Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİŞER Emil German

    FİŞER Emil German (9.10.1852, Eyskirxen – 15.7.1919, Berlin) – üzvi kimya vә biokimya sahәsindә alman alimi. Nobel mükafatı laureatı (1902). Almaniya Kimya Cәmiyyәtinin prezidenti (1894–95, 1902, 1906). Strasburq Un-tini bitirmişdir (1913). A.Bayerin tәlәbәsi dir. Münxen (1879 ildәn), Erlangen (1882 ildәn), Vürsburq (1885 ildәn) vә Berlin (1892–1919) un-tlәrinin prof.-u olmuşdur. Tәdqiqatları karbohidratlar, zülallar vә purin birlәşmәlәrinin kimyası sahәsindәdir.

    O. Fişerlә birlikdә fenilhidrazini sintez etmişdir (1875). Purin birlәşmәlәrinin quruluşunu tәdqiq etmiş (1882 ildәn), fizioloji-aktiv purin törәmәlәrinin – kofein, teobromin, ksantin, hipoksantin, teofillin, quanin vә adeninin (1897), sidik turşusunun (1899), hәmçinin purinin (1898), şәkәrlәrin sintezini hәyata keçirmişdir (1887 ildәn). Ozazonların alınma reaksiyasını kәşf etmişdir (1884). Mannoza, fruktoza vә qlükozanı almışdır (1890). Karbohidratlar üçün bu günәdәk istifadә olunan sadә nomenklatura tәklif etmiş (1890), onların rasional formulunu işlәyib hazırlamış vә tәsnifatlandırmışdır. Spirt vә şәkәrlәrdәn qlükozidlәrin alınmasının yeni üsulunu vermiş, α- vә β-qlükozidlәri ilk dәfә sintez etmişdir (1893). Kimyәvi birlәşmәnin sintezi üçün ilk dәfә fermentlәrdәn istifadә etmiş vә onların aktivliyinin substratın quruluşundan asılılığını göstәrmişdir. Zülalların hidrolizindәn alınan aminturşuların zülallar üçün әn sadә “inşaat materialı” olduğunu güman edirdi.

    Aminturşuların analizi vә ayrılma metodlarını yaratmışdır (1901). F. tәcrübi yolla göstәrmişdir ki, aminturşular karboksil vә aminqrupların qarşılıqlı tәsiri nәticәsindә bir-biri ilә birlәşir (su ayrılmaqla) vә polipeptidlәr adlanan birlәşmәlәr әmәlә gәtirir. İlk dәfә tәmiz dipeptid almışdır (1902). Dietilbarbitur turşusunu – ilk yuxugәtirici vasitә olan veronalı (sonralar barbital adlanan) sintez etmişdir (1903). D- vә L-aminturşuların çoxsaylı sintez üsullarını işlәyib-hazırlamışdır. Sadә zülallara yaxın olan ilk sintetik birlәşmәni – oktadekapeptidi sintez etmişdir (1907). Purin sırasının qlükozidlәrini almışdır (1914). F.-in adı ilә 11 kimyәvi reaksiya adlanır. F. üzvi kimyaçılar mәktәbi yaratmışdır; onların arasında O.Dils, A.Vindaus, F.PreglO.H.Varburq olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN