FİRƏNGTOYUĞU (Numididae) – toyuqkimilәr dәstәsindәn quş fәsilәsi. Bәdәninin uz. 30–75 sm-dir. Başı vә boynunun bir hissәsi çılpaqdır. Lәlәk örtüyü birrәngli qara, yaxud açıq xalları olan boz rәngdәdir. 7 növü birlәşdirәn 4 cinsi var. Afrikada Böyük Sәhradan vә Madaqaskar a.-ndan cәnubda yayılmışdır. Ehtimal ki, Cәnub-Qәrbi Ərәbistana vә Komor a-rına gәtirilmişdir. Savannalarda, kol cәngәlliklәrindә vә meşәlәrdә yaşayır. Yerdә dәstәlәrlә gәzir, gecәni ağaclarda keçirir. 7–20 yumurta qoyur. Erkәklәri 2 kq, di- şilәri 1,8 kq-adәk olur. 6–8 aylığında cinsi yetkinliyә çatır. İldә 70–120 yumurta verir. Ov obyektidir. F.-nun toyuq, qırqovul vә hindtoyuqları ilә hibridlәri var; hibridlәr balalamır.
Adi firәntoyuğu (Numida meleagris).
E v F. Qәrbi Afrikada yaşayan adi F.-ndan (Numida meleagris) törәmişdir. İlk dәfә Qәdim Yunanıstanda vә Romada әhlilәşdirilmişdir. Demәk olar ki, tamamilә çılpaq başında sümük әsaslı dәrivarı pipiyi var. Qarmaqşәkilli dimdiyinin üstündә bәnövşәyi rәngli pәrdәli sәs kisәsi olur. Ayaq darağı hündür, mahmızsız, boz vә çәhrayı rәngdәdir. Çox hәrәkәtlidir, uça vә qaça bilir. Ükәkdir, başqa quşlarla pis uyuşur. Yetkinlәri soyuğa dözümlüdür olub, saxlama şәraitinә çox da tәlәbkar deyillәr; körpәlәri isә rütubәtdәn vә yeldәn qorxur. Bir çox ölkәlәrdә tәsәrrüfat әhәmiyyәtlidir. Ətlik üçün yetişdirilir. Əti zәrif, dadlıdır. Yumurtası 42–45 q olur, sarısında karotinoidlәr çoxdur, qida keyfiyyәtini itirmәdәn uzun müddәt qalır. İnkubasiya dövrü 28 gün davam edir. F. infeksion vә invazion xәstәliklәrә davamlıdır.