FİSK (lat. fiscus, hәrfi mәnası – sәbәt) – Qәdim Romada respublika dövründә hәrbi kassanı bildirәm termin. Avqustun dövründәn (e.ә. 1 әsrin sonu – eramızın 1 әsrinin әvvәli) eraridәn (lat. aerarium; senat kassası) fәrqli olaraq, imperiyanın әyalәtlәrindәn gәlәn gәlirlәr vә vergilәr hesabına doldurulan imperatorun şәxsi kassası F. adlanırdı. 4 әsrdәn bütün növ gәlirlәrin vә vergilәrin toplandığı, hәmçinin sikkә zәrbinә, vergilәrin yığılması qaydalarına dair göstәrişlәr verәn, ödәnişlәri vә s.-ni hәyata keçirәn F. Roma imperiyasının vahid ümumdövlәt xәzinәsinә çevrilmişdi.