Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    “FİRUZ”

    “FİRUZ” – Azәrb. Resp.-nın Qobustan r-nunda, Böyük Qafqazın c.-ş. qurtaracığında Kiçikdaş d.-nın ş.-indә üzәrindә tәsvirlәr saxlanmış “Firuz” vә “Firuz-2” düşәrgәlәri. Qazıntılar (1970–71) zamanı Daş vә Tunc dövrlәrinә aid 2 mәdәni tәbәqә müәyyәnlәşdirilmişdir. Daş dövrü tәbәqәsindәn çaxmaqdaşı vә çaydaşıdan hazırlanmış alәtlәr (nukleuslar, bıçaqvarı lövhәlәr, bizlәr, iskәnә tipli vә hәndәsi formalı alәtlәr vә çaydaşıdan vurma alәtlәri, sürtgәclәr, ağırlıq daşları vә s.) tapılmışdır. Alt tәbәqә Mezolitin sonu – Neolitә keçid dövrünә aiddir. “F.” düşәrgәsindәki Son Mezolitә aid qәbirdә kollektiv şәkildә 10 yetkin yaşlı vә bir uşaq dәfn olunmuşdur. Ölülәrin kәllәlәri antropoloji baxımdan dolixokran vә braxikran tiplәrinә aid edilir. Qәbirdәn mәrmәrlәşmiş daşdan, heyvan dişlәrindәn hazırlanmış çox sayda muncuq, sümük, balıqqulağı vә fiqurlu kiçik çaydaşılardan asmalar, sümük alәt (vә ya nizә) vә s. tapılmışdır. Materiallar “F.” düşәrgәsi әhalisinin Son Mezolit dövründә balıqçılıq vә ovçuluqla mәşğul olduğunu, hәlә e.ә. 8-ci minilliyin sonlarından qayıq düzәldәrәk ondan balıq ovunda istifadә etdiyini göstәrir. Tunc dövrü tәbәqәsindәn üzәri cilalı, bәzәn yarımkürә formalı qulpu olan Kür-Araz mәdәniyyәti tipli gil qab qırıqları әldә edilmişdir. “F.-2” düşәrgәsi dә Daş vә Tunc dövrlәrini әhatә edir. Qayaüstü rәsmlәrә qadın, öküz, keçi, maral vә aslan tәsvirlәri, öküz ovu, keçiyә sitayiş sәhnәlәri vә s. daxildir. F. düşәrgәlәri yaxınlığında Erkәn Tunc dövrünә aid pir aşkar edilmişdir.

     Firuz düşәrgәsi. Dәfn avadanlığı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN