FİRON (Qәdim Misir dilindә per’ao, hәrfi mәnası – böyük ev; ibranicә par’oh, yaxud far’oh, Akkad dilindә piru, yun. Φαραώ) – Bibliya әnәnәsindәn müasir dillәrә keçәn Qәdim Misir hökmdarlarının titulu. Misirdә Qәdim şahlıq dövründә (tәqr. e.ә. 2400 il) bu ifadә hökmdar sarayını vә saray adamlarını, Yeni şahlıq dövründәn (e.ә.16–11 әsr- lәr) isә dolayısı ilә Misir hökmdarlarını bildirirdi. E.ә. 10 әsrdәn hökmdarın rәsmi adlarından birinә çevrilmişdi.
Qәdim Misir mifologiyasına görә yer üzünün ilk hökmdarı, Yer allahı Geb olmuş, ondan sonra oğlu Osiris Misiri idarә etmişdir. Osirisin öldürülmәsindәn sonra hakimiyyәt onun oğlu, Sәma allahı Qora keçmişdir. F. Qorun yerdәki tәcәssümü, Osirisin varisi hesab olunurdu.