FİŞT – Böyük Qafqazın q.-indә, RF-nin Krasnodar diyarında dağ zirvәsi; Belaya vә Pşexa çaylarının (Kuban çayı hövzәsi) mәnbә hissәsindәdir. Hünd. 2867 m. Əhәngdaşıdan ibarәtdir, karst inkişaf etmişdir. Yamaclarında enliyarpaqlı vә iynәyarpaqlı meşәlәr, subalp vә Alp çәmәnlәri, qayalıqlar, kar vә asılı buzlaqlar, Pşexa çayının yuxarısında hünd. 200 m-ә çatan eyniadlı şәlalә var.
Fişt dağı.