FİSP (Visp) – İsveçrәnin Vale kantonunda dağ-iqlim kurortu. Rona çayının dәrәsindә, Fispa çayının ona töküldüyü yerdә, Lepontin Alp d-rının әtәyindә, 658 m hünd.-dә yerlәşir. İqlimi qışda mülayim (fevralda orta temp-r –4°C), yayda istidir (iyulda orta temp-r tәqr. 27°C). İllik yağıntı tәqr. 600 mm, yağıntılı günlәrin sayı tәqr. 80 gündür. F. eyni zamanda mәşhur istirahәt vә turizm mәrkәzidir.
Fisp şәhәrindәn görünüş.