FİŞER Hans Eygen (27.7.1881, Hexst – 31.3.1945, Münxen) – alman üzvi kimyaçısı, biokimyaçı, Nobel mükafatı laureatı (1930). Marburq Un-tini bitirmişdir (1904). 1910–16 illәrdә Münxendә (İkinci Klinikada, Birinci Kimya İn-tunda, O. Frankın Fiziologiya İn-tunda) işlәmişdir. İnsbruk Un-tinin (1916), Vyana Un-tinin (1918), Münxen Ali Texniki Mәktәbinin (1921–45) prof.-u olmuşdur. Əsas elmi işlәri pirrol vә onun törәmәlәrinin kimyasına aiddır. Qanın, ödün vә bitkilәrin yaşıl kompo-nentlәrinin tәrkibinә daxil olan pirrol piqmentlәrini tәdqiq etmişdir. Xlorinlәrin vә digәr pirrol birlәşmәlәrin (1920), heminin (1929), bilirubinin (1931), sintezini hәyata keçirmişdir; a vә b xlorofillәrin quruluşunu müәyyәn etmişdir (1929 vә 1940). Qanın hemoqlobininin qlobin zülalından vә dәmirtәrkibli hemin kompleksindәn ibarәt olduğunu göstәrmişdir (1929). Porfirinlәrin vinil qruplarının hidrazinlә reduksiyasını tәsvirni vermişdir (1941).