FÍSTULA, e k s p e r i m e n t a l f i z i o l o g i y a d a – içiboş orqanı xarici mühitlә, yaxud digәr orqanla әlaqәlәndirәn deşik (kanal, yaxud yol); normal anatomik quruluşda olmur. Xüsusi cәrrahi әmәliyyat nәticәsindә qoyulur. F. heyvanlar üzәrindә uzunmüddәtli tәcrübәlәrdә hәzm, sidik-ifrazat orqanlarının fәaliyyәtini, qan cәrәyanının sürәtini, qanın tәrkibini öyrәnmәk üçün tәxsis edilir. Bu mәqsәdlә bir ucu orqanın daxilinә yeridilmiş vә ya damarın divarlarına fiksә edilmiş, digәr ucu isә bәdәn sәthinә bәrkidilmiş metal, yaxud plastik boru istifadә olunur. Fizioloji eksperimentdә hәmçinin sidik axacağının, mәdә (mәs., heyvanın “yalançı” qidalandırılması zamanı) vә bağırsağın bir hissәsinin xaricә çıxarılması üsulu da geniş tәtbiq olunur. F.-nın kömәyi ilә tәmiz halda hәzm şirәsi almaq, daxili orqanların vәziyyәtini vә hәrәkәtini, sidik ifrazetmә dinamikasını, orqandan axan qanın tәrkibini müayinә etmәk mümkün olur.