FİŞER (Fischer) Kuno (23.7.1824, Sileziya, Zandevalde – 5.7.1907, Heydelberq) – alman fәlsәfә tarixçisi, hegelçi. Yena (1856–71) vә Heydelberq (1872–1906) un-tlәrinin prof.-u olmuşdur. Əsas әsәri olan 10 cildlik “Yeni fәlsәfә tarixi” (1852–77) R.Dekart, B.Spinoza, Q.V.Leybnits, İ.Kant, İ.Q.Fixte, F.V.Şellinq vә G.V.F.Hegelin tәlimlәri, hәyatları vә fәaliyyәtlәri haqqında müfәssәl materialları ehtiva edir. Ədәbiyyat tarixinә dair әsәrlәrin (İ.V.Göte, Q.E. Lessinq, F.Şiller, U.Şekspir haqqında) müәllifidir.
Ə s ә r l ә r i: О свободе человека. СПб., 1900; А.Шопенгауэр. СПб., 1999.