FİTİNQ (ing. fittinq; fit – quraşdırma, kip taxma) – boru kәmәrlәrindә birlәşdirici detal; boru kәmәrlәrinin dönәn, keçid vә şaxәlәnәn yerlәrindә, yaxud eyni vә ya müxtәlif diametrli boruların düzxәtli bәndlәrinin birlәşdirilmә yerindә (mufta, üçboğaz, darboğaz vә s.) quraşdırılır. Qapayıcı tıxac, qapaqcıq vә s. kimi kömәkçi detallar da F. adlanır.