FİRUZ ŞAH TUĞLAQ (1307–1388, Dehli) – Tuğlaqilәr sülalәsindәn Dehli sultanı [1351–88]. Ölkәdә özbaşınalığa son qoymuş, Benqaliyada müstәqilliyini elan etmiş İlyas Hacını mәğlubiyyәtә uğratmış (1354), daha sonra onun oğlu İsgәndәrlә sülh bağlamışdır (1358). Sind hökmdarı Cem Babinanın ordusuna qalib gәlmişdir (1372). 1387 ildә nәvәsi Tuğlaqın xeyrinә hakimiyyәtdәn imtina etmişdir.
F.ş.T. ölkәsindә әmin-amanlığa nail olmuş, dövlәtin maliyyә sistemini nizamlamış, vergilәri azaltmış, kәnd vә şәhәrlәrin inkişafı üçün şәrait yaratmışdır. Əhalinin sosial vәziyyәtini yaxşılaşdırmaq mәqsәdilә tәdbirlәr (kasıb әhaliyә borc pul vermәk üçün idarәlәr, pulsuz xәstәxanalar vә s. açmışdır) görmüşdür. Elm vә mәdәniyyәtә böyük әhәmiyyәt vermiş, 30 mәdrәsә vә mәscidlәr (“Xan-i Cahan”, “Nizamülmülk” camelәri vә s.) tikdirmişdir. Tarixi әsәrlәrin, hәmçinin Dehlidәki “Qüvvәt-ül islam camesi” vә “Qütb Minar” memarlıq komplekslәrinin qorunmasına qayğı göstәrmişdir. İqta vә qulam sistemlәrini inkişaf etdirmişdir. F.ş.T. Misirdәki Abbasi xәlifәlәrindәn әmir әl-möminin titulunu almış sonuncu Dehli sultanı olmuşdur.