FİRON QARIŞQASI, e v q a r ı ş q a s ı (Monomorium pharaonis) – neştәrli qarışqalar (Myrmicinae) yarımfәsilәsindәn qarışqa. Dişilәrinin uz. 4 mm-әdәk, erkәklәrinin 3 mm-әdәk, işçi fәrdlәrinin 2 mm-әdәk olur. Dişilәrin vә işçi fәrdlәrin rәngi açıq-sarı, yaxud qırmızımtıl-sarı, erkәklәrin rәngi daha tünddür. Dünyanın hәr yerindә yayılmışdır. İlk dәfә Misir piramidalarında aşkar edilsә dә (adı buradandır), vәtәni, yәqin ki, Hindistandır. Mülayim vә soyuq iqlim şәraitindә yalnız qızdırılan binalarda sağ qala bilir. Yüzlәrlә ana qarışqadan vә yüz minlәrlә işçi qarışqadan (bәzәn bütün yaşayış evi qarışqalarla yoluxmuş olur) ibarәt çoxlu sayda bir-birilә әlaqәli yuvalar düzәldir. Fәal vә passiv yayılır. Qida mәh- sullarını korlayır vә çirklәndirir. İnfeksion xәstәlik törәdicilәrinin daşıyıcısı ola bilәr.
Firon qarışqası (Monomorium pharaonis).