә s. dә bişirirlәr. Əsas içkilәri q.-dә pivә, ş.-dә sәmәni vә ya taxıl kvasıdır. Çaydan yalnız ucqar c.-ş.-dә gündәlik istifadә edilirdi. İvan Kupala günündә F. evlәrini yaşıl bitkilәrlә (o cümlәdәn tozağacı budaqları ilә) bәzәyir, Pohyanmaada “İvan küknarı” (yuhannuskkusi) qurur, ş.-dә hündür qüllәyәbәnzәr tonqal (yuhannuskokko) qalayırdılar.

    F. üçün kiçik ailәlәr sәciyyәvidir. Böyük ailәlәr ölkәnin şm.-q.-indә Pohyanmaada 19 әsrәdәk, şm.-ş.-indә Kaynuuda, c.-ş.-indә Karyalada isә 20 әsrәdәk mövcud olmuşdur.

    Qәrbi Finlandiyanın toy mәrasimlәri İsveç tәsiri vә kilsә ayinin mәnimsәnilmәsi ilә seçilir: nikah mәrasiminin evdә keçirilmәsi, hәyәtdә “dәbdәbәli qapı”, “toy ağacı”, örtük altında nikah mәrasimi (“himmeli”), gәlin tacı vә s. Şәrqi F.-dә “gәlinin ata evindәn getmәk”, bәy evinә köçmәk (toy karvanı) vә onun evindә әsas toy (“hәyәt”) keçirmәkdәn ibarәt üçmәrhәlәli arxaik toy adәti saxlanılmışdır. Ayinlәrin çoxu gәlini şәr ruhlardan qorumaq (bәy evinә köçәrkәn gәlinin üzü duvaqla örtülür, arabaya bıçaq qoyulurdu) vә nikahı övladlı etmәk mәqsәdi daşıyırdı.

    F.-in folklorunda runa epik nәğmәlәri xüsusi yer tutur. Kareliya, Şәrqi Finlandiya vә İngermanlandiyadan toplanmış runalar әsasında E. Lönnrot F.-in milli hәrәkatının rәmzinә çevrilmiş “Kalevala” eposunu (1835) tәrtib etmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN