FİSHARMONİYА (aim. Fisharmonium, yun. φῦσα - dəmirçi körükləri + harmoniya) - aerofonlar sinfindən klavişli-nəfəs musiqi aləti; harmonika növü. Zahirən pianinonu xatırladır; klaviaturanm üzərində registrləri hərəkətə gətirәn linglər yerləşir. Dilçəkli dəst plankalara hava pedalla idarə olunan körüklərin köməyi ilə verilir. Alət müasir görkəmini 1840-cı illərdə almışdır. F.-nın bütün növləri üçün sakit monoton səslənmə səciyyəvidir. F. ən çox əsərin harmonik əsasını ifa etmək üçün istifadə olunurdu, lazım gəldikdə nəfəs alətləri ansamblını və s. əvəz edə bilirdi. Avropa ölkələrində və Rusiyada 19 əsrin 2-ci yarısında – 20 əsrin əvvəllərində ev şəraitində musiqi məşğələlərində istifadə edilmişdir. F-nın spesifik növü olan portativ “hind harmonikası” (hindustani) şimali hind ənənələrində kök salmışdır.
Hind harmonikası (hindustani).