FİRUZABAD – Azәrb. Resp. Göygöl r-nunun Üçtәpә ә.d.-ndә qәsәbә. R-n mәrkәzindәn 3 km şm.-q.-dә, Gәncә-Qazax düzәnliyindә, Gәncә çayının sol sahilindәdir. Əh. 377 (2017); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, Heyvandarlıq Elmi-Tәdqiqat İn-tu, Respublika Süni Mayalanma Mәrkәzi var.