FİRVALDŞTÉT GÖLÜ, L ü t s e r n (alm. Vierwaldstättersee, fr. Lucerne) – İsveçrәdә, Alp d-rının әtәklәrindә göl. 434 m yüksәklikdә, dağarası tektonik çökәklikdә yerlәşir. Dar boğazlarla (1 km-әdәk) birlәşәn 4 hövzәdәn ibarәtdir. Uz. 38 km, ümumi sah. 113,8 km2, dәrinliyi 214 m-әdәkdir. Göldәn Roys (Reyn hövzәsi) çayı keçir. Yayda gölün sәviyyәsi tәqr. 0,8–1,0 m qalxır. Gәmiçiliyә yararlıdır. Mәrkәzi hissәsindә avtomobil bәrәsi, sahillәrindә kurortlar var. Balıq ovlanır. Turizm inkişaf etmişdir.
Firvaldştet gölü.