Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - GƏRAYBƏYLİ Gәray Cingiz oğlu)
    FİN-UQORLAR

    FİN-UQORLAR, f i n - u q o r  x a l q l a r ı, u q o r - f i n l ә r – Şimali, Şәrqi vә Mәrkәzi Avropada, hәmçinin Qәrbi Sibirdә fin-uqor dillәrindә danışan xalqlar qrupu. Dillәrinin tәsnifatına uyğun olaraq saam (saamlar), Baltikayanı-fin (finlәr, estonlar, karellәr, vepslәr, ijorlar, livlәr), mordva (mordvalar – erzyalar vә mokşalar), mari (marilәr), Perm (udmurtlar, komilәr, komipermyaklar), uqor (uqorlar – macarlar, xantılar vә mansilәr) qruplarına bölünürlәr. Sayları tәqr. 24 mln. nәfәrdir (2016).

     Meryaların zoomorf asması. Tunc (tökmә üsulu). 12–14 әsrlәr. Yuxarı Volqaboyu.

    F.-u.-ın ilkin vәtәni, ehtimal ki, e.ә. 4- cü minillik – e.ә. 3-cü minilliyin ortalarında Qәrbi Sibir, Ural vә Uralönü (Orta Obdan Aşağı Kamayadәk) meşәlәr zonasında yerlәşirdi. Ən qәdim mәşğuliyyәtlәri ovçuluq, çay balıqçılığı vә yığıcılıq idi. Linqvistik mәlumatlara görә, F.-u. ş.-dә samodi vә tunqus-mancur xalqları, c.-da әn azı e.ә. 3-cü minilliyin başlanğıcından – hind-İran xalqları (arilәr), q.-dә – paleoavropalılar (onların dillәrindәn qәrbi fin-uqor dillәrindә substrat izlәri qalmışdır), e.ә. 3-cü minilliyin ikinci yarısından germanların, baltların vә slavyanların (qaytanlı keramika mәdәni-tarixi birliyinin daşıyıcıları) әcdadlarına yaxın xalqlarla әlaqәdә idilәr. E.ә. 2- ci minilliyin birinci yarısından başlayaraq c.-da arilәrlә vә q.-dә Mәrkәzi Avropadakı hind-avropalılarla әlaqәlәr gedişindә F.-u. heyvandarlığı, sonra isә әkinçiliyi mәnimsәmişlәr. E.ә. 2–1-ci minilliklәrdә fin-uqor dillәrinin q.-dә Şimal-Şәrqi Baltikayanı, Şimali vә Mәrkәzi Skandivaniyayadәk yayılması (bax Torlu keramika mәdәniyyәti, Ananyino mәdәniyyәti), hәmçinin Baltikayanı fin dillәrinin vә saam dillәrinin ayrılması baş vermişdir. E.ә. 1-ci minilliyin ikinci yarısından Sibirdә vә eramızın 1-ci minilliyinin ikinci yarısından Volqa-Ural regionunda türklәrlә әlaqәlәr başlanmışdır. Tasitin “Germaniya” әsәrindәki (eramızın 98 ili) Fenni adı F.-u.-ın yazılı mәnbәlәrdә qeyd әdilәn әn qәdim adlarından biridir. Bir sıra fin-uqor xalqının 1-ci minilliyin sonlarından etibarәn orta әsr dövlәtlәrinin (Volqa-Kama Bulqarıstanı, Qәdim Rus, İsveç) tәrkibinә daxil olması onların inkişafına mühüm tәsir göstәrmişdir. Orta әsr yazılı mәnbәlәrinin vә toponimiyanın mәlumatlarına görә, F.-u. hәlә eramızın 2-ci minilliyinin әvvәllәrindә Şәrqi Avropanın vә Skandinaviyanın meşә vә tundra zonasının şm.-ında әsas әhalini tәşkil etmişlәr, lakin sonralar germanlar, slavyanlar (ilk növbәdә meryalar; ehtimal ki, muromalar, meşşoralar, Zavoloçye çudları vә b.) vә türklәr tәrәfindәn xeyli dәrәcәdә assimilyasiya olunmuşlar.

    F.-u.-ın mәnәvi mәdәniyyәti üçün tәbiәt qüvvәlәrinin kultları sәciyyәvi idi. Ehtimal ki, ali sәmavi ilahi haqqında tәsәvvür formalaşmışdı. Şamanizm elementlәrinin mövcudluğu mübahisәlidir. 2-ci minilliyin әvvәllәrindәn Avropadakı F.-u. xristianlığı qәbul etmәyә başlamış (macarlar 1001 ildә, karellәr vә finlәr 12–14 әsrlәrdә, komilәr 14 әsrin sonlarında), fin-uqor dillәri әsasında onların yazı sistemlәri inkişaf etmişdi. Bununla yanaşı, bir sıra fin-uqor qrupları (xüsusilә, Başqırdıstan vә Tatarıstanda marilәr vә udmurtlar arasında) xristianlığın tәsirinә mәruz qalmalarına baxmayaraq, 21 әsrәdәk icma dinlәrini saxlamışlar. Volqaboyu vә Sibirdә yaşayan F.-u.-ın islam dinini qәbul etmәsi onların tatarlar tәrәfindәn sürәtli assimilyasiyasına gәtirib çıxardığı üçün F.-u.-ın arasında müsәlman icmaları, demәk olar ki, yoxdur.

    19 әsrdә panfin-uqor әlamәtlәrini әks etdirәn beynәlxalq fin-uqor hәrәkatı formalaşmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
FEDİNQ – GƏRAYBƏYLİ Gәray Cingiz oğlu