FİNSTERÁARHORN – İsveçrәdә Bern Alp d-rının әn yüksәk (4274 m) zirvәsi. Qneyslәrdәn ibarәtdir, piramidal formadadır, dik yamaclarında buzlaq karları var. Alpinizm inkişaf etmişdir. F. 2001 ildәn YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş Yunqfrau-Aleç-Biçhorn Tәbiәt Qoruğunun tәrkibindәdir.
Finsteraarhorn dağı.