Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİRQƏT

    FİRQƏT (təxəllüsü; əsl adı və soyadı Zakircan Halmühəmmədov) (1858, Ko­kand - 1909, ÇXR, Sintszyan - Uyğur muxtar r-nu, Yarkənd) - özbək şairi, mütəfəkkir və publisist. Kokandda mədrəsədə təhsil almış, ərəb və farsa dillərini, klassik Şərq poeziyasını öyrənmişdir. Burada lirik və satirik şeirlər yazmağa başlamışdır. 1889 ildə Daşkəndə getmişdir. 1891 ildən çoxlu səyahət etmişdir (cənubi Asiya və Balkan y-a ölkələrinə). Yaradıcılığında qəzəl, qitə, rübai, müxəmməs və s. əsas yer tutmuşdur. Poeziyası aşiqanə lirikadan realist şeirlərə və satiraya doğru inkişaf etmiş, iqtisadi-siyasi şərait və ictimai fikirlə üzvi şəkildə bağlı olmuşdur. Əyanları tənqid etdiyinə görə, onların təqibinə məruz qalmış, 1894 ildə məcburən Çinin Yarkənd şəhərinə köçmüşdür. Son dövr poeziyasında vətən həsrəti motivləri üstünlük təşkil etmişdir (“İnsan halımı bilməz” müxəmməsi və s.). Ədəbi irsi özbək ədəbiyyatı və ictimai-fəlsəfi fikrinin inkişafına təsir göstərmişdir. Bəzi şeirləri Azərb. dilinə tərcümə olunmuşdur. Haqqında “Firqət” bioqrafik filmi çəkilmişdir (1960).

    Ə s ə r i: Избранное. Ташкент, 1981.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN