FİRƏNGÜZÜMÜ, r u s a l ç a s ı (Grossularia) – firәngüzümükimilәr fәsilәsindәn çoxillik bitki cinsi. Müxtәlif hündürlükdә kollardır. Yarpaqları növbәli, 3–5 dilimli, çılpaq, yaxud tükcüklüdür. Çiçәklәri çox vaxt ikicinsiyyәtlidir, adәtәn salxımda 1–3 әdәd olur. Meyvәsi şirәli, yalançı gilәmeyvәdir. Rәngi ağ, sarı, yaşıl, qırmızı, al-qırmızı, yaxud qara olur. Şimali Amerika, Avropa vә Asiyada 50-dәn artıq növü yayılmışdır. Azәrb.-da 1 növü – әyilmiş F. (G. reclinata) bitir. Kolluqlarda vә daşlı yamaclarda yayılmışdır. Vәtәni Almaniyadır. Tezyetişәn gilәmeyvә bitkisidir. Əkildikdәn 2–3 il sonra meyvә verir. Gilәmeyvәsindә 8–11% şәkәr, 1,2–1,7% üzvi turşular, 0,88% pektin maddәlәri; C vitamini (100 q şirәsindә 30–60 mq), B1 P vitaminlәri, A provitamini (karotin), dәmir vә fosfor duzları vardır.
Adi firәgnüzümü (Grossularia reclinata).
Avropa sortlarının әksәriyyәti F.-nün Avropa növündәn törәmişdir. Adәtәn, payızda 2–3 illik qәlәmlәrlә çoxaldılır. Zәrәrvericilәri firәngüzümü vә qarağat mişarçıları, firәgüzümü odlucası; xәstәliyi unlu şehdir.