FÍNZEN (F i n s e n) Nils Rüberq (15.12.1860, Farer adaları, Torshavn ş. – 24.9. 1904, Kopenhagen) – Danimarka alimi, fizioterapevt. Nobel mükafatı laureatı (1903). İşıqla müalicә üsulunun – fototerapiyanın elmi әsaslarını işlәyib hazırlamışdır. Tibb tәhsilini Kopenhagen Un-tindә almışdır (1890). 1890–93 İllәrdә cәrrahiyyә kafedrasında anatomiya üzrә prozektor işlәmişdir. 1893 ildәn işığın müalicәvi tәsirini öyrәnmiş, 1895 ildә qırmızı qurdeşәnәyi olan xәstәlәri sabit cәrәyanla (gücü 25 A olan kömür qövs lampalarının ultrabәnövşәyi şüalarının tәsiri ilә) müalicә etmәyә başlamış vә xәstәlәrdә әhәmiyyәtli sağalma әlamәtlәri әldә etmişdir. 1896 ildә Kopenhagendә İşıqla Müalicә İn-tu yaratmış vә 1904 ilә kimi onun direktoru olmuşdur. İn-tda Finzen qövs lampalarının kömәyi ilә müalicә üsulları, habelә toxumanın minimal zәdәlәnmәsi ilә ultrabәnövşәyi şüaların müalicәvi dozasının artırılmasına imkan verәn terapevtik üsullar işlәnib hazırlanmışdır. F.-in müalicә üsulu ilә 5 il әrzindә vәrәm qurdeşәnәyindәn müalicә olunan 800 xәstәnin 50%-i tam sağalmış, 45%-nin vәziyyәti әhәmiyyәtli dәrәcәdә yaxşılaşmışdır. F. bir sıra elmi cәmiyyәtlәrin, o cümlәdәn Danimarka, İslandiya, Rusiya vә Almaniya elmi cәmiyyәtlәrinin üzvü olmuşdur. Müqәddәs Danberq Ordeni Kavaleri (1901), Kameron mükafatı almışdır (1904).
Ə s ә r l ә r i: La phototherapie, Paris, G.Carre et c Naud, 1899; Om bekalmpelse af lupus vulgaris...,Kbh., 1902.