FİŞER (Fischer) Edmond Henri (6.4.1920, Şanxay) – İsveçrә vә Amerika biokimyaçısı. Nobel mükafatı laureatı (1992, E.Krebslә birlikdә). Cenevrә Un-tini bitirmiş (1947), orada doktorluq dәrәcәsini almışdır. 1950- ci illәrin әvvәlindә ABŞ-a köçmüş, Sietldәki Vaşinqton Un-tindә işlәmişdir (1961 ildәn prof.). E.Krebslә birlikdә göstәrmişdir ki, qlikogenfosforilaza fermentinin aktivlәşmәsi onun proteinkinaza fermenti ilә (bax Proteinkinazalar) kataliz olunan fosforillәşmәsindәn sonra, inaktivasiyası isә fosfataza fermentinin iştirakı ilә fosfat qruplarının itkisindәn sonra baş verir (1955–56). Sonralar müәyyәn edilmişdir ki, belә dönәn fosforillәşmә hüceyrәdәki proseslәrin biokimyәvi tәnzimlәnmәsinin әsas mexanizmlәrindәn biridir.