Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİŞER-DİSKAU 

    FİŞER-DİSKAU (Fischer-Dieskau) Ditrix (28.5.1925, Berlin – 18.5.2012, Bavariya, Berq) – alman müğәnnisi (bariton). Berlin Konservatoriyasını bitirmişdir. İ.Bramsın “Alman rekviyemi”ndә debütü olmuşdur (1947). 1948 ildәn Berlindә Alman operasında çıxış etmiş, bu teatrın aparıcı solisti olmuşdur. 1949 ildәn Vyana vә Bavariya dövlәt operalarında müntәzәm çıxış etmişdir. Bayröyt (1954–61; “Nürnberq meysterzingerlәri”, R.Vaqner, vә s.), Şvetsingen (1961, “Gәnc sevgililәr üçün elegiya” operası, H.V.Hense) mötәbәr musiqi festivallarında iştirak etmişdir. 1951 ildәn Londonda qastrolda olmuşdur (T.Biçemin rәhbәrliyi ilә F.Diliusun “Hәyat messası”, F.Şubertin “Gözәl dәyirmançı qızı” vә “Qış yolu”; B.Brittenin “Hәrbi rekviyem”i, 1962). Ən yaxşı opera partiyaları arasında: Don Juan (“Don Juan”, V.A.Motsart), Rodriqo (“Don Karlos”, C.Verdi), Volfram, Amfortas (“Tangeyzer”, “Parsifal”, R.Vaqner), Vilhelm Tell (“Vilhelm Tell”, C.Rossini), Matis (“Rәssam Matis”, P.Hindemit), Votsek (“Votsek”, A.Berq), Barak (“Kölgәsiz qadın”, R.Ştraus), Qraf Almaviva (“Fiqaronun toyu”, V.A.Motsart) vә s. var. F.-D.Buzoninin “Faust”, Verdinin “Falstaf” vә “Maqbet”, P.İ.Çaykovskinin “Yevgeni Onegin” operalarında әsas partiyaları ifa etmişdir. F.-D. kamera musiqisi ifaçısı kimi dә mәşhur olmuşdur. Repertuarına 1000-dәn çox mahnı daxil idi; onun ifasında Şubert, R.Şuman vә H.Volfun bütün mahnıları lentә yazılmışdır; L. van Bethovenin bir çox mahnısını ifa etmişdir. B. Brittenin “Uilyam Bleykin nәğmә vә pritçaları” xüsusi olaraq onun üçün yazılmışdı (1965 ildә ifa olunmuşdur). 1970-ci illәrdә dirijor kimi debütü olmuşdur. 1993 ildә müğәnnilik karyerasını bitirdikdәn sonra dirijorluq fәaliyyәtinә qayıtmışdır. Q.Malerin “Torpaq haqqında nәğmә” әsәri F.-D.-nun әn yaxşı dirijor işlәrindәn biridir (1996 ildә lentә alınmışdır). London (1972) vә Stokholmdakı (1972) Kral Musiqi Akademiyalarının fәxri üzvü, Tübingendәki Beynәlxalq Şubert Cәmiyyәtinin fәxri prezidenti olmuşdur (1972). Qızıl Orfey (1955 vә 1966, Mantuya, İtaliya), Ernst Simens (1980), Robert Şuman (1987) mükafatlarını almışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN