FİRNİ – Yaxın Şәrq xalqları, hәmçinin azәrb.-lar arasında geniş yayılmış şirin xörәk növü. F.-ni hazırlamaq üçün düyü unu qaynar südә tökülüb qarışdırılır, sonra şәkәr, duz әlavә edilәrәk bişirilir. Süfrәyә gәtirilәrkәn üstünә darçın sәpilir. F. gülabla da bişirilir; bunun üçün süd gülabla qarışdırılır. F. hәmçinin soyuq halda desert kimi yemәklәrdәn sonra verilir.