FİŞER (Fisher) İrvinq (27.2.1867, Nyu-York ştatı, Sogertis – 29.4.1947, Nyu-York) – amerikan iqtisadçısı. Yel Un-tini (1891) bitirmiş, 1935 ilә qәdәr orada dәrs demişdir. F. pul nәzәriyyәsini klassik siyasi iqtisad baxımından inkişaf etdirmişdir. Pulun kәmiyyәt nәzәriyyәsinin әsas postulatlarını F. statistik tәhlil üçün әlverişli olan dәqiq riyazi formada ifadә etmişdir. O, әmtәәnin pul ilә “mübadilә tәnliyini” vermişdir: әmtәә kәmiyyәtinin qiymәtә hasili pul kәmiyyәtinin tәdavül sürәti hasilinә bәrabәrdir. F. hesab edirdi ki, pulun alıcılıq qabiliyyәtinә kredit münasibәtlәrinin inkişafı tәsir göstәrir. Kapitalın formalaşmasını vәsaitlәrin sonradan investisiya layihәlәrinә qoyuluşu üçün onların toplanması prosesi kimi nәzәrdәn keçirmiş, müxtәlif investisiya imkanlarının qarşılıqlı әlaqәsini tәdqiq etmişdir.
Ə s ә r l ә r i: Mathematical investigations in the theory of value and prices. New Haven, 1892; The nature of capital and income. N.Y.; L.,1906; Stabilizing the dollar in purchasing power. N.Y., 1919; The theory of interest. N.Y., 1930.